Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyn

    TƏRTƏRİN SALNAMƏSİNİ YAZAN QƏZET

    Əziz qardaşımız “Yeni Tərtər”, ilk cümləmizdə 85 illik yubileyinizi təbrik edirik! Hər nömrənizi səbirsizliklə gözləyirik, hər yazınızı diqqətlə oxuyub, şəkillərinizin məqsədinə diqqət yetiririk və görürük ki, cəbhə bölgəsində olsa da Tərtər şəhəri, rayonun kəndləri ilbəil gözəlləşir, donunu dəyişir, qurub–yaradan insanları qoruduqları torpağı əkib-becərir, tarlalarda bol məhsul yetişdirirlər. Qəzet rayondakı hadisələrdən, quruculuq işlərindən müntəzəm yazır, təhsildən, səhiyyənin, mədəniyyətin, idmanın, mənəvi və dini dəyərlərimizin işıqlandırılmasında sözünü deyir. Bir sözlə, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi”nin etibarlı, cəsur sələfi kimi missiyanı layiqincə yerinə yetirirsən. Yarandığın gündən bəri adın dəfələrlə dəyişsə də məqsədindən, məramından dönməmisən.
    Əziz həmkarlarımız, hər nömrənizi oxuyanda sanki, gözəl Tərtərdə–Sizin yanınızdayıq. Onun düşmənlə üz-üzə qalıb şücaət, mətanət, dəyanət, hünər göstərən oğulları ilə həmsöhbətik. Bu gün cəbhəyanı rayonlarımızda insanların yaşam tərzi bunu tələb edir. Sizdən məsafəcə uzaq olsaq da, bütün acılı-şirinli anları biz də yaşayırıq. Ancaq atalar: “çətin günün ömrü az olar”–deyiblər.

    Dostlar, mətbuat obyektiv olanda, həqiqəti görüb yazanda, həyatın reallığını əks etdirəndə oxucu tərəfindən oxunur və sevilir. Qəzetiniz də bu reallığa söykənib, ölkəmizin, yayıldığı rayonun dərd-sərini, inkişaf uğurlarını əks etdirir.
    Jurnalistlərin dostu, məsləhətçisi, ideya verəni olan ümummilli lider Heydər Əliyev, onun jurnalistikaya verdiyi dəyər Azərbaycan Kütləvi İnformasiya işçilərinin zəhmətinin lakonik, ən dəqiq ifadəsidir: “Jurnalistlərin əməyi çətin əməkdir, olduqca böyük zəhmətli, çox səylər göstərilməsini, cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluğu tələb edən əməkdir”.
    Bu gün milli mətbuatımızda Heydər Əliyev qayğısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.
    Dövlətimizin, müstəqilliyimizin, inkişafımızın, milli-mənəvi dəyərlərimizin, yeni nəslin vətənpərvərlik ruhunun, xalqın xoş ovqatının yüksəldilməsi keşiyində ayıq-sayıq dayanan “Yeni Tərtər”çilərin 85 illik bayramını təbrik edir, yaradıcı kollektivə xoş arzularımızı bildiririk. Ömrünüz uzun, ruhunuz sağlam, qələminiz iti olsun.
    Masallı Rayon İcra Hakimiyyətinin orqanı–həftəlik

    “Yeni həyat” qəzetinin baş redaktoru
    Əlihüseyn Şükürov və yaradıcı kollektivi

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.