27Fev
Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov iştirak ediblər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
“TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR”
Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Yekun turda 44 ümumtəhsil məktəbindən 50 şagird iştirak edib.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
27Fev
Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub. Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
20Fev
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tillerə Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Fev

Tərtər rayonunda “Gənclər Günü”nə həsr olunmuş ümümrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxılıb.
Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Fev
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının yeddinci ildönümü münasibəti ilə tədbir keçirdi. Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə təbrik etdi, onlara apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Fev
Bu günlərdə şəhər 6 saylı tam orta məktəbdə şəhid Rafiq Nuriyevin anım günü qeyd olundu. Anım günündə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagirdləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər.
Əvvəlcə məktəbin həyətində Rafiq Nuriyevin adına düzəldilmiş xatirə bulağının üstündəki şəklin önünə al qərənfillər düzüldü. Sonra tədbir məktəbin iclas otağında davam etdirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açdı və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi. Daha ətraflı »
Teqlər: Xəbərlər
30Yan
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar YAP Tərtər Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar, eləcə də yerli mətbuat nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 20 Yanvar faciəsinin tariximizdə təkcə faciə kimi deyil, eyni zamanda xalqın öz azadlığı və dövlət müstəqilliyi uğrunda apardığı mübarizə günü kimi də qeyd olunduğunu bildirdi.
YAP rayon təşklatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova tədbirdə “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzə etdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
30Yan


Cari ilin yanvar ayında 20 icra nümayəndəliyində hesabat yığıncaqları keçirilib, görülən işlər təhlil olunub və qarşıda duran vəzifələr müəyyən edilib. Bu yığıncaqlarda iştirak edən 2662 nəfərdən 243 nəfəri çıxış edib, 214 tənqidi qeyd və təklif irəli sürülüb.
YEKUNLARDAN VƏ HƏDƏFLƏRDƏN DANIŞILDI
Tərtər şəhər İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Yığıncaqda Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənovun hesabatı dinlənildi. Daha ətraflı »
Teqlər: Xəbərlər
30Yan
Bəyimsarov kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə görülən işlər və qarşıda duran vəzifələr təhlil oldundu.
Məruzə ətrafında Bəyimsarov bələdiyyəsinin sədri Aqil Şərifov, Bəyimsarov kənd tam orta məktəbinin direktoru Elşən İsayev, birinci dərəcəli “Əmək” Ordenli fermer Fazil Vəliyev çıxış etdilər. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar