Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, polis şöbəsinin əməkdaşlarının, mobil qrupların üzvlərinin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Tərtər rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirib. Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, ictimaiiaşə obyektləri və ictimai nəqliyyat va sitələrini əhatə edib.
Rayon rəhbəri əhali ilə söhbət zamanı Prezident İlham Əliyevin şəxsi nəzarəti altında koronavirus pande-miyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlərdən danışıb. Vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunmasına, onları gigiyenik qaydalara riayət etməyə, qoruyucu vasitələrdən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla sosial məsafə gözləməyə çağırıb. Daha ətraflı »
-
10İylXəbərlər REYD TƏŞKİL OLUNUB üçün şərhlər bağlıdır
-
10İylXəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən inzibati binalarda dezinfeksiya işləri aparılıb. Binaların ətrafları, giriş hissələri xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub, vətəndaşlarla COVİD-19-a qarşı mübarizə tədbirləri barədə maarifləndirici söhbətlər aparılıb. -
10İylXəbərlər XÜSUSİ KARANTİN REJİMİNİ POZAN ŞƏXSLƏR CƏRİMƏLƏNİBLƏR üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiy-yətinin “Tədbirlər planı”na əsasən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məq-sədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. -
29İynXəbərlər PREZİDENT İLHAM ƏLİYEVİN BMT BAŞ ASSAMBLEYASININ COVİD-19-A HƏSR OLUNAN XÜSUSİ SESSİYASI: DÜNYA DÖVLƏTLƏRİNİN AZƏRBAYCANA OLAN BÖYÜK ETİMADI VƏ HÖRMƏTİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdən birinə layiq olduğu bir daha əyani şəkildə sübut edildi. Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyəti, dünyada cərəyan edən hadisələrə operativ və real reaksiyası, müxtəlif beynəlxalq məsələlərin həllində təşəbbüskarlığı, siyasi iradə göstərməsi ona çox yüksək nüfuz və hörmət qazandırmışdır.Prezident İlham Əliyev həmişə öz çıxışlarında qeyd edir ki, COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi. Daha ətraflı »
-
19İynXəbərlər İCRA BAŞÇISI MƏZUNLARI ONLAYIN QAYDADA TƏBRİK ETDİ üçün şərhlər bağlıdır
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtərə iyunun 3-də etdiyi səfərdən ətraflı danışdı. Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümum-təhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.
Sonra icra başçısı bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir. Daha ətraflı » -
19İynXəbərlər MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI VİDEOKONFRANS üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayın videokonfrans keçirib.
Konfransda inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilib.
Tədbiri açan rayon rəhbəri Ulu Öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından və müstəqil dövlətçilik ənənələrinin bərpa edilib qorunmasından ətraflı danısıb. 1993-cü ildə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranmışdı.
Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. Həmin gün Qurtuluş günü kimi tarixə düşdü. Daha ətraflı » -
19İynXəbərlər PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir. Epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. Bununla əlaqədar olaraq rayon ərazisində yerləşən Kapital Bankın, Beynəlxalq Bankın, həmçinin Azərpoçtun binasının qarşısında və bankomatların qarşısında vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi üçün nişanlanma işləri aparılmışdır. Həmçinin mütəmadi olaraq Tərtər Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupun üzvləri tərəfindən Tərtər şəhərində və rayonun kəndlərində Daha ətraflı » -
11İynXəbərlər MƏNİM ÜÇÜN BİRMƏNALI QAYDADA TƏRƏDDÜDSÜZ İNSANLARIN SAĞLAMLIĞI HƏMİŞƏ BİRİNCİ YERDƏ OLUB–İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır
Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələri sırasında öncül yerlərdən birini tutur. Elə ilk günlərdən, hələ Azərbaycanda bu virusa yoluxan olmadığı halda Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə pandemiyanın geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirildi, ciddi hazırlıq işləri görüldü, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, əhalinin bu yoluxucu xəstəliklə bağlı maarifləndirilməsi diqqət mərkəzində saxlanıldı. Xəstələrin müayinəsi və müalicəsi üçün xüsusi yerlər müəyyən edildi, xəstəxanalar ayrıldı, müasir tibbi avadanlıqlar alınıb gətirildi. Dövlət büdcəsindən bu məqsədlə küllü miqdarda–milyardlarla vəsait ayrıldı. Görülən bu həllivacib tədbirlər, əlbəttə, öz səmərəsini verdi və əhali arasında bu qorxulu epidemiyanın daha geniş yayılmasının qarşısı alındı.Ölkə başçısı tərəfindən hazırda da koronavirus pandemiyasına qarşı ciddi tədbirlərin görülməsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında onların iştirakları da bu vacib sahəyə diqqətin əsas təzahürüdür.
Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. Daha ətraflı »
-
20MayXəbərlər YUBİLEY MEDALLARI TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

Faşizm üzərində Qələbə-nin 75 illiyi münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfər-bərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəhbər şəxsləri müharibə veteranları– Tərtər rayon Köçərli kənd sakini Yunisov İsmayıl Həsən oğlunu və Hacıqərvənd kənd sakini Abbasov Musa Əliş oğlunu evlərində ziyarət edib, qayğıları ilə maraqlanıblar. Daha ətraflı » -
20MayXəbərlər NÖVBƏTİ VİDEOKONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasi-təsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlərdən, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qə-rarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən danışılıb. Daha ətraflı »


Yeni ismarıclar