
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi rayon icra hakimiyyəti ilə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibəti ilə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini ehtiramla yad edərək onun abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 13 fevral–Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə onları təbrik etdi və səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və məsuliyyətli işlərində uğurlar dilədi. Daha ətraflı »
-
27FevXəbərlər SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ BEŞİNCİ İLDÖNÜMÜ QEYD OLUNUB üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
27FevXəbərlər Ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları üçün şərhlər bağlıdır
HESABAT DİNLƏNİLDİ

Rayon Gənclər Mərkəzində keçirilən tədirdə təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev ötən il təşkilatın gördüyü işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, təhsil şöbəsi yanında metotkabinetin direktoru İntiqam Nuriyev, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva çıxış edərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən və mövcud nöqsanlardan danışdılar.
Yığıncaqda ərazi ilk partiya təşkilatının yeni tərkibi seçildi. İntiqam Nuriyev təşkilatın sədri, Rahil Şəldiyev sədrin müavini oldular. Təşkilatın qarşıdan gələn IX konfransa 26 nəfər nümayəndə seçildi.
Təhsil ərazi ilk partiya təşkilatının 2017-ci ilə dair iş və tədbirlər planı təsdiqləndi.
YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov yığıncaqda ətraflı çıxış etdi.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
27FevXəbərlər TƏŞKİLATIN ÜZVLƏRİNƏ QAYĞI GÖSTƏRİLİR üçün şərhlər bağlıdır

“Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar təşkilatının hesabat-secki yığıncağı keçirilib. Təşkilatın sədri Kənan Hüseynzadə 2014-cü ilin aprelindən 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində həmkarlar ittifaqı təşkilatının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.
Qəzetin baş redaktoru Tofiq Yusif, baş redaktorun müavini Svetlana Bağırova, mühasib Bəxtilə Əliyeva, korrektor Elfuzə Vəliyeva, muxbir Əvəz Nəsirov və xadimə Zümrüd Bayramova çıxış edərək qəzet işçilərinə həmkarlar təşkilatı tərəfindən göstərilən qayğıdan və işdə yol verilən nöqsanlardan bəhs etdilər.
İclasda ilk həmkarlar ittifaqı təşkilatının 3 nəfərdən ibarət yeni tərkibi və həmkarlar ittifaqı rayon komitəsinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
Tədbirdə iştirak edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Fəxrəddin Binnətov ətraflı çıxış edib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
27FevXəbərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır
BİRLİYƏ ÇAĞIRIŞ
Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova məruzə ilə çıxış edib O göstərib ki, ölkədə “İslam Həmrəyliyi ili” elan edilməsi bütün dünya üçün önəmli olan birliyə çağırışdır.
Bu istiqamətdə görülən işlər, keçirilən tədbirlər dünyanın diqqətini İslam ölkələrinə qarşı ədalətsiz yanaşmalara yönəldəcək.
Tədbirdə “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, rayon təhsil şöbəsinin nümayəndəsi Nigar Məstəlizadə və YAP Tərtər Rayon Təşkilatının işçisi Arzu Yaqubova çıxış edərək Azərbaycanda bütün dinlərin nümayəndələrinə yaradılan tolerantlıq mühitindən və bunun dünya ölkələri üçün nümunə olmasından danışıblar“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
10FevXəbərlər İnzibati ərazi dairələrində hesabat yığıncaqları üçün şərhlər bağlıdır
GÖRÜLƏN İŞLƏRƏ GÖRƏ ARXAYINLAŞMAMALIYIQ

Tərtər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016-cı ildə gördüyü işlər barədə illik hesabat yığıncağı keçirildi. Şəhər icra nümayəndəsi Sahib Həsənov məruzəsində göstərdi ki” 2014-2018-ci illərdə Azərbaycan Respublikasi regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq şəhərimizdə aparılan tikinti-quruculuq və abadlıq işləri qənaətbəxş olmuşdur. Sosial problemlərin həll olunması möhtərəm Prezidentimiz İlham Əliyevin ötən il Tərtərə xanımı ilə iki dəfə gəlişi, Tərtərə və tərtərlilərə göstərilən yüksək qayğının bariz mümunəsidir.
Ötən il Tərtər şəhərinə yeni su və kanalizasiya xətləri çəkilmiş, sayğaçlar quraşdılılmışdır. Hazırda əhali 24 saat fasiləsiz icməli su ilə təmin edilir.
Şəhər mərkəzinin qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə bəzi xətlərdə yeni qaz tənzimləyiciləri quraşdırılmışdır.
II ərzində şəhərin məişət tullantılarının təmizlənməsi işinə 97 min 424 manat vəsait sərf edilmişdir. Ərazilərin süpürülməsinə 42 min 240 manat, 3990 p/m açıq kanalizasiya xətlərinin təmiz saxlanılması üçün 74 min 693 manat, 4,5 hektar yaşıllıq sahələrinə qulluq üçün 11 min 583 manat vəsait xərclənmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10FevXəbərlər MÜSBƏT NƏTİCƏLƏR VƏ VƏZİFƏLƏR üçün şərhlər bağlıdır

Sarov, Rəcəbli Kovdadıq və Bildirçinli kəndlərini əhatə edən Sarov kənd İnzibati Ərazi Dairəsində də 2016-cı ildə bəzi müsbət nəticələr əldə olunub. Hesabat yığıncağında bu barədə nümayəndə əvəzi Telman Paşayevin məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən il Sarov kəndi qazla təmin olunub. Bildirçinli, Kovdadıq, Umudlu, Rəcəbli kəndlərinə də yaxın günlərdə qaz çəkilişinə başlanacaqdır.
Əhalinin suya olan ehtiyacını ödəmək məqsədilə ərazidə bir subartezian quyusu qazılıb, istifadəyə verilmişdir.
Buna baxmayaraq, ermənilər tərəfindən Sərsəng Su Anbarından lazım olan zamanlar arxlara su buraxılmadığına görə sakinlər bitkiçilikdə nəzərdə tutduqları məhsuldarlığı əldə edə bilmirlər. Belə ki, 2016-cı ildə Sarov kənd İƏD üzrə nümayəndəlyin ərazisində 1045 ton taxıl, 430 ton arpa, 109 ton kartof, 55 ton günəbaxan, 25 ton şəkər çuğunduru, 113 ton pambıq, 2 ton lobya, 9 ton qarğıdalı, 222 ton tərəvəz, 272 ton meyvə və 160 kq barama istehsal olunmuşdur ki, bunlar da gözlənildiyindən azdır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10FevXəbərlər 2 fevral Azərbaycanda Gənclər Günüdür üçün şərhlər bağlıdır
HƏR SAHƏDƏ FƏALLIQ GÖSTƏRİLİR

2 fevral–gənclər günü münasibəti ilə keçirilən tədbirin iştirakçıları Ulu Öndərin mərkəzi meydandakı abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Rayon mədəniyyət evinin foyesində gənclərin əl işlərindən ibarət sərgi maraqla qarşılanmışdır. Sonra tədbir rayon mədəniyyət evinin geniş zalında davam etdirilmişdir.
Gənclər və idman idarəsinin rəisi Emin Pənahov məruzəsində qeyd etmişdir ki, hazırda bütün sahələrdə fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.
Bu gün Tərtər rayonunun əhalisinin 20 faizə yaxınını gənclər təşkil edir.
İdarə rəisi sonra göstərmişdir ki, ötən il gənclər sahəsi üzrə 42, idman sahəsi üzrə 38 tədbir keçirilmişdir ki, həmin təbirlərdə 8438 nəfər gənc iştirak etmişdir.
Məruzədə rayon gənclərindən ətraflı bəhs olunmuşdur. Daha ətraflı » -
10FevXəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATINDA üçün şərhlər bağlıdır

Tədbirdə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, quruculuq siyasətində gənclərə xüsusi yer ayrılıb. Beynəlxalq miqyaslı kütləvi idman və elm yarışlarında Azərbaycanın Bayrağını yüksəklərə qaldıran da gənclərimizdir. Təbii ki, bu uğurların kökündə Azərbaycan gənclərinə dövlət səviyyəsində göstərilən xüsusi qayğı dayanır.
1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-cı ildə Ümummilli Liderin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycanın tarixinə düşdü. Bu, Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
26YanXəbərlər QANLI YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ TƏRTƏRDƏ DƏ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır

20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir Tərtər şəhərində ucaldılmış abidənin önündən başlandı. İnsanlar şəhidlərin əziz xatirəsini yad edib abidənin önünə gül-çiçək dəstələri qoydular.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 27 il keçir. Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycanda həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
26YanXəbərlər İnzibati Ərazi Dairələrində hesabat yığıncaqları üçün şərhlər bağlıdır
İL İLDƏN UĞURLU GƏLİR

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyev ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı məruzəsində bildirdi ki, bizim nümayəndəliyin ərazisi 1271 hektar, əhalisinin sayı 2891 nəfərdir. Ailə təsərrüfatlarının sayı 696-dır. Ərazidə 62 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb və bu ailələr 247 nəfəri əhatə edir. Ərazidə 624 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, klub, kitabxana, poçt-rabitə şöbəsi, müasir tipli elektron avtomat telefon stansiyası fəaliyyət göstərir.
Ərazidə 960 hektar əkin sahəsi var. Bunun 480 hektarı payızlıq əkinlərdir. Daha ətraflı »Teqlər: Xəbərlər


Yeni ismarıclar