22May
ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUR


Bu günlərdə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Əskipara kəndində şəhid Ayşad Əzizovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Ayşad Əzizov 5 sentyabr 1990-ci ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. O, 29 sentyabr 2020-ci il tarixdə, 30 yaşında Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ayşad Əzizov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə tərtif olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Vətən Müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsində olub, atası Elşad Babayevi 55 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Əskipara kəndində birinci Qarabağ müharibəsi şəhidi Nuru Abbasovun ailəsində olub, ailənin qayğıları ilə maraq-lanıb, Vətənə Nuru kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib. Daha ətraflı »
22May
Maarifləndirmə tədbirləri keçirilir
Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər rayon Nümayəndəliyi tərəfindən “İnsan Hüquqları aylığı” (18 may-18 iyun) çərçivəsində “İnsan hüquqlarını qoruyaq!” başlığı altında sərgi təşkil olunub və “dəyirmi masa” keçirilib.
Tədbirdə bu sahədəki mövcud qanunvericilik sahəsindən, dövlətimizin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan bəhs edilib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq və sair kimi hüquqlarından danışılıb.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqları-nın müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla davam və inkişaf etdirən Prezident İl-ham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hər il mayın 18-dən iyunun 18-dək olan dövrü “İnsan hüquqları aylığı” elan edir. Bu müddət ərzində ölkə ərazisində insan hüquqlarını təbliğ edən maarifləndirmə tədbirləri keçirilir.
22May
Qaradağlı kəndində 200 ailəyə texniki su çəkilib
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Qa-radağlı kəndində 200 ailəyə texniki su çəkilib.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçiril-diyini vurğulayıb.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimindən sonra millət vəkili Anar Məmmədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndindən şəhid olan Aslan Hüseynovun ailəsinin yaşadığı evdə olublar.
22May
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemlər həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Rəcəbli kənd sakinləri müraciət edərək Rəcəbli və Kovdadıq kəndlərini birləşdirən yolda suötürücü borunun yararsız vəziyyətə düşməsi səbəbindən su arxının daşaraq avtomobillərin hərəkətinə maneə törətdiyi üçün həmin borunun yenisilə əvəz olunmasını xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yararsız vəziyyətdə olan boru çıxarılaraq yenisilə əvəz olunub.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
22May
Müsbət dəyişikliklər ürəyimizcədir
Hər bir insan günün çox hissəsini iş yerində keçirir. Buna görə çalışdığın kollektiv ikinci ailən hesab olunur.
2021-ci ildən Şıxarx kənd Dağıstan Əzizov adına 1 saylı tam orta məktəbdə texniki işçi kimi çalışıram. İşimlə bağlı gün ərzində həm müəllimlərlə, həm də şagirdlərlə təmasda oluram. Son vaxtlar buradakı müsbət yeniliklər biz sadə zəhmət adamlarını da sevindirir. Şagirdlərin təhsilinə göstərilən diqqət, nizam-intizamın gücləndirilməsi sayəsində onların uğurları xeyli artıb.
Kollektivimizdə hər kəsə hörmət və mehribançılıqla yanaşılır, axı, məqsədimiz birdir. Biz texniki işçilər çalışırıq məktəbimiz təmiz və səliqəli olsun. Məktəb rəhbərliyi, müəllim kollektivi isə uşaqların təlim və tərbiyəsi üçün çalışır, valideynlərlə əlaqə saxlayır, onların pis təsir altına düşməməsi üçün məsləhət və tövsiyələrini verirlər.
Aytəkin Alıyeva,
Şıxarx kəndi
22May
2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 7637,7 min manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2825,3 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 37,0 faizini təşkil etmişdir.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmələrin 877,0 min manatı və ya 11,5 faizi məişət xidmətləri olmuşdur.
07May
Qərbi Azərbaycan əsilli şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qərbi Azərbaycan əsilli şəxslərin, habelə əvvəlki dövrlərdə köçürülmüş ailələrin nümayəndələrinin müəyyən edilməsi, onların adlı siyahılarının dəqiq tərtib olunması, eyni zamanda Ermənistan SSR tərəfindən həmin şəxslərə və ailə üzvlərinə verilmiş sənədlərin surətlərinin toplanması işinin təşkili ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri ilə görüş keçirib.
Görüşdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edən Ruslan Allahverdiyev, statistika, qeydiyyat və arxiv idarələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli strukturlarının əməkdaşları, Qərbi Azərbaycan İcmasının özəkləri, habelə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Rayon rəhbəri çıxış edərək bildirib ki, tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım və deportasiya cinayətləri nəticəsində yüz minlərlə soydaşımız Azərbaycana pənah gətirərək ölkəmizin müxtəlif yaşayış məntəqələrində, o cümlədən Tərtər rayonunda məskunlaşmışdır.
Azərbaycanlılara qarşı 1905-1906-cı illərdə törədilən qırğınların, 1918-1920-ci illərdə soyqırımın, 1948-1953-cü illərdə deportasiyanın, 1987-1991-ci illərdə etnik təmizləmənin izlərini bu gün daha dərindən araşdırmaq və dün-ya ictimaiyyətinin diqqətinə çatdırmaq, baş verən cinayətlərin miqyasını daha dəqiq öyrənmək, eləcə də onların pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə tədbirlər görmək məqsədilə ölkəmizdə aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Daha ətraflı »
07May
Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Məmmədovun qardaşı Zamin Məmmədovun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Tərtər rayon məhkəməsinin sədri Tahir Qubadov, hüquq mühafizə orqanlarının əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Elşən kimi oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə cansağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı »
07May
Giriş qapısı təmir olundu
Hər bir yaşayış məntəqəsi haqqında ilk təsəvvür onun girişindən, yolundan yaranır. Ona görə də deyirlər ki, yol mədəniyyətdir, giriş qapısı isə həmin yerin vizit kartıdır.
Bir neçə il əvvəl kəndimizin yoluna asfalt örtüyü çəkilib. Yəni gediş-gəlişimiz rahatdır. Ancaq həm kəndimizin giriş qapısı yarasız vəziyyətdəyd, həm də avtomobil yolunun kənarlarındakı alaq otları və vətəndaşlar tərəfindən tökülmüş məişət tullantıları xoşagəlməz mənzərə yaradırdı.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndimizdə səyyar qəbul-görüş keçirəndə, bizi narahat edən məsələ ilə bağlı müraciət etdik.
Artıq mənzərə tamamilə dəyişib. Kəndin giriş qapısı təmir olunub, alaq otları biçilib və ərazi məişət tullantılarından təmiz-lənib.
“Görülən işdən gül ətri gələr,” – deyiblər. Biz də görülən işlərdən razıyıq. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik.
Bayram Məmmədov,
Cəmilli kəndinin sakini
07May
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Elşən Əlizadənin ailəsində olub, anası Sahibə Əliyevanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub. Daha ətraflı »
Yeni ismarıclar