18Avq
Uşaqları zəhərlənmələrdən necə qoruyaq?
Yoluxucu xəstəliklər insanın ən geniş yayılmış patalogiyası olmaqla müxtəlif növ mikroorqanizmlər–bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s. tərəfindən törədilir.
Yay mövsümünün başlanması ilə havalar kəskin şəkildə istiləşir. Bu hava dəyişkənliyi də həmin xəstəlik törədən mikroorqanizmlərin aktivləşməsinə və xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.
Bizim gələcəyimiz olan uşaqlar, xüsusən körpələr belə xəstəliklərə həssas olan qruplardan sayılır. Uşaqlar arasında yay möv Daha ətraflı »
Teqlər: Səhiyyə
15İyl
Günəş şüaları insan orqanizmi üçün həm faydalı, həm də zərərlidir. Burada da hər şey təbii ki, dozadan asılıdır. Günəş şüaları altında uzun müddət qaldıqda günvurma baş verir. Günvurma hadisələri ən çox dəniz kənarında istirahət zamanı, günəş altında işləyən zaman, uşaqlar açıq havada oynayan zaman baş verir. Daha ətraflı »
Teqlər: Səhiyyə
02İyl
Tibb işçilərinin peşə bayramı münasibətilə rayon Gənclər Mərkəzində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. Göstərib ki, Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Daha ətraflı »
Teqlər: Səhiyyə
20İyn
Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar… Daha ətraflı »
Teqlər: Digər, Səhiyyə
23Apr
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı-na uyğun olaraq rayo-numuzda sakinlərin tibbi müayinəsi davam edir. Ümumilikdə 78 min 717 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək 52 min 564 nəfər tibbi müa-yinədən keçmişlər. Daha ətraflı »
Teqlər: Səhiyyə
10Mar
Ümid həmişə bizimlədir
Tərlan Əliyeva Tərtər Mərkəzi Rayon Xəstəxanasında onkoloq-cərrah işləyir.1986-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İlk iş yeri Milli Onkologiya Mərkəzidir. Təcrübəsindən bəhrələndiyi ilk həkim onkoginekoloq Svetlana Mirzəyəvadır. 1995-ci ildən təyinatla rayonumuza gəlib.
Atalar yaxşı deyiblər ki, «Elin gözü tərəzidir». Mən Tərlan həkimi görməmişdim və tanımırdım, ancaq tərtərlilərin ona olan hörməti və inamı haqqında çox eşitmişdim. Onun qəbulunda olan xəstələr həkimin peşəkarlığı ilə yanaşı insanpərvərliyini, xəstənin sağalması üçün nəinki iş vaxtı, işdən sonra da əlindən gələni əsirgəməməsini yüksək qiymətləndirirlər.
Beynəlxalq Qadınlar Günü ərəfəsində Tərlan xanımla görüşüb söhbət etdim. İlk sualım belə oldu:
– Nə zaman sevinirsiniz?
– Əsrin bəlası olan onkoloji xəstəlikləri vaxtında, ilkin mərhələdə aşkar edib, insanları düzgün istiqamətləndirəndə özümü çox rahat hiss edirəm. Buna nail olmaq üçün isə maarifləndirici tədbirləri genişləndirməliyik. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keçirilən əhalinin pulsuz müayinəsini biz həkimlər, xüsusən də onkoloq həkimlər alqışlayırıq. Daha ətraflı »
Teqlər: Səhiyyə
Yeni ismarıclar