Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,632
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Mar

     

     

     

     

     

     

    İlin əvvəlindən başlayaraq rayon rəhbərinin əhali ilə keçirilən səyyar-qəbul görüşləri davam edir. Sakinlər belə görüşlərin müsbət nəticəsindən razıdırlar. Bunu vətəndaşlardan “Yeni Tərtər”in ünvanına gələn məktublar da göstərir.
    Şamil İsmayılov, Dəmirçilər kəndinin sakini, şəhid atası:
    Yaşadığımız evə gedən yol çox narahat idi. Qarlı-yağışlı havada buradan keçmək mümkün deyildi. Rayon rəhbəri kəndimizdə qəbul keçirərkən, yolumuzla bağlı müraciət etdim. Bundan sonra həmin yola 20 kub şebel tökülərək yayılmışdır. İndi gediş-gəlişimiz rahatdır. Təşəkkürümüzü bildiririk.
    Ayaz Məmmədov, Xoruzlu kəndinin sakini, birinci Qarabağ müharibəsi əlili:
    Kəndlərarası suvarma kanallarının vəziyyəti yaxşı olmadığı üçün, əkin sahələrinin suvarılmasında əziyyət çəkirdik. Kəndimizdə keçirilən qəbul-görüş zamanı digər problemlərlə yanaşı, bu məsələni də rayon rəhbərinin diqqətinə çatdırdıq. Dərhal göstəriş verildi və Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin maşın-mexanizmləri tərəfindən suvarma kanallarında təmizlənmə işləri aparıldı.
    Hüsniyyə Həsənova, şəhər sakini:
    Qısa qapanma nəticəsində evimizdə yanğın baş vermişdi. Hadisə zamanı böyük həyəcan keçirmişdim. Nədən başlayacağını, nə edəcəyimi bilmirdim. Rayon rəhbərinin qəbuluna gedib vəziyyəti bildirdim. Tezliklə mənə köməklik göstərildi. Evimin təmiri üçün 10 kisə sement və 4 kub qum verildi.
    Çətin günlərimdə mənə dayaq olan insanlara təşəkkür edirəm.
    Saleh Novruzov, şəhərin Nizami küçəsinin sakini:
    Həyətyanı sahəmdə hasar uçduğundan, problem yaşayırdıq. Rayon rəhbərinin qəbul-görüşü zamanı bu barədə məlumat verdik, hasarın bərpa olunmasına köməklik göstərilməsini xahiş etdik. Tezliklə qaldırdığımız məsələ həllini tapdı. Ailə üzvləri adından həssas münasibətə görə təşəkkürümüzü bidiririk.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:24

İsmarıclar bağlıdır.