Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamından
İcra başçısı Bəyimsarov kəndində Qərbi azərbaycanlılarla birlikdə Yel çərşənbəsini qeyd edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər üzrə nümayəndəliyinin əməkdaşları ilə birlikdə rayonun Bəyimsarov kəndində məskunlaşmış Qərbi azərbaycanlılarla Novruzun 3-cü çərşənbəsi olan Yel çərşənbəsini qeyd ediblər.
Qeyd edək ki, Bəyimsarov kəndində Qərbi Azərbaycandan olan 436 ailə, 3106 nəfər məskunlaşıb.
Rayon rəhbəri kəndin mərkəzində Vətən müharibəsi şəhidi Tural Məmmədovun anası Güldanə Məmmədova və Vətən müharibəsi qazisi Təhmuraz Muradovla birlikdə böyük tonqalı alovlandırıblar. Sonra icra başçısı Qərbi azərbaycanlıları yurdumuza yazın gəlişi, Yel çərşənbəsi münasibəti ilə təbrik edib, onlara tezliklə Novruz tonqallarını Qərbi Azərbaycanda, öz doğma yurdlarında çatmağı arzu edib və respublika Prezidentinin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə dediyi sözləri bir daha xatırladıb: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.” Daha ətraflı »



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Tərtər-Goranboy avtomobil yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib.



Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
2025-ci ilin ilk aylarından başlayaraq şəhərimizdə tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Xocalı faciəsinin 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da dərin hüznlə qeyd olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Tərtər şəhər Heydər Əliyev prospektində Olimpiya İdman Kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində Vətən müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun ailəsini ziyarət edib, atası Cəmil Hacıyevi 65 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Tərtərdə Vətən müharibəsi şəhidi Elməddin Əliyevin qardaşı Samir Əliyevin toy şənliyi keçirilib.
Qarşıdan Novruz bayramı gəlir. Yazın gəlişi ilə hər yerdə həyat canlanıb. İnsanlar həyət-bacalarını təmizləyir, ağaclara qulluq göstərir, qurumuş budaqları budayırlar. Bəzən bu işlərin həllində onların köməyə ehtiyacı olur.
Yeni ismarıclar