Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,138
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr
    Xəbərlər YAŞILLIQ TƏRTƏRİ GÖZƏLLƏŞDİRİR üçün şərhlər bağlıdır

    Mənfur qonşularımız olan ermənilərlə 48 kilometr təmas xəttində qərar tutan Tərtərimizdə quruculuq, abadlıq işləri ilə yanaşı yaşıllaşdırma işləri də daim diqqət mərkəzində saxlanılır. Salınan yaşıllıqlara qayğı ilə qulluq edildiyindən, həmin sahələr sanki sıx meşəliyi xatırladır.
    Yaşıllıqların bolluğu təmiz hava, sağlam həyat tərzi deməkdir. Onsuz da gözəl iqlim şəraitinə malik və Murovdağın ətəyində yerləşən rayonumuzu bu yaşıllıqlar daha da yaraşıqlı göstərir.
    Rayonda ekoloji tarazlığın qorunması məqsədilə cari ilin ilk üç ayında Bərdə, Ağdam və Gəncə istiqamətlərində asfalt yolun kənarlarında, rayonun yaşayış məntəqələrində və meşə zolaqlarında 9 minə yaxın müxtəlif növ ağaclar, 1500 ədəd gül kolları və 500 min ədəd həmişəyaşıl kolları əkilmişdir. İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Hərəyə bir ağac əkək!” aksiyası Tərtər rayonunda bu gün də öz aktuallığını saxlayır. Ona görə də rayon mərkəzində və kəndlərdə yaşıllaşdırma işləri prioritet bir vəzifə kimi qarşıya qoyulur və bu sahə həmişə həm rayon rəhbərliyinin, həm də vətəndaşların diqqət mərkəzində saxlanılır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Apr
    Xəbərlər “ƏSGƏRƏ MƏKTUB” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    “Vətən uğrunda” Səyyar Təşviqat Dəstəsi Tərtər Rayon İcra Hakimiyyəti və Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə, rayonumuzda “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir keçirib. Məqsəd cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq və ordu ilə ictimaiyyətin əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.
    Kütləvi hərbi maarifləndirici tədbirdə rayon ictimaiyyətinin nümayəndələri əsgərlərə həm video görüntü ilə, həm də yazılı müraciətlər edərək, öz arzu və istəklərini dilə gətirdilər.
    Layihə çərçivəsində rayon mədəniyyət evində Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə “Vətən uğrunda” Səyyar Təşviqat Dəstəsi hərbi–vətənpərvərlik ruhunda film nümayiş etdirib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Apr
    Xəbərlər TƏRTƏR RAYONUNDA 11 APREL PREZİDENT SEÇKİLƏRİNİN YEKUNU üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR YENİDƏN ÖZ LİDERLƏRİNƏ İNAM İFADƏ ETDİLƏR

    Tərtər rayonunda prezident seçkiləri əhalinin fəallığı şəraitində keçib. 95 saylı Tərtər Seçki Dairəsindən redaksiyamıza bildiriblər ki, dairə üzrə ümumi seçicilərin sayı 41176 nəfər olub. Bunlardan 3116,3 nəfəri–75,68 faizi seçki məntəqələrinə gələrək seçdikləri namizədə səs verib.
    Tərtər rayonu üzrə etibarlı səslər 30862 nəfər, yəni 74,95 faiz təşkil etmişdir. 41 seçki məntəqəsinin 10-da “exitpoll” aparılıb. Rayonda seçkilərin gedişini 390 yerli və 4 beynəlxalq müşahidəçi izləyib.
    Seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyev rayonumuzda etibarlı səslərin 84,86 faiz ilə inamlı qələbə qazanıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir.

    “Yeni Tərtər”

  • 19Apr
    Xəbərlər XARİCİ JURNALİSTLƏR TƏRTƏR RAYONUNDA üçün şərhlər bağlıdır

    Bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.
    ABŞ-dan və İtaliyadan olan jurnalistlər əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib.
    Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və Prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, vətəndaşlarla görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində onların özləri tərəfindən ucaldılmış “Marağa–150” abidəsinin qalıqlarına baxıblar.

    “Yeni Tərtər”

  • 19Apr
    Xəbərlər KÜÇƏLƏR ABADLAŞIR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şö­­bəsinin müdiri Tofiq Kərimov bildirib ki, hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır. Səki daşları düzülür, istinad divarları bəzək daşları ilə üzlənir. Küçələrə asfalt örtüyü döşənir. Yenidənqurma işləri çərçivəsində küçələrdə dekorativ kollar əkiləcək, yaşıllıqlar salınacaq.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər 11 APREL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    GÖRÜŞLƏR KEÇİRİLİB

    11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan ATƏT-in uzunmüddətli müşahidə missiyasının üzvləri – Türkiyə vətəndaşı Ebubekir Akbina və Almaniya vətəndaşı Brigitta Hoya Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
    Rayon rəhbəri qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
    Rayon rəhbəri ATƏT-in nümayəndələri ilə görüşdə təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsinə, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, hələ də qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyd yanaşırlar. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır


    Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəlcə şəhidlər abidə–kompleksinin və qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyublar. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş fəaliyyəti barədə ətraflı danışıb.
    Sonra “Tərtər Özünümüdafiə Batalyonu”nun keçmiş komandiri Pənah Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, gənc şair Lamiyə İsazadə və digər döyüş yoldaşları çıxış ediblər. Daha ətraflı »

    Teqlər:

  • 09Apr
    Xəbərlər 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR AZƏRBAYCANLILARIN SOYQIRIMININ 100 İLLİYİNİ YAD ETDİLƏR


    31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Ümumrayon toplantısı keçirilib. Əvvəlcə Tərtər “Cümə” Məscidinin axundu Sadiq Cəfərov soyqırım qurbanlarının ruhuna dua oxuyub. Sonra Şəhidlərin abidəsi önünə gül-çiçək dəstələri qoyulub. Tədbir rayon Gənclər Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxıblar. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov geniş məruzə ilə çıxış edib və Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar ətraflı məlumat verib.
    Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, “Tərtər Özünümüdafiə Batalyonu”nun sabiq komandiri Pənah Məmmədov, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov çıxış ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər “DƏYİRMİ MASA” KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində “Unudulmaz tarix – 31 mart soyqırım günü” adlı “dəyirmi masa” keçirilib. Tədbirdə şəhər 1, 5 saylı tam orta və 3 saylı orta məktəbin müəllim və şağirdləri və mədəniyyət işçiləri iştirak ediblər.
    Soyqırım şəhidlərinin xatirəsi anıldıqdan sonra Mərkəzin direktoru Səlimə Yusibova tariximizin bu unudulmaz səhifələri barədə məlumat verib. Tarix müəllimləri Rizvan Sultanov və Kifayət Kərimova öz çıxışlarında şagirdlərə bu dəhşətləri heç zaman unutmamağı tövsiyə ediblər.
    Sonra 3 saylı məktəbin şagirdlərinin ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib. Tədbir iştirakçıları həmçinin soyqırımı əks etdirən videoçarxa tamaşa ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 09Apr
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    Tarix-diyarşünaslıq muzeyində 31 mart–Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar anım günü keçirilib.
    Tədbiri giriş sözü ilə müdir əvəzi Aybəniz Məmmədova açaraq, ötən əsrdən bəri ermənilər tərəfindən millətimizin başına gətirilən müsibətlərdən danışıb.
    Muzeyin işçisi Aybəniz Şahbazi soyqırıma həsr olunmuş məruzə söyləyib.
    Xuraman Məmmədova, Gülbəniz Səmədova, Ətrabə Süleymanova, Kəmalə Abbasova tədbirdə çıxış ediblər.
    Sonda məktəblilərin hazırladığı şeir və kompozisiya dinlənilib.
    Tədbir iştirakçıları soyqırımla bağlı hazırlanmış sərgiyə baxıblar.

    “Yeni Tərtər”