Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənli-yində rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar da iştirak etmişlər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bayram tədbirinə topla-şan çoxsaylı uşaqları salamlayaraq onları təbrik etmiş və bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir.
Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Rayon rəhbəri bugünkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını söylədi. Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Bayram tədbirində uşaqlara şirniyat paylanmış, 4 nəfər uşağın valideyninə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilmişdir.
-
13İyn
Müəllif: Redaktor, 10:50
Teqlər: Xəbərlər