Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May
    Xəbərlər NÖVBƏTİ VİDEOKONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasi-təsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlərdən, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qə-rarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən  danışılıb. Daha ətraflı »

  • 09May
    Xəbərlər ƏRZAQ YARDIMI AKSİYASI üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, ayrı-ayrı sahibkarların və iş Daha ətraflı »

  • 09May
    Xəbərlər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD – 19)
    infeksiyasının Tərtər rayonunun ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri davam etdirilir. İnfeksiyanın qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş cədvələ əsasən aparılır.
    Tərtər şəhərinin bütün küçələri, çoxmənzilli və fərdi yaşayış binalarının ətrafı, giriş və çıxışları hər gün dezinfeksiya olunur,antiepidemiya tədbirləri görülür. Daha ətraflı »

  • 09May
    Xəbərlər İPƏKQURDU TOXUMU PAYLANDI üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənə-nəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildənilə dəfələrlə artır.
    Respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Daha ətraflı »

  • 09May
    Xəbərlər AVTOMOBİL YOLU YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı QaradağlıQapanlıQaynaqYuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
    Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
    Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli də-mirbeton su ötürücü boruların tikintisi işləri də aparılıb. Daha ətraflı »

  • 30Mar
    Xəbərlər Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın MƏLUMATI üçün şərhlər bağlıdır

    29 mart saat 00:00-dan etibarən

    Xüsusi karantin rejimi gücləndirilsin.

    Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. Daha ətraflı »

  • 30Mar
    Digər, Xəbərlər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    “GEDİRSƏN, TEZ QAYIT GƏL…”

    Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
    Gedirsən, tez qayıt gəl,
    Gözü yolda qalan var…
    Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi… Daha ətraflı »

  • 18Mar
    Xəbərlər İCRA BAŞCISI 87 YAŞLI NUBAR MƏDƏTLİ İLƏ GÖRÜŞDÜ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Beynəl-xalq Qadınlar günü ərəfəsində rayonun Azadqaraqoyunlu kəndində yaşayan 87 yaşlı folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri olmuş, “Aşıq Pəri” məclisinin üzvü kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin evində olub, onu 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edib.
    Rayon rəhbəri qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, şeirləri və publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır. Daha ətraflı »

  • 18Mar
    Xəbərlər HƏRBİ HİSSƏDƏ BAYRAM TƏDBİRİ üçün şərhlər bağlıdır

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib.
    Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak edərək Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb. Daha ətraflı »

  • 05Mar
    Xəbərlər QADINLAR FACİƏNİ ANDILAR üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatı qərargahında Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.
    Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açdı.O, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavastə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetrilmələrindən danışdı, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin laqeydliyi barədə söz açdı. Daha ətraflı »