Buruc kənd İƏD üzrə nümayəndəlikdə 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib, bu barədə icra nümayəndəsi Böyükkişi Məlikov məruzə edib.
Məruzə ətrafında Buruc bələdiyyəsinin sədri Y.Əliyev, Buruc kənd tam orta məktəbin direktoru N. Aslanov, feldşer-mama məntəqəsinin həkimi M.Məhərrəmova, körpələr-evi uşaq bağçasının müdiri Ə.Rəhimova, kənd icmasının sədri F.Əliyev, ağsaqqal N.Həsənov, müəllim N.Misirova, şəhid atası L.Məmmədov çıxış ediblər.
Hesabat yığıncağında Tərtər rayon İcra Hakimiyəti başçısının birinci müavini Ramiz Şabanov ətraflı çıxış edib.
Rayonumuzda, həmçinin kəndlərimizdə aparılan tikinti, abadlıq və quruculuq işlərindən, bu sahədə kənd İƏD üzrə icra nümayəndələrinin rolundan, onların həyata keçirdikləri tədbirlərdən, vətəndaşların müraciətlərinə baxılmasından və qarşıda duran vəzifələrdən danışıb.
“Yeni Tərtər”