Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, rayonun mərkəzi hissələrində, o cümlədən, Heydər Əliyev prospekti boyunca Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə mü-barizə aparılması üçün tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında, binaların giriş blokları və pilləkənlərində, insanların kütləvi toplaşdığı digər yerlərdə aparılır. Bu işlərlə yanaşı, vətəndaşların maarifləndirilməsi və gigiyenik qaydalara əməl olunması məqsədi ilə mütəmadi olaraq müvafiq tədbirlər hazırlanıb həyata keçirilir. Bu tədbirlər yalnız və yalnız insanların sağlamlığı naminə dövlət tərəfindən yerinə yetirilir.


Şəhidlik adı ölüm deyil, VƏTƏN TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək de-məkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quran-da buyurulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
Bu günlərdə Qarabağ müharibəsində şəhid olmuş zabit Aslan İsmayıl oglu Kərimovun anım günü keçirilmişdir. Şəhidin doğmaları onun adı verilmiş və büstü quraşdırılmış Tərtər şəhər 3 saylı ümumi orta məktəbinə gəlmiş, büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etmişlər.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir və son vaxtlar iki qardaş ölkə arasında bu istiqamətində xüsusi canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi.
Yaxşı yadımdadır, altı il öncə “80 yaşlı müdrikin ziyasında” yazmışdım. Bu gün də həmin müdriklə üzüzə, göz-gözə dayanmışam. Altı il də gəlib onun yaşının üstünə. Altı il də böyüyüb, müdrikləşib. Sanballı yazılarına, ibrətamiz kəlamlarına görə daha da hörmətli izzətli olub. Onun müdrikliyi ulularımıza bənzəyir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir qələmli olub.


Qəbiristanlıq…
Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləş-mələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qubadlı rayonunun işğalından 27 il keçir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. İşğal nəticəsində rayonun 826 kv.km ərazisi, habelə 93 kəndi, 13,2 min hektar meşə zolağı düşmənin nəzarətinə keçib.
Yeni ismarıclar