Daim ordumuzla bir yerdə olan tərtərlilər Silahlı Qüvvələr Gününü rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd ediblər.
Rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi qulluqçular əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, Azərbaycanda ordu quruculuğu prosesindən danışıb. Qeyd edib ki, ulu öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin edib.
Göstərib ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Daha ətraflı »
-
28İynXəbərlər SİLAHLI QÜVVƏLƏR GÜNÜ üçün şərhlər bağlıdır
-
28İynXəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rayonumuzda Naftalan şəhəri və Tərtər rayonundan olan vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, içməli və suvarma suyu ilə təminat, kənd yollarının təmiri və tikintisi, güzəştli kreditlərin, müalicə-kurort fəaliyyəti üçün lisenziyanın verilməsi, arıçılıq və süd məhsullarının satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, onların heyvandarlıq, əkinçilik, balıqçılıq, baramaçılıq və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Görüşdə bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ifadə olunub.“Yeni Tərtər”
-
28İynXəbərlər TƏRTƏRDƏ “AZƏRBAYCANDA 2019-cu İLDƏ KEÇİRİLƏCƏK BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏCƏK “LİDER QADINLARININ ŞƏBƏKƏSİ”nin YARADILMASI” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır
YAP Tərtər Rayon Təşkilatında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, Tərtər rayonunun fəal bələdiyyə üzv qadınların əla təcrübəsindən və əldə etdikləri nailiyyətlərdən danışdı. Qarşıdan gələn bələdiyyə seçkilərində qadın iştirakçılığının rolu və qərar qəbuletmə proseslərində qadın təmsilçiliyi haqqında danışaraq, layihənin Tərtərdə keçirilməsinin vacibliyindən söz açdı.
Tədbirdə çıxış edən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin əlaqələndiricisi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi effektiv və gender yönümlü yerli özünüidarəetmənin təşkili və bələdiyyə idarəçiliyində qadınların rolunun gücləndirilməsidir. Daha ətraflı » -
20İynXəbərlər MİLLİ QURTULUŞ GÜNÜ üçün şərhlər bağlıdır
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxdılar.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının Qərargahında davam etdirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, ulu öndərin Azərbaycan xalqının xilaskarı olduğuna diqqəti cəlb etdi. Rayon rəhbəri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə gördüyü möhtəşəm işlərdən və həyata keçirdiyi qlobal tədbirlərdən ətraflı bəhs etdi, əvəzsiz xidmətlərindən danışdı.
Sonda nəzərə çatdırdı ki, xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Daha ətraflı » -
20İynXəbərlər RAYON RƏHBƏRİ ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKİB üçün şərhlər bağlıdır
Tərtərdə şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidlərimizin ruhuna ehtiram göstərərək, onların ailələrinə, doğmalarına və yaxınlarına daim hörmətlə yanaşır. Hər zaman onların problemləri ilə yaxından maraqlanır, qarşılaşdıqları çətinliklərin həlli istiqamətində işlər görür.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ramazan bayramında Aprel şəhidi Nicat İsgəndərovun ailəsində olub, Bəhruz İsgəndərovun səhhətilə maraqlanıb. Qeyd edək ki, şəhid atası Bəhruz İsgəndərov Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə may ayının 23-də ürəyində yaranmış problemlə əlaqədar əməliyyat olunub, hazırda sağlığına qovuşub. Rayon rəhbəri şəhid atasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, bayram sovqatları verib və xoş arzularını çatdırıb. Bildirib ki, siz şəhid valideynlərinə qayğı göstərmək hər birimizin ən ümdə borcumuzdur. Vətən üçün igid oğullar böyüdən valideynlərə qayğı ilə yanaşmaq hər bir azərbaycanlının ən əsas işi olmalıdır. Şəhid atası ilə səmimi söhbətdə rayon rəhbəri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.
Şəhid atası Bəhruz İsgəndərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.“Yeni Tərtər”
-
20İynXəbərlər MAARİFLƏNDİRİCİ MİSSİYA üçün şərhlər bağlıdır
Tərtər rayonunda “Erkən nikah və işsizlik insan alverinə şərait yaradan səbəblər” kimi mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin psixoloqlarının, gənclərin, sosial işçilərin və digərlərinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı müzakirələr və maarifləndirmə aparılıb.
İnsan alveri anlayışı, onun növləri, insanların hansı hallarda qurbana çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə ətraflı məlumatlar verilib. İnsan alveri qurbanlarının, eləcə də potensial qurbanlarının (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərin) cəmiyyətə fəal inteqrasiyasında onların məşğulluğunun təmin olunmasının da xüsusi önəm kəsb etdiyi qeyd olunub. Həmin şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, habelə onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunması, məşğulluq problemlərinin həlli istiqamətində görüləcək işlər müzakirə olunub.“Yeni Tərtər”
-
20İynXəbərlər REDAKSİYADA TƏDBİR üçün şərhlər bağlıdır
Milli Qurtuluş Günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında tədbir keçirilib. Tədbirdə qəzetin bütün əməkdaşları iştirak edib.
“Yeni Tərtər” qəzeti redaksiyası ərazi ilk partiya təşkilatının sədri Elfuzə Vəliyevanın “Heydər Əliyev və onun xilaskarlıq missiyası” mövzusunda ətraflı məruzəsi dinlənilib. Məruzədə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı rol, xilaskarlıq missiyası, əvəzolunmaz bir lider kimi beynəlxalq aləmdəki nüfuzu, öz xalqına qeyrətli bir oğul kimi göstərdiyi xidmətlər öz geniş əksini tapdı.
Qəzetin baş redaktoru Tofiq Yusif, redaksiyanın əməkdaşlarından Bəxtilə Əliyeva, Kənan Hüseynzadə, Nübar Mehdizadə, Aysel Hüseynova və Yemən Bəhmənli çıxış edərək, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, öz xalqına göstərdiyi misilsiz xidmətlərdən danışdılar.“Yeni Tərtər”
-
10İynXəbərlər VƏTƏNDAŞLARLA GÖRÜŞ üçün şərhlər bağlıdır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtərdə vətəndaşlarla görüşüb.
Qəbuldan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov rayonun mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Gənclər Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Daha ətraflı » -
10İynXəbərlər “DƏYİRMİ MASA” üçün şərhlər bağlıdır
Rayonda Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının akt zalında davam etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, iştirakçıları Respublika günü münasibəti ilə təbrik etdi, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar dilədi.
“Dəyirmi masa”da rayon tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Aybəniz Şahbazi, DSMF-nin Tərtər Rayon Şöbəsinin direktor əvəzi Anar Rüstəmov, Qaraağacı kənd tam orta məktəbin direktoru Rəşad Qarayev çıxış edərək, 28 May Respublika Gününün Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirdilər.
Tədbir axşam saatlarında ulu öndərin adını daşıyan parkda konsert proqramı ilə davam edib.“Yeni Tərtər”
-
10İynXəbərlər UŞAQLARIN BAYRAMI üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasında 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, valideynlər iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Hər yerdə uşaqlara qayğı göstərilir və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsilini, sağlamlığını, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkcə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib. Daha ətraflı »
Yeni ismarıclar