Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    GÖRÜLƏN İŞLƏRƏ GÖRƏ ARXAYINLAŞMAMALIYIQ

    Изображение 038Изображение 032Tərtər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016-cı ildə gördüyü işlər barədə illik hesabat yığıncağı keçirildi. Şəhər icra nümayəndəsi Sahib Həsənov məruzəsində göstərdi ki” 2014-2018-ci illərdə Azərbaycan Respublikasi regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq şəhərimizdə aparılan tikinti-quruculuq və abadlıq işləri qənaətbəxş olmuşdur. Sosial problemlərin həll olunması möhtərəm Prezidentimiz İlham Əliyevin ötən il Tərtərə xanımı ilə iki dəfə gəlişi, Tərtərə və tərtərlilərə göstərilən yüksək qayğının bariz mümunəsidir.
    Ötən il Tərtər şəhərinə yeni su və kanalizasiya xətləri çəkilmiş, sayğaçlar quraşdılılmışdır. Hazırda əhali 24 saat fasiləsiz icməli su ilə təmin edilir.
    Şəhər mərkəzinin qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə bəzi xətlərdə yeni qaz tənzimləyiciləri quraşdırılmışdır.
    II ərzində şəhərin məişət tullantılarının təmizlənməsi işinə 97 min 424 manat vəsait sərf edilmişdir. Ərazilərin süpürülməsinə 42 min 240 manat, 3990 p/m açıq kanalizasiya xətlərinin təmiz saxlanılması üçün 74 min 693 manat, 4,5 hektar yaşıllıq sahələrinə qulluq üçün 11 min 583 manat vəsait xərclənmişdir.
    Ümumilikdə şəhərin küçə və meydanlarında 850 ədəd Eldar şamı, 300 min ədəd “luqustur”, 1000 ədəd gül kolu, 1000 ədəd xan çinar, 500 ədəd meyvə ağaçları əkilmişdir.
    Il ərzində ümumilikdə şəhərdə cəmi 312 min 45 ədəd ağac və gül kolları əkilmişdir.
    Şəhər icra mümayəndəliyi ərazidə yaşayan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin. Böyük Vətən müharibəsi iştirakçılarının, həmçinin əhalinin ən çox ehtiyacı olan hissəsinin sosial müdafiəsinin təşkili məsələlərini daim diqqət mərkəzində saxlamışdır.
    Şəhər icra nümayəndəsi onu da qeyd etdi ki, otən il görülən işlər bizi arxayınlaşdırmamalıdır.
    Mənzil istismar idarəsinin rəisi Hafiz Ələkbərov, kommunal təsərrüfatı idarəsinin mühəndisi Adil Əhmədov, Tərtər Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov, 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, rayon ağsaqqallar şurasının sərdi Qədir Allahverdiyev çıxış edərək icra nümayəndəsinin illik hesabatına dair fikirlərini bildirdilər.
    Hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış etdi və tədbir iştirakçılarının suallarını cavablandırdı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:24

    Teqlər:

İsmarıclar bağlıdır.