TƏBRİK EDİRİK!
85 YAŞINIZ MÜBARƏK!
Müstəqil Azərbaycan Respublikasının ən böyük nailiyyətlərindən biri azad mətbuatın formalaşmasıdır. Bu proses ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın götürülməsi ilə başlanmış, hər bir sahədə onun ideyalarını layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin jurnalistlərə, mətbuatın tərəqqisinə göstərdiyi qayğı ilə davam etdirilmiş və bu gün də layiqincə davam etdirilir.
Bu gün regionlarda fəaliyyət göstərən çoxsaylı qəzetlərdən biri bizim rayon qəzetimiz “Yeni Tərtər”dir.
Hazırda 85 illik yubileyini qeyd etdiyimiz rayon qəzetinin keçdiyi yol heç də həmişə rəvan olmamışdır. Vaxtilə müəyyən təzyiqlərə, təqiblərə məruz qalmış, illərlə müxtəlif səbəblərdən qəzetin nəşri dayandırılmışdır. Lakin fədakar jurnalistlərin tələbkarlığı və mübarizliyi doğma qəzetin həyata qayıtmasına səbəb olmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sonsuz diqqəti sayəsində cəbhə bölgəsi olan Tərtər rayonu hər an gözəlləşir, dəyişir, inkişaf edir. Bu gözəlliyi biz hamımız birlikdə yaradırıq. Bu inkişafın hər anı bizim qəzetin vasitəsilə tarixin yaddaşına köçürülür, şərəfli və məsuliyyətli bir missiya kimi gələcək nəsillərə çatdırılır. Daha ətraflı »



Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda gedən siyasi təlatümlər, millətlərarası münaqişələr, xüsusilə erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdikləri təcavüz, terror hadisələri, iqtisadi vəziyyət və dağ rayonlarındakı ciddi çətinliklər bir sıra ailələrin öz yurd yerlərindən köçürülməsinə səbəb olub.
Azərbaycan ordusunda xidmət edən əsgərlərimizin daim bir amalı olub–işğal altında olan torpaqlarımızı geri qaytarmaq. Bir çox təzyiqlərlə üzləşən vətənimiz heç zaman öz vüqarını, əzəmətini itirməyib. Torpağımız uğrunda neçə-neçə oğullarımız döyüş vəzifəsini yerinə yetirərkən yaralanıb, şəhid olub. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dili ilə desək “Vətən borclu deyil, biz borcluyuq Vətənə”. Əgər kiminsə ailəsində torpağımız uğrunda həlak olan və ya yaralanan varsa o ailə bununla qürur duymalıdır. Ölkə Prezidenti İlham Əliyev şəhid, əlil, veteran ailələrinə xüsusi diqqət ayırır, onları həmişə dövlət qayğısı ilə əhatə edir.
Məlumdur ki, 90 yaşdan yuxarı insanlarımız evimizin, elimizin ağsaqqalı, ağbirçəyi hesab olunur. Onların yaşaması ocağımızın hərarətini artırır, bin-bərəkətimizə səbəb olur. Qayğılarla dolu bu qarışıq dünyamızda çox az ailələr tapılar ki, orada bu yaşda ağsaqqal, ağbirçəklərimizə təsadüf edilsin. Belə insanlarımızın ağıllı, ibrətamiz məsləhətlərinə, milli dəyərlərimizdən, adətlərimizdən, söz-sənət dünyamızdan söylədikləri incilərə həmişə, hər yerdə ehtiyacımız var. Nə yaxşı ki, az da olsalar var, onlar.
Hörmətli oxucular!
Aprel zəfərinin üçüncü ildönümü respublikamızda böyük coşqu ilə qeyd edilir.
Bir faciə yaşadın. Bu, həyatın son faciəsiydi– ölüm faciəsiydi. Səsində tək bir ananın deyil, bir elin, obanın fəryadı vardı, qanına qəltan olmuş körpə, cavan, qoca… günahsız insan ruhlarının fəryadı inləyirdi, bu Xocalı fəryadıydı. Bunu hər kəs edə bilməzdi. Amma sən bacardın, öhdənə götürdüyün işi sona çatdırdın. Digərlərinin bu məşəqqəti çiyinlərində daşımağa cəsarəti çatmazdı. Amma sən ürək yanğınla, səmimiyyətinlə, nalənlə bacardın. Elə bu fəryadla da yaddaşlara hopdun, xatirələrdə qaldın, Aybəniz xanım! Bəlkə də elə ilk zərbəni onda aldın, sən!
Bu günkü Azərbaycan öz uğurlu uçuşları ilə çoxlarını heyrətləndirən polad qanadlı nəhəng bir təyyarəyə bənzəyir. Bu təyyarə çox qısa bir zaman kəsiyində heç də adi rəqəmlərlə ifadə olunmayacaq saysız-hesabsız uğurlara imza atmış qüdrətli bir xalqın böyük iradəsini, gücünü, qüdrətini nümayiş etdirdikdən sonra yenidən daha uğurlu uçuşa start götürmək ərəfəsindədir.
Dördgünlük müharibə —2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Yeni ismarıclar