Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl
    Xəbərlər ERMƏNİSTAN IN TƏXRİBATÇI ƏMƏLLƏRİ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANIB üçün şərhlər bağlıdır

    Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
    Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
    Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

    Teqlər:

  • 10İyl
    Xəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    SAKİNLƏR S EVİNƏCƏKLƏR

    binaŞəhərimizdə 18 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Yaxın günlərdə daha 24 belə binada təmirə başlanılacaq. Sakinlər görülən işlərdən razılıq edirlər.

    Yay tətili günlərində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərdə təmir işlərinə başlanılıb. Vaxtdan səmərəli istifadə etməklə, bu işləri yeni dərs ili başlananadək başa çatdırmaq nəzərdə tutulub.

    Teqlər:

  • 10İyl
    Xəbərlər KÜÇƏLƏR ASFALTLANIR üçün şərhlər bağlıdır

    asfaltTərtərin küçə və meydanları günü-gündən abad-laşır. Bu işdə yolçəkənlərin də xüsusi zəhməti var. Hazırda şəhərin Mehdi Hüseynzadə küçəsinə asfalt örtük salınır. M.F. Axundov və onun kiçik qolu olan Zeynəb Əhmədova küçələri də asfaltlanacaq.

    Teqlər:

  • 10İyl
    Xəbərlər ABADLIQ İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır

    DSC_3321Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə rayonun Şıxarx qəsəbəsində yerləşən “Marağa – 150” abidəsinin ətrafı abadlaşdırılır.
    Məqsəd ölkəmizə gələn xarici qonaqlara erməni saxtakarlığını əyani surətdə sübut etməkdir.

    Teqlər:

  • 10İyl
    Xəbərlər TƏMİR DAVAM EDİR üçün şərhlər bağlıdır

    Изображение 265İsti yay günlərində Tərtər-Goranboy yolunda əsaslı təmir işləri davam etdirilir. Bu işi 42 saylı yol istismar idarəsinin kollektivi yerinə yetirir. Yolun rahat olması diqqət mərkəzində saxlanılır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10İyl
    Xəbərlər HƏRBİ HİSSƏLƏRDƏ BAYRAM ŞƏNLİKLƏRİ üçün şərhlər bağlıdır

    Изображение 368herbi hisse26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirildi.
    Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, Qarabağ Regional Bilik evinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
    Əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general–polkovnik Zakir Həsənovun təbrik məktubunu oxudular. Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etdi, çətin və şərəfli işlərində onlara uğurlar arzuladı. Bildirdi ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Xəbərlər 2017-ci İLİN BİRİNCİ YARISININ NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNUR üçün şərhlər bağlıdır

    QƏZET ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏNİ YERİNƏ YETİRİR

    Изображение 001Qəzetimizin kollektivi cari ilin birinci yarısında görülən işləri müzakirə edib. Bu barədə qəzetin baş redaktoru Tofiq Yusif danışıb. O bildirib ki, birinci yarımillikdə nəzərdə tutulan 18 nömrə qəzet vaxtlı-vaxtında və keyfiyyətlə çap olunaraq “Yeni Tərtər”in oxucularına çatdırılıb. Bu müddətdə iş planında nəzərdə tutulan bütün movzular əhatə olunub.
    “Yeni Tərtər”in elektron variantının izləyicilərinin sayı artıb. İndi onu 20-dən çox xarici ölkədə izləyir və rayonumuz haqqında məlumat alırlar.
    Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində həmçinin Tərtər rayon qəzetinin keçdiyi şərəfli yol haqqında danışılıb. Qeyd olunub ki, maddi çətinliklər ucbatından 7 il susmağa məcbur olan bu mətbu orqan 2005-ci ildə Azərbaycan Mətbuat Şurasının köməkliyi və rayon rəhbərliyinin qayğısı ilə yenidən işıq üzü gördü. “Yeni Tərtər”ə yeni həyat verən kollektiv bu gün də eyni həvəslə çalışır. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Xəbərlər HƏRBİ XİDMƏTƏ ÇAĞIRILAN GƏNCLƏRİN YOLASALMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    DSC_5654esger yola salmaMərkəzi meydanda rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə çağırışçı gənclərin hərbi xidmətə yolasalma mərasimini keçirib.
    Gənclər əvvəlcə Heydər Əliyev Məzkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olub, sonra onun abidəsini ziyarət ediblər.
    Mərasim elə mərkəzi meydanda davam etdirilib.
    Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik–leytenant Ruslan Quliyev açıb. O, əsgəri xidmətə yola salınan 83 gənci və onların valideynlərini təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 10İyl
    Xəbərlər YANACAQDOLDURMA MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Изображение 054yanacaqdoldurmaKöçərli kəndində “Dördyol” adlanan ərazidə müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi istifadəyə verildi. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etdilər.
    Tədbiri Köçərli kənd İƏD üzrə icra nümayəndəsinin müavini Cahangir Məmmədov açdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov cəbhə bölgəsi olan Tərtərdə görülən işlərdən, ölkə başçısının tərtərlilərə göstərdiyi qayğıdan, sahibkarlara yaradılan şəraitdən danışdı.
    Yanacaqdoldurma məntəqəsinin sahibi Məhəmməd Səfərov ölkəmizdə sahibkarlara yaradılan münbit şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, yanacaqdoldurma məntəqəsində quraşdırılan avadanlıqların hamısı qardaş Türkiyənin istehsalıdır. Burada 30 nəfər gənc daimi iş yeri ilə təmin ediləcəkdir. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Xəbərlər ZİYALILAR BİR ARAYA GƏLDİLƏR Kİ, NARKOMANİYANIN QURBANLARI AZALSIN üçün şərhlər bağlıdır

    Изображение 062Изображение 059Qarabağ Regional Bilik Evi Tərtər Rayon Təhsil Şöbəsi ilə birgə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirib Tədbirdə rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayev, polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Ceyhun Əliyev, məktəb direktorları, psixoloqları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçı müavinlər, uşaq birliklə-rinin rəhbərləri iştirak ediblər.
    Müasir dövrdə hamını narahat edən məsələ–narkomaniya və onun fəsadları barədə rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev məruzə edib.
    Ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin qrup rəhbəri Nigar Məstəlizadə, Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova, aparıcı mütəxəssisi İradə Əkbərli, Umudlu kənd tam orta məktəbinin müəllimi Şəhla Musayeva, Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru Yaşar Məhərrəmov tədbirdə çıxış edərək bu sahədə hər kəsi üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıblar. Qeyd edilib ki, gənclər arasında maarifləndirmə işlərini genişləndirməklə biz narkomaniyanın qurbanlarının sayını azalda bilərik.

    “Yeni Tərtər”

    Teqlər: