


Tədbir iştirakçıları əvvəlcə rayonun Mərkəzi Meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramlarını bildiriblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə mərkəzdə iştirakçılar Ulun Öndərin büstü önünə gül-çiçək dəstələri düzüb, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin tarixı fenomen şəxsiyyət, qeyri-adi zəkaya malik müdrik dövlət xadimi kimi düşdüyünü qeyd edib. Bildirib ki, xalqı, dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir. O, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Tərtər Olimpiya İdman Kompleksinə yeni təyin olunmuş direktor Emin Dadaşovu rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla birgə qəbul edib, müvafiq tövsiyələrini verib.
YAP Tərtər rayon təşkilatı bildirir ki, 05 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yuxarı Qapanlı və Qazyan ərazi partiya təşkilatlarında partiya fəalları ilə növbəti görüşünü keçirilib.
Türk xalqlarının görkəmli sənətkarlarından biri, İlahi eşqi tərənnüm edən ədəbiyyatın ilk, gözəl nümunələrini yaradan və təbliğ edən Yunis Əmrəyə görə insan əməlinə, gördüyü işlərinə görə ad qazanır. Yəqin ona görədir ki, bu günümüzdə də Yunus Əmrə şerlərinə dönə-dönə müraciət olunur, xatirəsi anılır.
Tərtər Rayon İcra Hakimiyyəti rayon Mədəniyyət Mərkəzi ilə birlikdə Ümummilli liderin 99-cu ildönümünə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirib.
Tərtər Rayon Təhsil Şöbəsinin və Tərtər Uşaq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə Tərtər rayonunda Ümummilli Liderin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı təntənəli yığıncaq keçirilib.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində yeni məktəb binasının tikintisi ilə yerində tanış olub. Aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.


Tərtər Rayon İcra Hakimiyyətində keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan şura iclasında rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Suvarma sistemləri, Tərtərçay Hidroqovşağı İstismarı, rayon Statistika, Gənclər və İdman İdarələrinin, rayon Təhsil şöbəsinin, Mədəniyyət mərkəzinin nümayəndələri və Mərkəzi xəstəxananın Publik hüquqi şəxsi-direktoru iştirak ediblər.
Tərtər rayon icra hakimiyyəti başçısı yanında korrupsiyaya qarşı mübarizə ilə bağlı şura iclası keçirilib.
Yeni ismarıclar