Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    Bu günlərdə şəhər 6 saylı tam orta məktəbdə şəhid Rafiq Nuriyevin anım günü qeyd olundu. Anım günündə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagirdləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər.
    Əvvəlcə məktəbin həyətində Rafiq Nuriyevin adına düzəldilmiş xatirə bulağının üstündəki şəklin önünə al qərənfillər düzüldü. Sonra tədbir məktəbin iclas otağında davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açdı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi.
    Şəhid Rafiq Nuriyevin həyatı və qəhrəmanlığı haqqında məktəbin tarix müəllimi Məzahir Quliyev məlumat verdi. Azərbaycan Vətən Müharibə Veteranları birliyinin Tərtər rayon şöbəsinin sədri, Azərbaycan Bayrağı ordenli Nizami Heydərov, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, Əfqanıstan və Qarabağ müharibəsində döyüş yoldaşı olmuş Mətləb Əliyev, müəllimi Xalidə Quliyeva, regional koordinator Günel Abbasova, şəhidin anası Bəsirə Nuriyeva, əmisi oğlu Saleh Nuruyev şəhid Rafiq Nuriyev haqqında öz ürək sözlərini söylədilər. Bildirdilər ki, döyüş cəbhəsində canından, qanından keçən yüzlərlə igid oğullarımız Vətənimizin bütövlüyü, xalqımızın azadlığı naminə mübarizə apararaq şəhid olublar. Bu gün onlar nəinki ailələrinin, təhsil aldıqları məktəbin, həm də bütün xalqımızın qürur yeridir.
    Masa üzərində özünə yer almış şəhidin yadigar əşyaları, haqqında yazılan qəzetlər, təltif olunduğu Fəxri fərmanlar, medallar barədə məktəbin psixoloq müəllimi Dürdanə Quliyeva iştirakçılara böyük bir qürur hissi ilə, həm də ürəkağrısı ilə məlumat verdi. Rafiqin ürəyindəki gizli sevgisi üçün aldığı hədiyyə hələ də ünvanına çatmadığını, hələ də açılmayan sirr kimi qaldığını, ürək dostu Vüqara öz xətti ilə yazdığı məktubunda onu Şuşaya çağırmasını, lakin həmin məktubun şəhid olarkən cibindən çıxmasını söylədi.
    Ölümündən sonra aldığı medallar dövlətimiz tərəfindən unudulmadığını, daim yaddaşlarda yaşadığından xəbər verir.
    Tədbirdə göstərilən videoçarxlar, söylənilən şeirlər və oxunan muğamlar Qarabağ həsrətinə və şəhidlərimizin nisgilinə köklənmişdir. Məktəbin şagirdi Lalə Bayramlının Rafiq Nuriyevin anası Bəsirə xanıma yazdığı məktubu, Ofelya Abdullayeva və Ceyran Balakişiyevanın söylədiyi şeir parçaları iştirakçıların alqışlarına səbəb oldu.
    Sonda təşkilatçı müavin Zülfuyə Abdullayeva tədbirin keçirilməsində zəhməti olan hər kəsə öz təşəkkürünü bildirdi.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.