Gənclər və İdman naziri Azad Rəhimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərdə yeni inşa edilən Olimpiya İdman Kompleksində son tamamlama işləri ilə tanış olublar.
Dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvad-ratmetrdir. Kompleksdə idmanın müxtəlif növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilir. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, ta-maşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar olacaqdır. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıla-rın kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şəraitin yaradılması planlaşdı-rılıb. İdman qurğusunun ərazisində min tamaşaçı yerlik stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodaya-nacaq, nəzarətburaxılış məntəqəsi də fəaliyyət göstərəcək.
-
20Noy
Müəllif: Redaktor, 10:44