Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Avq
    Xəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏBƏLƏ VƏ İSMAYILLI RAYONLARINA SƏFƏRİ üçün şərhlər bağlıdır

    02 (1)v3Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib.
    Dövlət başçısı əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
    Bundan sonra Prezident İlham Əliyev Qəbələdə inşası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olaraq görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
    Prezident “Qəbələ” Park-Bulvar kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, həmçinin “Qafqaz Tufandağ Mountan Resort” hotelinin açılışında iştirak edib.
    Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
    Sonra Prezident Nohurqışlaq Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib. Daha ətraflı »

    Teqlər:

  • 18Avq
    Xəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    Изображение 117YENİ PARK SALINIR

    Rayonumuzda tikinti-quruculuq işləri ilboyu mütəmadi şəkildə davam etdirilir. Belə işlərdən biri də Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın tikintisidir. Bura minlərlə maşın torpaq daşınıb tökülərək hamarlanmışdır. Beləliklə də ərazinin səviyyəsi çaydan xeyli yuxarı qaldırılmışdır.
    Parkdan keçən Buruc arxı 300 metrdən çox məsafədə beton kanal şəklinə salınmışdır. Yeni salınan parkda quruculuq-abadlıq işləri davam etdirilir. Bu park Tərtər əhalisinin ən sevimli istirahət mərkəzlərindən biri olacaqdır.

    Teqlər:

  • 18Avq
    Xəbərlər TƏMİR DAVAM EDİR üçün şərhlər bağlıdır

    Изображение 088Şəhərimizdə 8 ədəd çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad və giriş hissələri suvanıb, rənglənmişdir. Bu işlərin görülməsi üçün əhalinin məşğulluğunun təmin olunması məqsədilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür. Təmir işləri davam edir.

    Teqlər:

  • 18Avq
    Xəbərlər AVADANLIQLAR ALINIB üçün şərhlər bağlıdır

    Изображение 137YAP Tərtər Rayon Təşkilatının inzibati binasında son tamamlama işləri başa çatmış, binanın otaqları müasir tipli mebel və avadanlıqlarla təmin olunmuşdur.

    Teqlər:

  • 18Avq
    Xəbərlər BƏRPA İŞLƏRİ YEKUNLAŞIR üçün şərhlər bağlıdır

    Изображение 064Cari ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı zamanı Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, işıq, su, rabitə təsərrüfatına, əhalinin malqarasına və digər əmlaklarına müxtəlif dərəcədə zərər dəymişdir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası üçün vəsait ayrılmış və bu işlərin icrasına dərhal başlandığından görülən işlər yaxın günlərdə başa çatdırılacaqdır.

    Teqlər:

  • 18Avq
    Xəbərlər LAYİHƏNİN İCRASI SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır

    Изображение 103Ötən ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması iayihəsinin icrası davam etdirilir. İndiyədək 52317 metr kanalizasiya xətti çəkilmiş, yaxud layihədə nəzərdə tutulan işin 70 faizi yerinə yetirilmişdir.
    Yerüstü qurğulardan tutumu 5000 kubmetr olan su anbarından birinin tikintisi 100 faiz başa çatdırılmış, ikinci su anbarının tikintisi 65 faiz yerinə yetirilmişdir. Artezianlararası yüksək gərginlikli elektrik xətlərinin çəkilişi 90 faiz yerinə yetirilmişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18Avq
    Xəbərlər RAYONUMUZUN ƏRAZİSİNDƏ DAHA 14 SUBARTEZİAN QUYUSU QAZILACAQ üçün şərhlər bağlıdır

    122600101229Rayonumuzun təsərrüfatlarında bitkilərin suvarılması əsasən subartezian quyularının hesabına həyata keçirilir.
    Rayon ərazisində artezianların vəziyyəti barədə müfəssəl məlumat almaq məqsədilə subartezian quyuları istismarı idarəsinin rəisi Əli Əliyevlə əlaqə saxladıq. Əli müəllim bildirdi ki, hal-hazırda rayonumuzun ərazisində 474 ədəd subartezian quyusu var. Onların 467 ədədi işlək vəziyyətdədir.
    Ölkə Prezidenti möhtərəm İlham Əliyevin son sərəncamına əsasən Tərtər rayonunda daha 14 ədəd subartezi-an quyusunun qazılması nəzərdə tutulub. Həmin quyuların artıq beşi qazılıb. Artezianlar hər kənddə biri olmaqla Mamırlı, Qaynaq, Kəbirli, Xoruzlu və Ələsgərli kəndlərində qazılmışdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08Avq
    Xəbərlər 26 sentyabr ümumxalq səsverməsi günüdür üçün şərhlər bağlıdır

    REFERENDUM ÜZRƏ TƏŞƏBBÜS QRUPU YARADILIB

    downloadYAP Tərtər Rayon Təşkilatının Qərargahında Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı öl-kəmizdə cari ilin sentyabr ayının 26-da keçiriləcək referendumda iştirakla əlaqədar ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi məqsədilə yığıncaq keçirilib.
    Yığıncaqda çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitu-siyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respub-likasının Referendum Aktının layihəsinin Konstitusiya məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Xəbərlər DÖVLƏT SİRLƏRİNİN QORUNMASI VƏ DEZİNFORMASİYALARIN QARŞISININ ALINMASI üçün şərhlər bağlıdır

    Изображение 007(1)Изображение 013(4)Tərtər şəhər Gənclər Mərkəzində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarif-ləndirmə” İctimai Birliyi Azərbaycan Respublikası Prezi-denti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Tərtər Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Dövlət sirlərinin qorunması və dezinformasiyaların qarşısının alınması” adlı layihə çərçivəsində tədbir keçirmişdir. Daha ətraflı »

    Teqlər:

  • 08Avq
    Xəbərlər “ERKƏN NİKAH QƏDƏRİN OLMASIN!” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    DSC_0024 — копияİyulun 20-də “Gənclərin Töhfəsi” İctimai Birliyi Azər-baycan Respublikasının Prezi-denti yanında Gənclər Fon-dunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikah qədərin olmasın!” layihəsi çərçivəsində Tərtər şəhər Gənclər Mərkəzində tədbir keçirmişdir.
    Rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənc-lərin Töhfəsi” İctimai Bir-liyinin sədri Asim Vəliyev çıxış edərək layihə haqqında məlumat vermiş, bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd məişət zorakılığının bir forması olan erkən nikahla mübarizədə vətəndaşların, xüsusən gənclərin proffesionallığını artıra-raq ailələrin uşaqlarını erkən nikaha məcbur etməkdən imtina etmələri mövzusunda dəstəkləmək, bu mümkün deyilsə, yeni həyatlarına hazırlanmaları istiqamətində gücləndirməkdən ibarətdir.
    Tədbirdə iştirak edən Tər-tər Rayon İcra Hakimiy-yətinin nümayəndəsi Tunarə Məmmədzadə çıxış edərək göstərilən problemlə bağlı öz fikirlərini bölüşmüşdür.
    Tədbir iştirakçılarına sertifikatlar və mövzu ilə bağlı maarifləndirici materiallar paylanmışdır.

    Teqlər: