19Fev
VƏTƏN SEVDALISI
Vətənini sevən və həmişə də Vətən torpağını hər şeydən uca tutan Amid Paşayevin qəhrəmanlığından danışmaq istəyirəm. Bir müəllim kimi öz şagirdinin qəhrəmanlığından yazmaq çox qürurverici hissdir.
Amid Paşayev 1995-ci il avqustun 10-da Tərtər rayonunda anadan olub. Babasının adını daşıdığı Sabir Paşayev adına Umudlu kənd orta məktəbinin 1-ci sinifinə 2002-ci ildə daxil olur və 11-ci sinifi isə 2013-cü ildə başa vurur. O, məktəbdə oxuduğu müddətdə əxlaqi keyfiyyətlərinə və yaxşı oxumasına görə müəllimləri və məktəb yol-daşları tərəfindən çox sevilir. XI sinifi bitirdikdən sonra elə həmin il ali məktəbə sənəd verir və Azərərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Hərbi Tibb məktəbinə daxil olur. 2015-ci ildə bu məktəbi bitirib, gizir rütbəsi ilə Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun “N” saylı hərbi hissəsinin divizion tibb məntəqə rəisifeldşer vəzifəsinə təyin olunur. 2020-ci ildə 5 illik hərbi fəaliyyəti başa çatır.
Polad Həşimovun ölümü onu da çox sarsıdır. Könüllü olaraq Naxçıvan şəhərindən Füzuli rayonuna gəlir və “N” saylı hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin feldşer vəzifəsinə təyin olunur.
Sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman həmin hərbi hissədən döyüşlərə qatılır.
Amid hələ orta məktəbdə oxuyarkən ermənilərə çox böyük nifrət hisi bəsləyirdi. Çünki onlar onun ata və babasını yaşadığı Umudlu torpaqlarından didərgin salmış, digər tərəfdən isə bu torpaqlar uğrunda 2 əmisi-Evarist (1992-93- cü ildə 27 yaşında Qubadlının polis rəisi olmuşdur) və Ədalət Paşayevləri şəhid etmişdilər. Daha ətraflı »
19Fev
Vətən müharibəsi xatırlanarkən yada raketlərin, topların vahimə dolu səsi, dağılmış şəhər və kəndlər, ev-eşiklər, insanların təlaş və narahatçılığı, bir də şəhid və yaralılarımız yada düşür. 2020-ci il Azərbaycan xalqı üçün möhtəşəm zəfər ili oldu.
İkinci Qarabağ savaşının qazilərindən biri ilə həmsöhbət olaraq döyüş xatirələrindən danışdıq.
Nəsibov Zaur Zakir oğlu həmyerlimizdir. Tərtər şəhərində doğulub burada boya-başa çatıb. Hələ hərbi xidmət dövründə silahların dilini öyrəndikcə torpaqlarımızın bu silahlarla azad olunmasını düşünürdü. İnanırdı ki, bir gün gələcək Ali Baş Komandan əmr verəcək ki, əsir torpaqlarımız düşməndən azad edilsin. Onun xidməti Naxçıvanda motoatıcı alayında keçmişdir. Nəinki, Zaurun bütün xalqımızın arzuladığı an ötən ilin sentyabrın 27-də həyata keçdi.
Artıq mənfur düşmənin torpaqlarımızdan tamamilə çıxarılması əmri verilmişdir. Bu zamanda həmyerlimiz Zaur hərbi hissədə atıcı vəzifəsində könüllü olaraq xidmət edirdi. Sentyabırın 27-də onların bölüyü Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən düşmənin hücumunun qarşısını almaqla Talış istiqamətində irəliləməyə müvəffəq oldular və bəzi yüksəkliklər alınandan sonra oktyabrın 4-də Suqovuşan istiqamətində hücum zamanı xeyli itkilər olsa da, məqsəd aydın idi geri çəkilmək olmazdı, Daha ətraflı »
19Fev
Bu uca boylu, iti yerişli oğlan həmyerlimiz İsmayılzadə Elvin Şakir oğludur. O, igid qazilərimizdəndir.
Elvin hərbi xidmətini başa vurduqdan sonra qərara alır ki, hərbi hissədə qalıb müddətdən artıq xidmət etsin. Bu fikirlə də 2020-ci ilin yanvar ayından hərbi hissəyə yazılır və həmlə bölməsində müddətdən artıq xidmətə başlayır.
Hələ orta məktəbdə təhsil aldığı zaman ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri öyrəndikcə qəlbində sonsuz nifrət hissi baş qaldırırdı. Elə müddətdən artıq xidmət etməsinə də bu nifrət hissi səbəb olmuşdu. Azərbaycan Ordusunun hər bir zabiti və əsgəri kimi o da əmr gözləyirdi ki, ermənilərin dərsini versin. Ötən ilin sentyabrın 27-də belə bir imkan yarandı. Ordumuzla bərabər bütün xalqımız səfərbər oldu. 30 illik Vətən, torpaq ayrılığına son qoymaq üçün hamı cəbhəyə atılmağa hazır idi. Elvin də Ordumuzun tərkibində döyüşlərə başladı.Ağdərə, Suqovuşan is-tiqamətində aparılan hücumda O da vuruşurdu. Hamı kimi Elvin də bilirdi ki, güclü Ordumuzun sayəsində qələbə qazanılacaq. Hər gün torpaqlarımızın düşmən tapdağından azad olunması haqqında xəbərləri eşidən əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı. Lakin müharibənin öz qanunları olduğunu, itkisiz başa gəlmədiyini hamı kimi Elvin də bilirdi. O, yeri düşdükcə şəhid, yaralı əsgərlərdən ürək yanğısı ilə söz açırdı. Daha ətraflı »
19Fev

Xocalı soyqırımı bəşəriyyət tarixində insanlığa qarşı həyata keçirilmiş ən qəddar zorakılıq nümunələrindən biri olaraq tarixin yaddaşına həkk olunub. Bu soyqırımı nəticəsində yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilməsi və bunların içərisində körpə uşaqların da olması baş vermiş hadisənin hər bir anlamda insanlığa yönələn cinayət olduğundan xəbər verir. Daha ətraflı »
10Fev

Hər bir azərbaycanlı öz tarixini bilməlidir. Xüsusən də Rusiya imperiyasının “Parçala hökmranlıq et” şüarı altında həyata keçirdiyi müstəmləkə siyasətinin Azərbaycan xalqı üçün necə acı nəticələr verdiyini unutmamalıdır. Türkmənçay müqaviləsi Qarabağ faciəsinin başlanğıcıdır. Çünki Rusiya imperiyası bu müqavilədən sonra Azərbaycanın dilbər guşələri olan İrəvan, Qarabağ, Naxçıvan torpaqlarına 130 min erməni ailəsini İran ərazisindən köçürərək gətirmişdir. Şıxarx ərazisindəki “Marağa 150” yazılmış abidə bunun bariz nümunəsidir. Daha ətraflı »
10Fev
SƏBUHİNİN 19 İLLİK ƏBƏDİ ÖMRÜ
Birinci Qarabağ müharibəsinin atəşkəsi illərində onu taleyi eldən-elə– doğma Azərbaycanımızın bir rayonundan digərinə– Tər-tərdən Şəkiyə aparıb çıxardı. Qarabağ müharibəsi Ve-teranı olan oğlanla ailə həyatı qurdu O. Allahın qisməti ilə razılaşaraq bu iki nəfər bütün çətinliklərə qatlaşıb həyatlarının 20 ilini birgə yaşadılar və tükənməz arzularla 2 övlad – 1 qız və 1 oğlan böyütdülər. Yeni-yeni Allaha şükür edirdilər. Ata-ananın arzusu övladlarını ağıllı, əli çörəkli, xoşbəxt görmək idi. Bu, onların 20 illik zəhmətlərinin bəhrəsi olardı. Qarşıdakı olacaqlar nəinki zəhmətkeş valideynlərin, heç yaxın doğmaların da ağlına gəlməzdi. Gün gəldi ki, hamı kimi onlar da oğullarını–Səbuhini doğmaların və dostların xeyir-duası ilə, şadyanalıqla hərbi xidmətə yola saldılar. Gedərkən ona hərbi xidmətini kişi kimi başa vurmağı, qayıdanda komandirlərin təşəkkür və fəxri fərmanları ilə qayıtmağı arzu etdilər. Səbuhinin cavabı isə bu oldu: “İl yarım nədir ki, əlbəttə, elə olmalıdır, əsgərlik bizim Vətən qarşısındakı müqəddəs borcumuzdur, onu ləyaqətlə yerinə yetirib qayıtmalıyıq”.
Düz 1 aydan sonra ata, ana, bacısı və digər bir neçə nəfər yaxını and içmə tədbirinə yollandı.Görüş anları qürur dolu hisslərlə keçdi, gedənlər sevinclə geri döndülər. Sonralar bir neçə dəfə Səbuhinin görüşünə də getdilər. Daha ətraflı »
10Fev
GİZİR ƏHMƏD
Əhməd İsmayılov Füzuli rayonunda doğulsa da Tərtər şəhərində böyüyüb, burada orta təhsil alıbdır. 2 saylı tam orta məktəbin məzunu olubdur.
Hələ yeniyetmə yaşlarında idmanın kinqboksinq növü ilə məşğul olmağa başlayıb. İdmana gündən-günə artan marağı onu 5 qat Azərbaycan çempionu, idman ustası kimi tanıdıb. On ildən çox 2004-2016-ci illərdə rayonumuzda kinqboksinq üzrə baş məşqçi işləyib. Yüzlərlə yeniyetmənin idmançı kimi yetişməsində onun zəhməti danılmazdı. Bu yeniyetmələrin hər biri fəxri kürsüyə çıxaraq məşqçilərinə şöhrət qazandırıblar. Əhməd müəllim Naxçıvanda hərbi xidməti zamanı da idmanın bu növündən ayrılmayıb. Həm Vətən qarşısındakı borcunu ləyaqətlə yerinə yetirib, həm də yeni idmançıların yetişməsinə nail olub. Hətta ulu öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı hərbi hissədə nümunəvi xidmət etdiyi üçün onunla görüşü olub.
Bu gün isə Əhməd İsmayılov bir döyüşçü kimi ad qazanır. Əhməd müəllim 2016-cı ilin aprel döyüşlərindən sonra Orduya yazılmaq qərarına gəlir və xüsusi təyinatlı kəşfiyyat taborunda xidmətə başlayır. Daha ətraflı »
10Fev
Həyatda insanlar olur çeşid-çeşid, yadda qalanı, unudulanı, gərəklisi-gərəksizi. Hər biri də bu həyatın şirinini-acısını fərqli çəkir. Kimisi günlərini ehtiyacsız, kimisi zəhmətlə, alın təri ilə yaşayır. Alın təri ilə yaşanan ömür halal ömürdür. Bu halallıq insanı həmişə başı uca, gözü kölgəsiz edər. Belə insanlardan biri də rayonumuzda camaat arasında öz sadə peşəsi ilə tanınan, həmişə zəhməti ilə gərəkli olan, evlərimi-zi, küçələrimizi ürəyinin istisi və əməyinin nuru ilə işıqlandıran elektrik montyoru bacarığı və işgüzarlığı ilə tanınan İkram Qəribovdur.
Bu günlərdə baş redaktorun tapşırığı ilə onunla redaksiyada görüşüb söhbət etdik. Suallarıma cavab olaraq özündən və peşəsindən söz saldı. Bildirdi ki, Dəmirçilər kənində anadan olub, o kəndə də boya başa çatıb. Sadə kolxozçu ailəsinin 10 övladından 7-cisi olub. Uşaqlıq illərindən ata-anasının zəhmətkeş insanlar olduqlarını görüb. Ailənin digər övladları kimi o da atası Usubdan, anası Mülküdən öz halal zəhməti ilə çörək qazanmağı öyrənib. Hələ gənclik dövründə Mingəçevir şəhərində tikinti idarəsində və su-elektrik stansiyasında müxtəlif işlərdə çalışmış, 1982-ci ildən doğma Tərtər rayonuna qayıtmış və əmək fəaliyyətini davam etdirmişdir. On ilə qədər subartezian quyularının istismarı idarəsində çilingər kimi çalışmışdır. 1992-ci ildən isə Tərtər rayon Elektrik Şəbəkəsində montyor peşəsində işləyir.
İkram Qəribov işinin vurğunudur. Daha ətraflı »
10Fev
SUSUZ QALAN REDAKSİYA
3 ildir ki, “Yeni Tərtər” qəzetinin redaksiyası susuz qalıb. Səbəbi də odur ki, yeni su xətləri çəkiləndə yeni sayğac almalıydıq və yeni layihə çəkdirib “Azərsu”da təsdiq elətdirməliydik. Bunları eləməyə maddi vəsaitimiz çatışmırdı. Həm də redaksiyanın su kranı ilə ana su kəmərinin arası cəmi 2 metr ola, ya olmaya və əsası sayğaca qədər su xətti çəkilmişdi. O vaxtki Su-Kanal idarəsinin rəisi Elnur Abbasov “iki ayağını bir başmağa dirədi” ki, yox, ya sayğacın pulunu verib, texniki şərt alın, ya da ol-maz! Bu məsələ rayon rəhbərliyindən tutmuş “Azər-su”ya qədər gedib çıxdı, lakin redaksiyaya su verilməsi mümkün olmadı…
İndi 3 ildir ki, rayon qəzetinin əməkdaşları qonşulardan su “dilənir”. Bəzən 5 manat verib, 2-3 vedrə su alırıq. Amma yenə də maddi imkanımız yol vermir ki, 600-700 manat ödəyək, hazır su xəttinin kranını açıb, istifadə edək.
Eybi yox, daha su dilənçiliyinə vərdiş eləmişik. “Yoxdan Allah da bezardır”.
“Yeni Tərtər”
06Fev
Sosial- iqtisadi predmetlər hər bir ölkənin dayaq nöqtələrindən biridir. Cəmiyyətin rifah səviyyəsini yüksəltmək üçün daimi nəzarətdə və hər zaman proqresdə olmalı olan məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması bu yöndə atılan qəti və mükəmməl addımdır. Adı çəkilən proqram cəmiyyətdə xaos yarada biləcək risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin müəyyən edilmiş istiqamətlər üzrə əsas prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodlarını, eyni zamanda ölkəmizin gələcək inkişaf mühitini də müəyyən edir. Azərbaycan Sosial-iqtisadi və mədəni həyatında uzun təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Buna səbəb bu günə qədər sosial-iqtisadi, mədəni, mənəvi inkişafın zəruri predmetlərinin daimi təmin olunmasıdır. Yeni təsdiqlənmiş proqram isə bu yolda böyük dəstək qüvvəsidir.
Nəzərə alaq ki, Azərbaycan Ordusunun parlaq Qələbəsi Daha ətraflı »
Yeni ismarıclar