Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan
    Xəbərlər NÜMAYƏNDƏ HESABAT VERDİ üçün şərhlər bağlıdır

    DSC_8673 (Копировать) (Копировать)Seydimli kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
    Tədbiri giriş sözü ilə açan Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva məruzə etdi.
    Məruzəçi görülən işlərlə yanaşı, kənddə olan problemlərdən də danışdı. Göstərdi ki, kənddə elektrik xətlərinin və dirəklərinin yenisi ilə əvəz olunmasına, suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına, kəndarası yolların təmirinə ehtiyac var.
    Məruzə ətrafında bələdiyyə sədri Mədinə İmanova, tam orta məktəbin direktoru Nurəddin İbrahimov, körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, kənd ağsaqqalı Sayəddin Musayev və həkim məntəqəsinin müdiri Məlahət Hüseynova çıxış etdilər.
    Seydimli kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər GÖRÜLƏN İŞLƏR QƏNAƏTBƏXŞDİR üçün şərhlər bağlıdır

    DSC_8115 (Копировать) (Копировать)sarovBu günlərdə Sarov kənd İƏD-də ötən il görülən işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbiri Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov açdı. Bildirdi ki, Sarov kənd İƏD Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazidə 99 nəfəri birləşdirən 32 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb.
    Sonra məruzəçi görülən işlərdən və mövcud nöqsanlardan ətraflı bəhs etdi.
    Hesabat yığıncağında kənd bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd sakinləri Mənsim Allahverdiyev, Səkinə Kərimova, kənd tam orta məktəbinin direktoru Rüfət İsmayılov, Rəcəbli kənd əsas məktəbinin direktoru Mayıl Asla-nov, Sarov kənd həkim məntəqəsinin müdüri Zoya Muradova çıxışlarında işdə yol verilmiş nöqsanlara toxundular.
    Sarov İƏD üzrə nümayəndəliyin illik hesabatında rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov iştirak etmiş, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması barədə tapşırıqlar vermişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər ORDUDAN TƏXRİS OLUNAN GƏNCLƏRİN QARŞILANMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    DSC_8321 (Копировать)ordudanHeydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir.
    Əvvəlcə gənclər Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbir “Dəyirmi masa” arxasında davam etdirilmişdir.
    Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi İslam Məmmədov açaraq ordu quruculuğunda görülən işlərdən danışmış, bildirmişdir ki, Azərbaycan Ordusunun güclü mad-di-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Daha ətraflı »

    Teqlər:

  • 31Yan
    Xəbərlər Xalqın qanı ilə yazılmış tarix üçün şərhlər bağlıdır

    TƏLATÜMLÜ ZAMANIN QANLI BİR GECƏSİ

    DSC_8181 (Копировать)DSC_8190Tərtər rayon Tarix-diyarşünaslıq muzeyində Ümum-xalq Hüzn Günü–20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirə şəhər 2 saylı məktəb-liseyin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri və Yeni Tərtər” qəzetinin əməkdaşları dəvət olunmuşdular.
    Toplantını giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra söz muzeyin elmi işçisi Xuraman Məmmədovaya verildi. O, mövzu ilə bağlı məruzə ilə çıxış etdi. Göstərdi ki, 1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyi-nə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlayıb həyata keçirdilər.
    Məruzədən sonra şəhər 2 saylı məktəb-liseyin şagirdlərinin ifasında 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya dinlənildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər REDAKSİYADA ŞƏHİDLƏRİN XATİRƏSİ ANILDI üçün şərhlər bağlıdır

    DSC_6906 (Копировать)Bu münasibətlə keçirilən tədbiri qəzetimizin baş redaktoru Tofiq Yusif açdı. O bildirdi ki, 1990-cı ilin 20 Yanvar günündə Bakıda törədilən dəhşətli qırğın tariximizin heç zaman unudulmayan səhifələrindən biridir. Ancaq bu hadisələrə yalnız faciə kimi yanaşmaq lazım deyil. Çünki məhz həmin günlərdə əliyalın xalq öz vətəninin azadlığının qorunması naminə qurbanlar verərərk, saxta Qarbaçov rejiminə öz etirazını bildirdi.
    Yığıncaqda redaksiya əməkdaşlarından Əvəz Nəsirov, Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva çıxış edərək, 20 Yanvar hadisələri barədə danışmışlar. Qeyd olunmuşdur ki, ölməzlik, qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlər xalqımız tərəfindən daim ehtiramla yad edilirlər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər XALQIN QƏLBİNDƏ İFTİXARA DÖNƏN ŞƏHİDLƏR üçün şərhlər bağlıdır

    DSC_7630 (Копировать)xalqinTərtər Gənclər İnkişaf Mərkəzində 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbiri mərkəzin direktoru Ülviyyə Qəmbərova açdı. Qeyd etdi ki, bugünkü müstəqilliyimiz, azadlığımız qurbanlar hesabına qazanılıb. Yanvar şəhidləri də azadlıq fədailəri kimi daim qədirbilən xalqın qəlbində yaşayacaqlar.
    Sonra Nuranə Mahmudova, Aynur Eyyubova, İlhamə Quliyeva çıxış edərək o qarlı-şaxtalı yanvar günün-də xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.
    Dərnək üzvlərinin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar dinlənildi.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Yan
    Xəbərlər TARİX UNUDULMUR üçün şərhlər bağlıdır

    DSC_0956Heydər Əliyev Mərkəzində rayondakı mədəniyyət müəssisələri işçilərinin və şəhər 5 saylı tam orta məktəbi şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Tarix unudulmur” adlı tədbir keçirilib.
    Əvvəlcə elektron kitabxananın hazırladığı kitab sərgisinə baxış olub. Sonra tədbir “Dəyirmi masa” ətrafında davam etdirilib. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova Qanlı Yanvar faciəsindən, onun baş vermə səbəblərindən danışıb. Qeyd edib ki, 20 Yanvar təkcə matəm günü deyil, həm də azadlıq salnaməmizin başlanğıcıdır.
    Tədbirdə məktəblilərin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar səsləndirilib.

    Sevda MƏMMƏDOVA,
    şəhər 5 saylı tam orta
    məktəbin müəllimi

    Teqlər:

  • 19Yan
    Xəbərlər YOLASALINMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    DSC_7550 (Копировать)DSC_0589 (Копировать)“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir. Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb. Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Xəbərlər Rayonun inzibati ərazi dairələrində hesabatlar davam edir üçün şərhlər bağlıdır

    LAQEYDLİK TƏNQİD OLUNDU

    DSC_7772 (Копировать)DSC_7774 (Копировать)Cari ilin yanvar ayının əvvəlindən başlayaraq Tərtər RİHB-nin şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir. Yığıncaqlarda görülmüş işlər tənqid və özünütənqid şəraitində təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Tədbirlərdə kənd sakinləri ilə yanaşı şura üzvləri, rayon icra hakimiyyəti aparatının nümayəndələri iştirak edirlər. Söylənilən hər bir fikir, təklif və tövsiyə diqqətlə dinlənilir və nəzarətə götürülür.
    Qaradağlı kənd İƏD üzrə icra nümayəndəliyində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
    Tədbiri giriş sözü ilə açan kənd icra nümayəndəsi Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Xəbərlər ÖTƏN İL YADDAQALAN OLDU üçün şərhlər bağlıdır

    loqa-aq_c7915e55ece50ba027075ab74ab3b21aRayonumuzun ərazisində 12 sahə baytarlıq məntəqəsi fəaliyyət göstərir. Ötən ilin 12 ayı ərzində 10538 baş iribuynuzlu heyvanlardan və 1770 baş qoçlardan qan nümunəsi alınaraq baytarlıq laboratoriyasında yoxlanılmışdır.
    Bundan başqa, qarayara xəstəliyinə qarşı 26699 baş iribuynuzlu heyvanda, 73768 baş xırdabuynuzlularda və 933 baş atda profilaktika məqsədilə lazımi tədbirlər görülmüşdür. Dabaq xəstəliyinə qarşı 35956 baş iribuynuzlu heyvanda və 36529 baş xırdabuynuzluda peyvənd işi həyata keçirilmişdir. Vərəm xəstəliyinə qarşı 5961 baş iribuynuzlu heyvanda yoxlama tədbiri həyata keçirilmişdir. Bu yönümdə həyətlərdəki sahibli itlərdə quduzluq xəstəliyinə qarşı lazımi yoxlama tədbirləri görülmüşdür.
    3364 baş iribuynuzlu və 3996 baş xırdabuynuzlu heyvanlarda sarılığa qarşı lazımi tədbirlər aparılmışdır. Brüselyoz və çiçək xəstəliklərinin qarşısını almaq üçün peyvəndlər edilmişdir. Daha ətraflı »

    Teqlər: