Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    BMT-nin Qurumlararası missiyasında iştirak edən Birləşmiş Millətlər Təşkilatının əməkdaşları missiya tərəfindən indiyə qədər görülən işləri nəzərdən keçirmək və potensial ehtiyacları müəyyənləşdirmək üçün Tərtər rayonuna səfər ediblər.
    Səfər çərçivəsində nümayəndə heyəti Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    İcra başçısı qonaqlara rayon haqqında məlumat verib, bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 mərmi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.
    Tərtər rayonu 43 hərbi, 17 mülki şəhid verib, 200-dən çox qazi, 63 mülki yaralı var.
    Sonra rayon rəhbəri nümayəndələrə ermənilərin atdığı mərmilərdən rayona dəymiş ziyanın aradan qaldırılması üçün görülmüş tədbirlər barədə ətraflı məlumat verib.
    Nümayəndə heyəti ziyan dəymiş infrastrukturu əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olublar.
    Daha sonra qonaqlar yerli icmaların nümayəndələri ilə görüşüblər.

     

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.