Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,833
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Avq
    Xəbərlər MÜQƏDDƏS QURBAN BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə qeyd edildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər bir tərtərlini dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi, hamıya səmimi arzu və diləklərini yetirdi.
    Sonra əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurbanlar kəsildi, ənənələrə uyğun olaraq dini mərasimləri başladı.
    Şəhid ailələrinə, əlillərə, ağsaqqallara, müharibə veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payları verildi.
    Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

    “Yeni Tərtər”

  • 21Avq
    Xəbərlər MÜDAFİƏ NAZİRİ ÖN XƏTT BÖLMƏLƏRİNDƏ OLUB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.
    Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.
    Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini nəzərə çatdırıb.
    Sonda Müdafiə naziri şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

  • 31İyl
    Xəbərlər MÜRACİƏTLƏR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Tərtər rayonunda görüş keçirib.
    Keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər müraciətlər isə operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nəzarətə götürülüb.
    Bu görüşlər ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər MEDALLAR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. Bu medalları tərtərlilərə verilən ən böyük qiymət kimi dəyərləndirib.
    Sonra rayon rəhbəri tərəfindən medallar sahiblərinə təqdim olunub.
    Prezident İlham Əliyevin Sərəncamları ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, rayon ağsaqqalı, Qaynaq kənd sakini Süleyman Quluyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİLƏ REDAKSİYADA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.
    Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi.
    Baş redaktor qeyd edib ki, bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq uğrunda informasiya mübarizəsi aparmaq. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər 26 İLLİK ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar təşkilatın şura üzvləri, gənclər birliyi, qadınlar şurası, nəzarət-təftiş qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla andılar.
    Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    YAP rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi.
    Göstərdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsinə çalışır. Rayonda davamlı olaraq aparılan abadlıq-quruculuq işlərində sıralarında birləşdirdiyi 6489 nəfər partiya üzvünün fəallığını təmin edir.
    Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər CANLI MÜZAKİRƏ üçün şərhlər bağlıdır

    Tərtər İƏD üzrə ərazi ilk partiya təşkilatında keçirilən iclasda cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov hesabat verdi.
    Sahib Həsənov qeyd etdi ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı tərəfindən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklənib, nitq və çıxışlarından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı işləri davam etdirilib. Həmçinin, şəhərdə aparılan abadlıq, quruculuq işlərində partiya üzvlərinin fəallıqlarının artırılması diqqət mərkəzində saxlanılıb.
    Sonra məruzəçi göstərdi ki, inzibati ərazi dairəsinin tabeçiliyində olan müəssisələrdə çalışan, dövlətə, dövlətçiliyə sadiq olan 44 nəfər şəxs ötən dövr ərzində partiya sıralarına qəbul olunub. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər HAKİMİYYƏTƏ GƏLİŞİN 50 İLLİYİ üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatı Qərargahında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar tədbir keçirildi.
    Tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov “Heydər Əliyev epoxası-50” mövzusunda məruzə ilə çıxış edərək göstərdi ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyev adı ilə bağlıdır.
    Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsində idi. Respublikanın sosial-iqtisadi həyatında mənfi meyillər özünü göstərirdi.
    Respublikanı bu ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu kimi 14 iyul 1969-cu ildə Azərbaycana Heydər Əliyev kimi güclü, bacarıqlı təşkilatçının, qətiyyətli liderin rəhbər təyin edilməsi ölkədə köklü dəyişikliklərin əsasını qoydu. Ulu öndərin sarsılmaz qətiyyəti sayəsində növbəti illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi kimi yaşandı.
    Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qalındığı, xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələrin baş qaldırdığı bir məqamda ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, siyasi təcrübəsindən faydalanaraq bütün neqativ halların, qarşıdurmaların kəskinləşməsinin qarşısını aldı. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər BMT NÜMAYƏNDƏLƏRİNİN TƏRTƏRDƏ GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin t
    əşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
    Klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.
    Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını qeyd edib. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər VƏTƏNPƏRVƏRLİKLƏ BAĞLI TƏDBİR üçün şərhlər bağlıdır

    “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin növbəti tədbiri Tərtərdə olub.
    Şəhərin Gənclər Mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb.
    Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.
    O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb. Daha ətraflı »