09Mar
Ümidvaram ki, siz, Azərbaycan qadınları gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Digər
09Mar
Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatı təqdim edilib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mükafata Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi geniş miqyaslı fəaliyyətə, Azərbaycan və Dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasına verdiyi töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.
Teqlər: Digər
09Mar
Əziz xanımlar, ana və bacılar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadını tarix boyu öz saflığı, müdrikliyi, əxlaqı ilə fərqlənmişdir. O, həmişə mənəvi təbiətinə sadiq qalaraq ucalığını layiqincə qoruyub saxlamış, özünün işgüzarlığı, zərifliyi və ülviliyi ilə adını tarixin səhifələrinə yazmışdır. Nənələrimiz, analarımız əsrlərdən bəri milli-əxlaqi dəyərlərimizi müqəddəs bilmiş, adət və ənənələrimizi yaşadaraq mürəkkəb dövrlərin sınaqlarından keçmişlər. Bu gün Azərbaycan qadını mədəniyyətin, incəsənətin və elmin bütün sahələrində özünün hərtərəfli səviyyəsi və intellektual potensialı ilə nüfuz qazanmışdır. Fərəhləndirici haldır ki, nəsillərin varisliyinin təmin olunmasında gənc xanım və qızlarımız layiqli davamçılardır.
Məmnuniyyət hissi ilə demək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda respublikamızın qadınları kimi bizim tərtərli qadınların da misilsiz xidmətləri vardır. Daha ətraflı »
Teqlər: Digər
07Mar
ŞƏHİD ANASI
Qəzetimizin 5 mart 2010-cu il tarixli nömrəsində dərc olunmuş bir məqaləni təkrarən oxucuların nəzərinə çatdırırıq.
O, bir ömürdə bir neçə ömür yaşayır. Gah tələbə olub ali məktəb auditoriyalarında əyləşir, gah əsgər olub əlində silah sıldırım qayalara dırmaşır, gah da qurub yaradır, elmi axtarışlar aparır. Bəzən o, yayın qızmar günəşi altında soyuqdan titrəyir, bəzən də şaxtalı havada od tutub alışıb yanır. Bəs, kimdir o? O müqəddəs varlıq anadır, qəlbi ilə, xəyalları ilə hər an övladı ilə bərabər olan ana!1993-cü il martın 22-si xalqımızın igid oğlu, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun ölməzliyə qovuşduğu gündür. Daha ətraflı »
Teqlər: Digər
07Mar
1993-cü il, may ayının 25-i. 8 övlad böyüdüb, boya-başa çatdırmış ana növbəti övladını–Səliməni “Son zəng” mərasiminə yola salır. Amma ana ürəyi çox narahatdır. Axı, məktəbin həyətində hərbi texnika yerləşdirilib. Ermənilər gündə bir neçə dəfə kəndi atəşə tuturlar. İndi də mütləq qanqaralığı salacaqlar. Tamara ana əllərində iri çiçək dəstəsi tutmuş qızını görub özünü saxlaya bilmədi:
–Bəlkə getməyəsiniz, qızım? Şükürlər olsun ki, müharibənin, qanqadanın içində orta məktəbi bitirə bildiniz.
–Yox, ana. İndi uşaqlar da gələcək. Biz məktəbimizlə vidalaşmağa gedəcəyik. Amma şənlik etməyəcəyik. Çünki hazırda kəndimizin üzərində dolaşan şəhid ruhları, yaralıların naləsi buna imkan vermir. Gün gələcək, biz ali təhsil alacağıq, vətənimizin gərəkli övladlarına çevriləcəyik, onda doğma məktəbimizə toplaşıb indi baş tutmayan “Son zəng” tədbirini keçirəcəyik. Qapanlı kənd orta məktəbinin məzunu Səlimə Yusibova elə həmin il N.Tusi adına Pedaqoji Universitetin Tarix fakültəsinə daxil oldu. 1997-ci ildə ali məktəbi bitirib təyinatla rayonumuzun Əksipara kənd tam orta məktəbinə gəldi. 2 il bu məktəbdə, 1 il isə öz doğma kəndində işlədi. Daha ətraflı »
Teqlər: Digər
04Mar
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif kollektivin bütün xanımlarını, onların timsalında qəhəraman Tərtər qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinə səadət dolu günlər, mənalı ömür, xoşbəxt ailə həyatı və bəxtəvərlik arzulayır.
Teqlər: Digər
04Mar
Texnika elmləri doktoru, professor Rasim Axundov 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında fəaliyyət göstərən bütün qadınları, həmçinin Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onların hər birinə cansağlığı, xoşbəxtlik, firavan həyat və açıq səma arzulayır
Teqlər: Digər
01Mar
“TƏRTƏR” BATALYONUNUN YARADICILARINDAN BİRİ
Pənah Ağamalı oğlu Məmmədov 1961-ci il mart ayının 13-də Tərtər rayonunun Balakəngərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Cəmilli kənd orta məktəbini bitirərək 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə daxil olmuşdur. Oxuduğu institutda hərbi kafedra olduğu üçün leytenant rütbəsi almışdır. Mülki ixtisası mühəndis-texnoloqdur, hərbi ixtisası isə taktiki və strateji raketlər üzrədir. Pənah Məmmədov 1982-1984-cü illərdə Belorusiyada hərbi xidmətdə olmuş, raketatan qurğulara rəhbərlik etmişdir. Həmin vaxt bir çox ölkələrdə hərbi təlimlərdə iştirak etmişdir. 1984-cü ildə baş leytenant rütbəsi almışdır.
1984-cü ilin avqust ayında Qazaxıstanın Kapiyar poliqonunda 2 ədəd raket sınağını əla qiymətlə yerinə yetirərək “Fəxri Fərman” almışdır.
1984-cü ildə ordudan tərxis olunan Pənah Məmmədov yenidən doğma rayonu Tərtərə dönmüş, baş leytenant kimi rayon hərbi komissarlığında qeydiyyata götürülmüşdür. Daha ətraflı »
Teqlər: Digər
01Mar
Nizami Firudun oğlu Heydərov 1956-cı il aprel ayının 5-də Bərdə rayonunun Kətəlparaq kəndində anadan olub.
1972-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Gəncə İnşaat Texnikumuna daxil olmuşdur.
1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra qayıdıb yenidən təhsilini davam etdirmişdir. Sonra istehsalatda çalışmışdır. Daha sonra gizir rütbəsilə hərbi təlim toplantılarına cəlb olunmuşdur, desant ordusunda təlim keçmişdir.1992-ci ildə “Qurtuluş” batalyonunun tərkibində doğma yurdumuzun müdafiəsinə qalxmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Marquşevan, Marağa, Həsənqaya, Çaylı, Ağdərə, Koçakod kəndləri uğrunda gedən döyüşlərdə igidliklər göstərmişdir.
1992-ci ilin sentyabr ayından “Tərtər” özünümüdafiə batalyonuna ərzaq xidməti rəisi təyin olunmuşdur. 1993-cü ilin yanvar ayından batalyon komandirinin döyüş işləri üzrə müavini vəzifəsini daşımış, Milli Qəhrəman Elman Hüseynov həlak olduqdan sonra isə onun yerinə batalyonun komandiri təyin edilmişdir. Daha ətraflı »
Teqlər: Digər
01Mar
Suliddin Bəhmən oğlu Yusibov 1964-cü il fevral ayının 1-də Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. Orta təhsilini Səhlabad kənd orta məktəbində almışdır.
1982-ci ildən 1984-cü ilə kimi Sovet Ordusu Sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra iki il Mirbəşir Narcılıq Sovxozunda fəhlə işləmiş, 1986-cı ildən 1987-ci ilə kimi Bərdə rayonundakı texniki peşə məktəbində təhsil almış, avtoçilingər peşəsinə yeyələnmişdir.
1988-ci ildən Mingəcevir şəhərindəki 6 saylı Tikinti-Quraşdırma İdərəsində sürücü işləmişdir. 1990-cı ildə rayonumuza qayıdaraq burada fəaliyyət göstərən özünümüdafiə batalyonuna yazılmışdır. 1992-ci ildən 703 saylı hərbi hissənin 5-ci batalyonunun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Ağdərə rayonunun ərazisində, Marağa, Marquşevan, Sərsəng Su Anbarı, “Turbaza”, “Ayı heykəli”, Drambon, Çıldıran və Qızılqaya uğrunda gedən qanlı döyüşlərdə ön cərgələrdə olmuşdur. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar