13İyn

Borsunlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə qonaqlar kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Borsunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Xaləddin Qarayev görülən işlər barədə məlumat verib.
Sakinlərdən Vaqif Qədimov, Məhruzə İsmayılova, Tuğay Axundov, Nəyahət İsmayılova su təminatının yaxşılaşdırılması, kəndə gələn əsas yola asfalt örtüyünün salınması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi ilə bağlı məsələ qaldırıblar
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
13İyn

Borsunlu kənd tam orta məktəbinin həyətində Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşlığı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilmiş “Təhlükəsiz Oyun Meydançası”nın açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Raul Ammon, Almaniyanın Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi xanım Mik Pixend, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, cəmiyyətin yerli bölməsinin nümayəndələri, kənd sakinləri, məktəblilər iştirak ediblər.
Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev açıb. Bildirib ki, layihənin məqsədi cəbhə xəttinə yaxın olan kəndlərdə uşaqların oynaması üçün təhlükəsiz meydançalar yaratmaq və onların asudə vaxtlarının keçirmələri üçün qorxusuz yerlərlə təmin etməkdir.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov da layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu meydançalar uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir. Sonra rayon rəhbəri düşmənin törətdiyi təxribatlar, bunun nəticəsində dinc əhaliyə dəyən ziyan barədə qonaqlara ətraflı məlumat verib. Daha ətraflı »
Teqlər: Xəbərlər
13İyn

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Tərtər Regional Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Tərtər rayonunda “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərilmə texnologiyaları mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib.
Seminarda Azərbaycanın bir sıra rayonlarından–Kürdəmir, Ağdaş, Beyləqan, Samux, Füzuli, Ağcabədi, Göygöl, İmişli, Bərdə, Saatlı və Zərdab rayonlarından təsərrüfat rəhbərləri və fermerlər iştirak ediblər.
Tədbiri Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev açaraq, iştirakçıları salamlayıb. O, kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edib. Deyib ki, bu gün sizi Qəhrəman Tərtər torpağında görməyimdən çox məmnunam. Rayonumuzun mənfur qonşularımızla təmas xətti 48 km təşkil edir. Ermənilər yaşayış məntəqələrimizi “Qrad” və ağır top mərmilərindən atəşə tutublar, insanlar həlak olub, evlər dağılıb. Bütün bunlara baxmayaraq, Tərtərdə həyat öz axarı ilə davam edir. Daha ətraflı »
Teqlər: Xəbərlər
13İyn
SAKİNLƏR BU İŞDƏN RAZIDIRLAR

Həmsöhbətim Ağdərə rayonunun Kərəmli kənd sakini, 1991-ci ildən ailəlikcə məcburi köçkün düşən Qarayeva Rəbiyyə Abbas qızıdır. Rəbiyyə bacının danışdığını həyəcansız dinləmək olmur. Deyir ki, bizim kəndimiz başıqarlı Murov dağının ətəyində yerləşirdi. Uşaqlıqdan valideynlərimiz burada yaşayıblar. Sonra elə mən özüm də ailə həyatı qurdum. Gözəl güzəranımız, hər cür şəraiti olan ev-eşiyimiz vardı. Sanki, qəflətən bu gözəllikdən əsər-əlamət qalmadı. 1991-ci ilin sentyabrında mənfur ermənilər kəndimizi iriçaplı silahlardan, “Alazan” tipli raketlərdən atəşə tutdular. Hətta evlərə od vurub yandırdılar. Neçə-neçə insan evinin içində yanıb kül oldu. Belə vəhşilik heç zaman görünməyib. Həmin vaxt kəndə vertolyot endi. Uşaqları, qocaları vertolyotla Tərtərə yola saldıq. Qalan kənd sakinləri isə Murov yolu ilə Tərtərə gəldilər. Tərtərin Hüləbətli kəndində köhnə tanışlarımız vardı. Bir müddət orada yaşadıq. Sonra böyük qızım Fəxrəndə indiki Fikrət Əmirov küçəsində 9 nömrəli həyəti aldı. Orada iki otaq və geniş seyvandan ibarət ev tikdirdi. Onun 3 uşağı var. Daha ətraflı »
Teqlər: Xəbərlər
13İyn

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənli-yində rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar da iştirak etmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bayram tədbirinə topla-şan çoxsaylı uşaqları salamlayaraq onları təbrik etmiş və bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir.
Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Rayon rəhbəri bugünkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını söylədi. Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Bayram tədbirində uşaqlara şirniyat paylanmış, 4 nəfər uşağın valideyninə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilmişdir.
Teqlər: Xəbərlər
01İyn
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Azərbaycan tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, ona göstərilən etimadı tam doğruldub və Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyə edib. Azərbaycan həm də böyük beynəlxalq tədbirləri nümunəvi şəkildə təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını, öz böyük potensialını bütün dünyaya bir daha təqdim edib.
Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Son illər hava, yol, dəniz və dəmir yolu infrastrukturunu ən müasir standartlara uyğun yenidən qurmaqla, Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
01İyn

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəti-cəsində dağılmış evlərə baş çəkiblər.
Baş nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi Mey-danında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
Sonra Mərkəzi meydanda aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüş keçirilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
01İyn
Heydər Əliyev Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Respublika Günü münasibəti ilə məruzə etmişdir. O bildirmişdir ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün kimi tarixdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən öz istiqlalına qovuşsa da, həmin vaxt hakimiy-yətin savadsız və qətiyyətsiz adam-ların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu.
Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından sonra həmin mənzərə dəyişdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
01İyn
Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan İşıq rayonumuza səfəri zamanı Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc əhaliyə dəymiş ziyanla tanış olub.
Bu barədə qardaş ölkənin diplomatına Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov ətraflı məlumat verib. Bundan sonra konsul Orxan İşıq rayon icra hakimiyyətinin başçısı ilə fikir mübadiləsi edib, müzakirələr aparıb.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
01İyn

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov rayonumuza səfəri zamanı məcburi köçkünlərlə görüşüb. O, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla birlikdə aprel döyüşləri zamanı ermənilərin atdıqları mərmilərdən zərər çəkmiş evlərdə olub. Bildirib ki, bu evlərin hamısı əvvəlkindən də yaxşı bərpa olunacaq.
Şıxarx qəsəbəsində olarkən Əli Həsənov xeyli hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa–150” abidəsinə baxıb. O deyib ki, erməni məkrini və yalanını ifşa etmək üçün bu abidənin böyük əhəmiyyəti var. Abidə tezliklə bərpa olunmalı, ölkəmizə səfər edən xarici nümayəndələr ermənilərin Qarabağda məskunlaşması münasibətilə ucaltdıqları bu abidədəki tarixi görməlidirlər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar