Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyn

    Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi.
    Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtərə iyunun 3-də etdiyi səfərdən ətraflı danışdı. Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümum-təhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.
    Sonra icra başçısı bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir.
    Rayon rəhbəri bütün dünyanı ağuşuna almış pandemiyadan da söhbət açdı.
    Sonda müəllimlərdən Gülarə Əkbərova, Azad Abbasov, Arzu Babayeva, Rəşad Qarayev, Vəsilə Mehdiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev, məzunlardan Ziya Əyyubzadə, Lamiyyə Quliyeva, İlahə Məmmədova, Rəşad Quliyev, Nərgiz Atayeva, Zərifə Vaqifli, Mehrac Əlizadə, Elçin Mustafayev, Tacirə İs-mayılzadə, Şəfa Qəmbərli, Nilufər Hüseynzadə, İlahə Hüseynzadə, Əziz Ələsgərli, Həmidə Hümbətzadə, Nərmin Rzayeva, Murad Səfərli, Şəhla Səlimova, Vüsal Ələkbərli, Ayşən Məmmədli, Aytən Cabbarzadə, Firuzə Əsgərova, İlahə Aslanlı, Şükür Məmmədov, Həcər Quliyeva, Ülkər Kərimova onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
                                                                                                                                                                “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:10

İsmarıclar bağlıdır.