Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məm-mədov 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayın videokonfrans keçirib.
Konfransda inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilib.
Tədbiri açan rayon rəhbəri Ulu Öndərin Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasından və müstəqil dövlətçilik ənənələrinin bərpa edilib qorunmasından ətraflı danısıb. 1993-cü ildə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranmışdı.
Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Xalqın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. Həmin gün Qurtuluş günü kimi tarixə düşdü.
Konfransda Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Subartezian Quyularının İstis-marı İdarəsinin rəisi Əli Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov, Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs-direktoru Yaşar Hüseynov, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Mehman Babayev, İƏD üzrə İcra nümayəndələrindən Azər Yaqubzadə, Gülüstan Əhmədova, Azər Cabbarov, Aslan Babayev, Xaləddin Qa-rayev, Surxay Hüseynov, Mübariz Yunisov, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova çıxış etmişlər.
“Yeni Tərtər”
-
19İyn
Müəllif: Redaktor, 11:07