Həyatda peşələr çoxdur və hamısı da gözəldir.
Yer üzünün əşrəfi sayılan insanların sağlamlığı keşiyində duran həkimlik peşəsi daha şərəflidir. Fəxriyyə Allahverdiyeva belə həkimlərdəndir.
Fəxriyyə xanım orta təhsilini 1983-cü ildə Tərtər şəhər 1 saylı tam orta məktəbdə alıb. 1985-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1991-ci ildə isə oranı bitirib. Bir il internaturada oxuduqdan sonra təyinatla Tərtər Rayon Mərkəzi Xəstəxanasına gəlib. 1993-cü ildən indiyədək endokrinoloq (şəkər və zob xəstəliyi həkimi) işləyir. 25 ildir ki, insanların sağlamlığına xidmət edir.
Fəxriyyə xanım işinin öhdəsindən bacarıqla gəlir. Onu rayonda hamı peşəsini yaxşı bilən bir həkim kimi tanıyır, hörmətini saxlayır.
Fəxriyyə xanım deyir ki, son zamanlar şəkər xəstəliyi təkcə yaşlı insanlar arasında deyil, həm də uşaqlar arasında çoxalıb. Bunu əsrin xəstəliyi də adlandırmaq olar. Daha ətraflı »
-
30MaySəhiyyə YAXŞI HƏKİM, GÖZƏL ANA üçün şərhlər bağlıdır
-
30MayDigər LAÇININ İŞĞALINDAN 25 İL ÖTDÜ üçün şərhlər bağlıdır
Laçın rayonu 1924-cü ildə yaradılmış, ərazisi 1883 kvadrat km-dir. Laçın şəhərinin böyüyüb inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurğ, Hüsü Hacıyev, İsmayıl Şərifov, Canbaxış Abdullayev və onlarca başqaları atmış, onların çox böyük fədakar xidmətləri olmuşdur.
Şosse yol Laçına 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır.
Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
Ötən əsrin 70-ci illərində Laçında onlarla təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərə şosse yollar çəkilmiş, Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, əhəng, pemoksol, yerli sənaye, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının, Bakı 1№-li tibb texnikumunun filialları açılmış, mərmər yataqları istifadəyə verilmiş, ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və kommunal xidmətlərin şəbəkələri xeyli genişləndirilmişdir. Daha ətraflı »Teqlər: Digər
-
30MayDigər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır
EL HÖRMƏTİ QAZANMIŞ İNSAN
Dünya bərqərar olandan insan onu bəzəyib, zinətləndirib. Hər kəs ömür payını bu dünyanın ağlı-qaralı günlərinə bağışlayıb, yaddaşlarda qalan xatirələr yaradıb. Əbəs yerə insanı dünyanın əşrəfi adlandırmayıblar. Bəzən insanın həyat eşqi, qurub-yaratmaq həvəsi bir ömür payına bəs etmir. Ahıllaşır, qocalır insan, lakin ürək cavan qalır, arzular bitmir.
Belə ahıllarımızdan biri də uzun müddət Tərtər Şəhər So-vetinin sədri işləmiş Həbib Məmmədovdur. Onu rayonumuzun bir zəhmətkeş ziyalısı, məsuliyyətli bir vəzifə sahibi, sadə, təvazökar bir şəxsiyyət kimi tanımışam, lakin keçdiyi kəşməkəşli ömür yolundan xəbər tutmaq, ömür kitabını vərəqləmək imkanım olmamışdı. Nəhayət bu da qismətim oldu. Onunla görüşüb-söhbət etdim.
Öyrəndim ki, Məmmədov Həbib Həşim oğlu 1938-ci ildə Tərtər rayonunun (o zamankı Mirbəşir rayonu) Kəngərli kəndində kolxozçu ailəsində doğulub. Ailədə böyüyən uşaqların beşincisi olub. Aldığı tərbiyə, saflıq, zəhmətsevərlik, vətənpərvərlik kimi hisslər bu gün Həbib müəllimi xalqın sevimlisi edib. Daha ətraflı »Teqlər: Digər
-
30MayDigər ZƏLZƏLƏ üçün şərhlər bağlıdır
Zəlzələ – qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir.
Zəlzələyə necə hazır olmalı:
– zəlzələ barəsində ailənizdə söhbətlər aparın, təhlükəsizlik məşqləri keçirin;
– birlikdə evdə təhlükəsiz yer təyin edin (yükdaşıyan divar və beton sütun);
– kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bər-kidin;
– zəhərli kimyəvi və tezalışan mayeləri təcrid edilmiş təhlükəsiz yerdə saxlayın;
– yumşaq mebeli (divan-kreslo) və çarpayını pəncərə önündə yerləşdirməyin və ya pərdənin qalın materialdan olmasını təmin edin;
– içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın; Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər 28 May Respublika Günüdür üçün şərhlər bağlıdır
ŞƏRQDƏ İLK DEMOKRATİK DÖVLƏT
Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Bu hökumət cəmi 23 ay yaşasa da, xalqın xeyrinə olan çox şeyi miras qoydu. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin layihə rəhbəri Albəndov Vəli Nəbi oğlu ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb. Bu, Vəli Albəndovun ikinci dövlət təltifidir. 2012-ci ildə bacarıqlı mühəndis inşaat sahəsində çoxillik səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub.
Hər iki mükafat onun Vətən qarşısında xidmətlərinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək qiymətdir. Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər ŞUŞANIN İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır
1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, “Cümə” məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.Teqlər: Digər
-
19MayDigər ALINMAZ QALA ŞUŞA XƏYANƏTİN QURBANI OLDU üçün şərhlər bağlıdır
Ələkbər Kərimov 1959-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. 1977-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Məktəbi bitirdikdən sonra texnikumda qalıb işləyib. Elə o zamandan da Şuşanın gözəlli-yinə vurulan Ələkbər buranı özünə əbədi məskən seçib. 1991-ci ildə qiyabi yolla ali təhsil alıb.
Ələkbər müəllimlə redaksiyada söhbət edirik. Hiss edirəm ki, çox kövrək adamdı. Deyir ki, Şuşada şəhərin mərkəzində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində iki otaqlı evimiz vardı, içində də hər cür şəraiti.
1992-ci il mayın 8-ində Şuşa şəhəri və ətraf kəndlər işğal olunanda həyat yoldaşım Təranəni iki oğlumuz Anar və Eltun ilə hərbi vertolyotla yola saldım. Özüm isə çox çətinliklə də olsa, “Laçın–Akara” yolu ilə Beyləqana gəldim.
Sonra yoldaşım və uşaqlarla Goranboy rayonunun Xanqərvənd kəndində bir yerə yığışdıq. Orada bir il yaşadıqdan sonra Tərtərə gəldik. Elə o zamandan da burada məskunlaşmışıq. Daha ətraflı »Teqlər: Digər
-
19MayDigər Şəhidlərimiz üçün şərhlər bağlıdır
BƏXTİYAR
Bu kövrək yazını oğlu haqqında şəhid anası özü yazdığı üçün bir sözünə toxunmadan dərc edirik.
Bəxtiyar–yəni Bəxtiyar olmaq. Bəlkə də sən şəhidlikdə gördün bəxtiyarlığı Bəxtiyar!…
1972-ci il 30 iyul. Bu gün dünyaya bir uşaq gəldi. Gözəl, sarışın, yaraşıqlı bir uşaq. İllər keçdi, ata-ana sevinə-sevinə böyütdü bu uşağı. Cüt qardaş Teyyub ilə Bəxtiyar oynaşa-oynaşa, güləşə-güləşə böyüdülər.
Əsgərlik vaxtı çatdı Bəxtiyarın. Orduya çağırdılar. Polşaya göndərdilər. Sevindi ana, sevindi ata: Oğlumuz böyüyüb, Vətənə lazım olub.
Qarabağın üstünü qara buludlar aldı. Geriyə çağrıldı Bəxtiyar Polşadan. Vətəni qorumaq üçün. Ya-man böyümüşdü, yaman kişiləşmişdi bu ilyarımda Bəxtiyar.
Ana qəlbi yaman hər şeydən ürkəyən olur. “Oğluma göz dəyər” deyə fikirləşdi ana. Hətta üzərlik yandırdı xəlvətcə. Güldü Bəxtiyar:
–Ay ana, elə mən əvvəlki Bəxtiyaram da.
1992-ci il noyabr ayının 2-də getdi Bəxtiyar Qarabağda qara qüvvələrlə döyüşməyə. Elə ananın da rahat günləri bununla başa çatdı. Narahat, həyəcanlı günlər, yuxusuz gecələr başladı. Daha ətraflı »Teqlər: Digər
-
10MayDigər 9 MAY-FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ üçün şərhlər bağlıdır
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qaf-qazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar