Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.
Lakin gördüklərimiz bir anda olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…
O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan mərmilər, çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.
“Hamı səngərə!”– dedilər.
Kişilər öz məhlələrində yığışıb əvvəlcədən səngər qazmışdılar.
Bəli, səngərə gedirik. Saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu!
O gecə hər şey ola bilərdi. –Evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik.

Budur, səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə hər zamankı kimi ilk girən kişilər oldu, içərisinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rütubətli, nəm və zülmət bir mağara… Çox qorxdum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığında ətrafa nəzər salırdım. Başımın üstündən sakıt bir zümzümə səsi gəldi: “Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın.” Bu mahnını zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəphədə vuruşurdu. Gəlin nigarançılıqla yarının yolun gözləyirdi. Ertəsi gün yarı gəldi, ağ kəfəndə, tabutun içində gəldi…
Həmin gecə çox igidlər həlak oldu, qəhrəmanlar qazi oldu çox evlər dagığılıb xarabaya döndü!
Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir xəsdə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm. Yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda: “Allahım, bu körpələrə yazığın gəlsin!” – deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü torpağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim, qorxub qaçmamışdım . O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən, mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım… Daha ətraflı »


Ötən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır.

2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.
10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 98-ci ildönümü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.
Mürşüd ata nənəsinin himayəsində böyümüşdü. Ata-ana qayğısı görməmişdi. Ata-ana əvəzində nənəsi Çiçək nəvələrini
2020-ci ilin 44 günlük Vətən müharibəsi Ölkəmizin Zəfər tarixi sayılır. İl-lərdən bəri mənfur ermənilərin qəddarlığından vətəndaşlarımız zillət çəkiblər. Parçalanmış torpaqlarımızın sakinləri dədə-baba yurdlarından didərgin düşüblər. Erməni əsirliyində təkcə insanlarımız deyil torpaqlarımız da təcavüzə məruz qalaraq, dağıdılmış, talan olmuşdur.
Şəhidlər bizim qürurumuzdur. Ömrümüz boyu onlara can borcumuz var. Biz yaşayırıq ölmək üçün, onlar şəhid oldular yaşamaq üçün.


Xalqımızın mədəniyyət, incəsənət, xüsusilə musiqi sənətinə dahilər bəxş etmiş Şuşa şəhərinin azad olunması, orada Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlıda xüsusi qürur hissi oyadır. Məhz Zəfər tariximizin də Şuşanın azad olunduğu gün ilə qeyd edilməsi buna sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan rayonlarına səfərindən sonra Şuşaya səfəri bir sıra layihələrin təməllərinin qoyulması baxımından daha çox maraq kəsb etdi.
Yeni ismarıclar