BMT-nin Qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gəlib.
Quido Ambroso Komissarlığın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevlə birgə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaq-lara cəbhə xəttində yaşayan əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə məlumat verib. Daha ətraflı »
-
10SenXəbərlər CƏBHƏ BÖLGƏSİNİN BMT-dən OLAN QONAQLARI üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
10SenXəbərlər ALTI MƏNTƏQƏNİ BİRLƏŞDİRƏN AVTOMOBİL YOLU üçün şərhlər bağlıdır
Tərtər rayonunda 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayan-durlu-Qaradağlı avtomobil yolunun inşası yekunlaşmaq üzrə-dir. Uzunluğu 21,5 kilometr olan bu avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolağı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Yola 2 qat olmaqla 12 santi-metr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri yüksək keyfiyyətlə həyata keçirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
10SenXəbərlər YENİ TİKİNTİ OBYEKTLƏRİ üçün şərhlər bağlıdır
XALÇA EMALATXANASI
Şəhərimizin Nizami küçəsində xalça istehsalı emalatxanasının tikintisi davam edir. Burada iş “Azərxalça” ASC tərəfindən aparılır. Emalatxananın ümumi sahəsi 4 min kvadratmetrdir. Hər gün tikintidə 30 nəfərə yaxın işçi çalışır. Emalatxana çari ilin noyabr ayının sonunadək istifadəyə veriləcəkdir. Bina istifadəyə veriləndən sonra burada 180 nəfər işçi işlə təmin olunacaqdır.
Teqlər: Xəbərlər
-
10SenXəbərlər OLİMPİYA İDMAN KOMPLEKSİ üçün şərhlər bağlıdır
Şəhərimizdə yeni olimpiya idman kompleksi də inşa olunur. Burada işlər sürətlə və keyfiyyətlə aparılır. Kompleks 3 mərtəbəli olacaqdır. Birinci və ikinci mərtəbədə işlərin çox hissəsi görülüb.
Tikintidə hər gün 60 nəfərdən çox müxtəlif ixtisaslı peşə sahibləri çalışır.
Olimpiya idman kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.Teqlər: Xəbərlər
-
10SenXəbərlər KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır
Şəhərimizin Elman Səfərov küçəsində inşası sürətlə və keyfiyyətlə davam edən 100 yerlik körpələr evi-usaq bağçasında işlər başa çatmaq üzrədir. Hər gün tikintidə 14-15 nəfər işçi çalışır. Tikintinin sifarişli təşkilatı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ-ER” MMC-dir. Layihənin rəhbəri həmyerlimiz, respublikanın “Əməkdar mühəndis”i Vəli Albəndov, iş icraçısı Ziya Bağırovdur.
Teqlər: Xəbərlər
-
30AvqXəbərlər TƏRTƏRDƏ QURBAN BAYRAMI üçün şərhlər bağlıdır
Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurban kəsiləcək dini ənənələrə uyğun qurban mərasimi başladı.
Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payı verildi.
Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.Teqlər: Xəbərlər
-
30AvqXəbərlər KÜÇƏYƏ ŞƏHİDİN BARALYEFİ VURULACAQ üçün şərhlər bağlıdır
Şəhid adlarının əbədiləşdirilməsi rayonumuzda ənənə halını alıb. Küçələrə, təhsil müəssisələrinə, bulaqlara şəhidlərin adları verilir, şəhərimizdə və kəndlərimizdə onların heykəlləri və büstləri ucaldılır, baralyefləri qoyulur. Son bir neçə ildə bu xeyirxah iş daha geniş vüsət alıb. Vəzir Orucov, Mübariz İbrahimov, Mehrac Mahmudov, Nicat İsgəndərov, İlqar Həsənov kimi şəhidlərimizin adları məhz son zamanlarda əbədiləşdirilib və həmin küçələrin girişində onların baralyefləri vurulub.
Bu günlərdə şəhid Ədalət Paşayevin adını daşıyan küçə də tam əsaslı təmir olunub və asfaltlanıb. Həmin küçədə Ədalət Paşayevin baralyefinin vurulması üçün son hazırlıq işləri görülür.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
30AvqXəbərlər TƏRTƏR RAYONUNDA İMTİYAZLI VƏTƏNDAŞLARLA GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək” adlı layihəni davam etdirir. İctimai birliyin sədri Tahir Xudiyev, təşkilatın hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev və İdarə Heyətinin üzvü Məlahət Abdullayeva Tərtər rayonunda yerli sakinlər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, sağlamlıq imkanları məhdud olan şəxslərlə görüş keçirib.
Görüşdən əvvəl Tərtər Rayon İcra Hakimiyyətində icra başçısı Müstəqim Məmmədov, birinci müavin Ramiz Şabanov, rayon prokuroru Şıxəli Alməmmədov, şöbə müdirinin müavini Elvin Umudovla keçirilən görüşdə layihənin vacibliyindən danışılıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20AvqXəbərlər ŞƏHİD ASLAN KƏRİMOVUN ANIM MƏRASİMİ üçün şərhlər bağlıdır
Vətən, torpaq, xalq uğrunda şəhid olanları fərəhlə yad etmək vacibdir. Onlar buna layiqdirlər. Canlarını qurban veriblər ki, sonra gələnlər xoşbəxt yaşasınlar.
Həzrəti Əli
Belə şəhidlərimizdən biri də Kərimov Aslan İsmayıl oğlu-dur. Aslan 1954-cü ildə Tərtər rayonunda ziyalı, sayılıb-seçilən bir ailədə–İsmayıl Kərimovun ailəsində dünyaya gəlmişdi. Orta təhsilini şəhər 1 saylı tam orta məktəbində almışdır. Bakı Kooperativ İnstitutunu bitirmişdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10AvqXəbərlər ABŞ-ın TANINMIŞ MEDİA TƏMSİLÇİLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Azərbaycan reallıqlarını dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verilişinin baş redaktoru Con Batçelorun, verilişin baş prodüseri Lee Masonun və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar