Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,835
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen
    Xəbərlər Tərtər rayon prokurorluğunun əməkdaşları tərəfindən 2022-ci ilin 4-cü rübündə vətəndaşların yaşayış yerlərində keçiriləcək qəbuluna dair üçün şərhlər bağlıdır

    CƏDVƏL

    S/n Qəbulu aparacaq şəxs Qəbulun keçiriləcəyi yer Tarixi və vaxtı
     

    01.

     

    Prokuror

    Əli Qurbanov

     

    Seydimli kəndi

     

    15.10.2022

    Saat 11-00-dan

     

    02.

     

    Prokurorun böyük köməkçisi

    Məhəmməd Məmmədov

     

    Mamırlı kəndi

     

    19.11.2022

    saat 11-00-dən

     

    03.

     

    Prokurorun köməkçisi

    Elmar Əllədinzadə

          

    Köçərli kəndi

     

    10.12.2022

    Saat 11-00-dan

     

  • 30Sen
    Xəbərlər Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tərtər rayonunda səfərdə olub üçün şərhlər bağlıdır

     

    Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Türk Kızılay Gennel Sekreteri Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər.
    Səfər çərçivəsində qonaqlar əvvəlcə şəhərin girəcəyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, sonra Ulu Öndərin abidəsini ziyarət edərək, onların xatirəsini dərin ehtiramla yad edib, önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra onlar Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostendlərə baxıblar. Daha ətraflı »

  • 23Sen
    Xəbərlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov sentyabrın 22-də Tərtərdə Ağdam, Ağcabədi, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

    Qəbuldan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

    Sonra Tərtər rayon İcra Hakimiyyətində rayon rəhbəri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

    Xidmət rəisi, general-polkovnik Arzu Rəhimovun keçirdiyi qəbulda 52 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq həqiqi hərbi xidmətə göndərilməsi, təkrar tibbi şəhadətləndirmə, veteran adı və vəsiqəsinin verilməsi, könüllü hərbi xidmətə göndərilmə, eləcə də digər məsələlər ilə bağlı olub. Daha ətraflı »

  • 20Sen
    Xəbərlər Sakinlərin müraciətləri əsasında operativ tədbirlər görülüb üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbulu keçirilmişdi. Həmin qəbul zamanı sakinlər kəndin bir sıra problemləri ilə bağlı rayon rəhbərinə müraciət etmiş, bunların həllində köməklik göstərilməsini xahiş etmişlər. Qəbuldan dərhal sonra qaldırılan məsələlərlə bağlı əlaqədar qurumlara göstəriş verilib və vətəndaşların müraciətləri operativ həll olunub.

    Belə ki, kənddə məktəbə gedən yola çınqıl tökülərək hamarlanıb, yolun kənarları qaydaya salınıb.
    Rayon Elektrik Şəbəkəsi tərəfindən 160 KVA transformatorda carı təmir işləri aparılıb. 0,4 klovatlıq açarlar, keçid izolyatorları yenisi ilə əvəz olunub, dayaq izolyatorları quraşdırılıb, transformatorun qapıları tə-mir-bərpa olunub, 0,4 klovatlıq çıxış kabeli 4×50 nay kabeli ilə dayağa verilib, 10 klovatlıq giriş naqilləri dəyişdirilib, transformator rənglənib.
    Aztelekom MMC-nin Mərkəzi Aran Regional Filialının Tərtər Rayon Şö-bəsinin müdiri Cavid Əliyev vətəndaşların müraciətləri ilə bağlı kənd sakinləri ilə görüşüb, onlara məlumat verərək bildirib ki, Yuxarı Sarıcalı kəndi də daxil olmaqla Düyərli, Ələs-gərli, Yenikənd, Bayandur, Səhlabad, Əskipara kənd-lərinə də telefon və internet xəttinin çəkilməsi üçün artıq layihə hazırdır, şəhər mərkəzində işlər başa çatdıqdan sonra adları qeyd olunan yaşayış məntəqələri də ilin sonunadək telefon və internet xətti ilə təmin ediləcəklər.
    Yuxarı Sarıcalı kənd sa-kinləri müraciətlərinin qısa müddətdə həll olunmasından razıdırlar.

     

  • 20Sen
    Xəbərlər İcra başçısının Ələsgərli kəndində səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Görüş zamanı kəndin ümumi problemləri diqqətə çatdırılıb

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Ələsgərli kəndində səyyar qəbul-görüşü keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.

    Rayon icra hakimiyyəti-nin başçısı sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi geniş-miqyaslı təxribatların qarşısını alan zaman Azərbaycan Ordusunun şəhid verdiyini bildirib, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib. Qəbul zamanı öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra rayon rəhbəri kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
    Qeyd edilib ki, Ələsgərli kəndində son üç ildə 3 ədəd subartezian quyusu qazılıb, 1000 metr su arxı lildən təmizlənib, kəndin mərkəzi yoluna asfalt örtüyü salınaraq kənar hissələri abadlaşdırılıb.
    İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    Sonra sakinlərin müraciətləri dinlənilib.
    Kənd sakinlərindən Rafiq Əliyev yeni subartezian quyusunun qazılması, işıq naqillərinin sip kabellə əvəzlənməsi, Məhəmmədəli Məmmədov elektrik dirəklərinin dəyişdirilməsi və kəndin su arxına qapı qoyulması və digər məsələ-lərlə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

    “Yeni Tərtər”

     

  • 12Sen
    Xəbərlər Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Tərtər rayonunda vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.

    Müraciət edənlər sırasında Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə də olub. V.Nəsirli qəhrəmanımızın sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

    Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

     

  • 09Sen
    Xəbərlər Yaponiyanın “Fuji Optical Co.Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Tərtər rayonunda səfərdə olub üçün şərhlər bağlıdır

    Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-ın Azər-baycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Anio Kananin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.
    Doktor Anio Kananin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur. Daha ətraflı »

  • 09Sen
    Xəbərlər Təbrik edirik! üçün şərhlər bağlıdır

    Jurnalistikaya aparan yol

    İş yoldaşımız Ülviyyə xanımı qızı Səbinənin Naxçıvan Dövlət Universitetinə jurnalistika ixtisası üzrə daxil olması münasibəti ilə ürəkdən təbrik edirik!
    Xeyli vaxt idi ki, onun yaşadığı həyəcana biz də şərik olurduq. Nəhayət, cavablar açıqlandı və hamımız rahat nəfəs aldıq. Səbinə öz arzusuna qovuşdu, ana ürəyi isə rahatlıq tapdı. Bu sevincdən hər birimizə pay düşdü.
    Qeyd etmək istəyirəm ki, Səbinə vaxtilə Tərtərdə rayon qəzeti redaksiyası mətbəəsinin əsasını qoyan Mirməhəmməd Babayevin nəticəsidir. Babası, rəhmətlik Akif Hüseynov da iş yoldaşımız olub, mətbəənin linotipçisi idi.
    Ona görə təsadüfi deyil ki, tələbə qızımızı jurnalistikaya aparan yol elə bizim rayon qəzetindən başlayıb, ilk məqaləsi “Yeni Tərtər”in səhifələrində çap olunub.
    Səbinə atasını itirəndə V sinif şagirdiydi. Bu gün tələbə kimi onun məzarını ziyarət edib, verdiyi vədi yerinə yetirdiyini söylədi.
    Əminik ki, gələcəkdə o, gözəl bir jurnalist kimi xalqımıza xidmət edəcək.

    Svetlana Bağırova

  • 31Avq
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında kəndlərdə keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır

    Bildiririk ki, rayon icra hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir.

    S/№ Yaşayış məntəqəsinin adı Ayın tarixi Saat Görüşün keçiriləcəyi yer
     

    1

     

    Sarcalı kəndi

     

    04.08.2022

     

    11:00

     

     

    Sarıcalı kənd tam orta məktəbinin ərazisi

    2 İrəvanlı kəndi 01.09.2022 11:00  

    İrəvanlı kənd tam orta məktəbinin ərazisi

     

    3

     

    Əlsəgrli kəndi

     

    08.09.2022

     

    11:00

     

    Ələsgərli  kənd tam orta məktəbinin ərazisi

     

    4

     

    Soyulan kəndi

     

    22.09.22

     

    11:00

     

    Soyulan kənd ümumi orta məktəbinin ərazisi

     

    5

     

    Umudlu kəndi

     

    29.09.22

     

    11:00

     

    Umudlu kənd ümumi orta məktəbinin ərazisi

     

     

  • 31Avq
    Xəbərlər Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, sahibkarlıq və əkin məqsədi ilə bələdiyyədən icarəyə torpaq sahəsinin ayrılması, mənzil növbəsi, kəndarası yolun təmir olunması, Sarov kəndinə gedən su arxının lildən təmizlənməsi, maddi yardım, pay torpaq sahələrində olan mübahisə, subartezian quyularının təmiri və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.