Suveren və müstəqil Azərbaycan qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir
Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu Konstitusiya, Azərbaycan dövlətinin hüquqi və siyasi əsaslarını müəyyən edən, hüquq və azadlıqları təmin edən mühüm sənəddir. Həmçinin, suverenlik məsələsi Azərbaycan üçün böyük önəm daşıyır. Ölkənin müstəqilliyi və ərazi bütövlüyü Konstitusiya ilə təmin edilən prinsiplərdən biridir.
Dövlətin suverenliyi həm daxili, həm də beynəlxalq aləmdə Azərbaycanın öz siyasətini sərbəst şəkildə müəyyən etməsi və həyata keçirməsi ilə əlaqəlidir. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Daha ətraflı »



Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrdən olan 200 nəfər ibtidai sinif şagirdinə məktəbli ləvazimatları və çantalar hədiyyə olunub.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir neçə idarə və müəssisə rəhbəri ilə birlikdə bizim Qaradağlı kəndində şəhid valideynləri və qazilərlə görüş keçirdi. Qələbəmizdən ötən 5 il ərzində biz doğmalaşmışıq. Ona görə ki, şəhid ailələrinə səmimi yanaşılır, qaldırılan problemlərə operativ reaksiya verilir. Şəhidlərimizin yadigarlarına qayğı göstərilir.
Qarşıdan 27 sentyabr – Anım Günü gəlir. Bu günlər biz şəhid valideynləri üçün olduqca ağır, eyni zamanda qürurvericidir. Qəlbimizdəki dərdi, kədəri heç nə əridə bilməz, ancaq qayğı hiss edəndə, diqqət görəndə əmin oluruq ki, indi bizim övladlarımız yalnız öz ailəmizin deyil, Vətənin, xalqın oğullarıdır.
İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.
Azərbaycan xalqı yeni inkişaf tarixinə qədəm qoyub – suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 02 sentyabr 2025-ci il tarixdə YAP Tərtər rayon təşkilatının inzibati binasında “Vətənpərvərlik – milli birlik və həmrəyliyin əsasıdır” mövzusunda tədbir keçirilmişdir.
Hazırda dünyada mürəkkəb və ziddiyyətli proseslər davam edir. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət davamlı olaraq ölkəmizə uğurlar qazandırır.
Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.Dövlət başçısı bildirib ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr qarşıdurmanın və gərginliyin sonu deməkdir.
Yeni ismarıclar