Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə YAP Tərtər Rayon Təşkilatı 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xal-qının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu– Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə de-mokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Tədbirdə çıxış edən şəhər 2 saylı məktəb-liseyin müəllimi Nigar Hüseynzadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə, Hacı-qərvənd kənd mədəniyyət evinin müdiri Lalə Quliyeva, Mərkəzi rayon Xəstəxanasının feldşeri Fuad Xanlarov və Şəhər 1 saylı tam orta məktəbin direktor müavini İntiqam Nuriyev Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xü-susi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirdilər.
-
20Noy
Müəllif: Redaktor, 10:25