
Bu gün Tibb işçilərinin peşə bayramı günündə Tərtər rayon Mərkəzi Xəstəxanasının həyətində Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Tərtər rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsin direktoru, Şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları vətənimizin bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini yad edib, Şəhidlərin ruhuna dualar oxunub.
Sora Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə rayonun Kəngərli kəndində şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb. Görüş Vətən müharibəsi şəhidi, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Səbuhi Məmmədovun ailəsində baş tutub. Görüşdə Kəngərli kəndindən olan 5 şəhid ailəsi iştirak edib. “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş İntiqam Mənsimlinin atası Rövşən Mənsimov, saglığında “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Qənbər Qənbərlinin atası Bəhruz Qənbərov, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elmin Quluzadənin atası Şəmsi Quluzadə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş Elşad Abbaszadənin atası Raquf Abbasov iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Kəngərli kəndində səyyar-qəbul görüşü keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Kəngərli kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən müşavirədə RİH-nin işçiləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
İyunun 8-də Şıxarx kənd 1 saylı tam orta məktəbində “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Təhsil, məktəbəqədər müəssisələrin maddi texniki bazasının möhkəmləndirilməsi, təhsil sahəsində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərə diqqət yetirilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 32 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.
Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər ölkəmizin enerjiyə olan tələbatını ödəməklə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında rolunu daha da artırıb. Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı bunun parlaq nümunəsidir.
Yeni ismarıclar