Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən inzibati binalarda dezinfeksiya işləri aparılıb. Binaların ətrafları, giriş hissələri xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub, vətəndaşlarla COVİD-19-a qarşı mübarizə tədbirləri barədə maarifləndirici söhbətlər aparılıb.
-
10İyl
Müəllif: Redaktor, 12:10