Tərtər rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.
Hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcıl briqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Sabirabad rayonunda pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsində ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verdiyini bildirdi. Respublika rəhbəri regionların inkişaf etdirilməsində kənd təsərrüfatının əsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılmasının, genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı, bunun, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyini əminliklə söylədi. Daha ətraflı »
-
28SenKənd təsərrüfatı PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
28SenKənd təsərrüfatı PAMBIQÇILIQ İNSANLARA ŞAN-ŞÖHRƏT GƏTİRİR üçün şərhlər bağlıdır
1972-ci ildə o zamankı İliç adına kolxo-zun sədri rəhmətlik Əyyub Nəbiyevlə pambıqçılığa dair respublika müşavirəsində iştirak edirdik. Söz Əyyub müəllimə veriləndə bildirdi ki, bu il yetişdirdiyimiz məhsulun 80 faizini maşınla toplayacağıq. Ulu Öndər elə buradaca sual verdi:
–Niyə 80 faizini? Məhsulun hamısını maşınlarla yığmaq mümkün deyilmi?
Əyyub müəllim bir an fikirləşib cavab verdi:
–Mümkündür və biz bunu edəcəyik.
Həmin il İliç adına kolxozda yetişdirilən “ağ qızıl”ın hamısı texnikanın gücü ilə toplandı. Bu-nun sayəsində kolxoz pambıqçılıqdan çox böyük gəlir götürdü və hətta 30 nəfərə əməkdə qazandığı nailiyyətlərə görə mükafat olaraq “Jiquli-011” markalı minik maşınları verildi. İlin sonunda kolxozçular əməkgününə yaxşı pul aldılar. Yəni Heydər Əliyevin hakimiy-yətdə olduğu dövrdə biz pambıqçılığın Azərbaycan kəndlisinin həyatına necə firavanlıq gətirdiyinin şahidi olmuşuq və əminik ki, müasir dövrdə bu ənənələrin bərpası mümkündür, hətta o dövrdə olduğundan da artıq nailliyyətlər əldə edə bilərik. Ona görə ki, indi elm və texnika daha sürətlə inkişaf edib və əkinçilikdə ən müasir texnologiyalardan istifadə edilir.
Ötən illərlə bağlı daha bir xatirə daim yaddaşımdadır. 1981-ci il idi. O zaman mən 3 nömrəli komsomolçu-gənclər briqadasına başçılıq edirdim. Briqadamızın kollektivi 100 hektar sahədən maşınlarla 317 ton pambıq toplamışdır. Bütövlükdə isə həmin mövsümdə 400 tondan çox məhsul tədarük etdik. Həmin nailiyyətimizə görə kollektivin başçısı kimi məni “Şərəf nişanı” ordeni ilə təltif etdilər. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
28SenKənd təsərrüfatı ÜRƏKDƏN BƏYƏNİRƏM üçün şərhlər bağlıdır
Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda keçirilən respublika müşavirəsini televiziyada diqqətlə izlədim. Bu xəbər məni həm sevindirdi, həm də bir neçə il geriyə–Azərbaycanda pambıqçılığın sürətlə inkişaf etdirildiyi günlərə qaytardı. Bu da əbəs deyil. Bəlkə də başqa peşə sahibi olsaydım, bir o qədər də təsirlənməzdim
Mən 1971-ci ildən 1981-ci ilə kimi bizim dörd kəndi birləşdirən “Özbəkistan” kolxozunda pambıqçılıq briqadiri işləmişəm. O zaman pambıq sahələrindən daim yüksək məhsul götürdüyümüzə görə əməyim yüksək qiymətləndirilirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əmək igidliyinə görə” medal almışam.
Müxtəlif fəxri döş nişanlarına layiq görülmüşəm. Dəfələrlə Fəxri fərman, tərifnamə və digər həvəsləndirici mükafatlar almışam. İşlədiyim illərdə qabaqcıl əmək adamı kimi rayon və kənd Sovetinin deputatı seçilmişəm. Partiya sıralarına qəbul olunmuşam. Nümunəvi işimin nəticəsi kimi “QAZ-24” markalı minik avtomobili ilə mükafatlandırılmışam. Bax, bütün bu saydıqlarımın hamısı pambıqçılıqda qazanılan yüksək nəticələrin məhsuludur.
Yaxşı yadımdadır, 1976-cı il idi. Ulu Öndər Heydər Əliyev Tərtərdə olanda qabaqcıl təsərrüfat kimi bizim briqadaya da gəlmişdi. Adamlarla səmimi görüşdü, söhbət elədi. Briqadir kimi məni sorğu-suala tutdu. Bu, sanki bizə qolqanaq verirdi. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
19SenKənd təsərrüfatı MƏHSUL TOPLANIŞI DAVAM EDİR üçün şərhlər bağlıdır
Sentyabrın 1-i vəziyyətinə rayonda 12 min 412 hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 34 sentner olmaqla bütövlükdə həmin sahələrdən 42 min 203 ton taxıl məhsulu götürülmüşdür. İstehsal olunan taxıl məhsullarının 29 min 586 tonu buğda, 11 min 647 tonu arpa olmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur. Bu dövrdə 153 hektar qarğıdalı sahəsindən qu-ru dənə çevirməklə 632 ton məhsul toplanmış, hər hektardan orta hesabla 47,2 sentner qarğıdalı dəni götürülmüşdür. 195 hektar lobya sahəsindən hər hektardan orta hesabla 49,6 sentner olmaqla bütövlükdə 967 ton lobya məhsulu toplanmışdır.
Mövsüm ərzində sahələrdən 2 min 148 ton dən üçün günəbaxan, 5 min 831 ton kartof, 11 min 416 ton tərəvəz, 77 ton bostan məhsulları, 5 min 299 ton meyvə, 309 ton üzüm toplanmışdır. Hektarın orta məhsuldarlığı günəbaxan üzrə 23,4 sentner, kartof üzrə 109,2 sentner, tərəvəz üzrə 127,5 sentner, bostan məhsul-ları üzrə 154,6 sentner olmuşdur. Məhsul toplantısı davam edir.
2016-cı ildə 1035 hektar sahədə pambıq, 1187 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 88,2 faiz, şəkər çuğundurunun əkin sahəsi 64 faiz artmışdır. Rayonda pambıq yığımına başlanmışdır. Qəbul məntəqəsinə 13,2 ton məhsul təhvil verilmişdir. Yığım davam edir. Eyni zamanda cari ildə 271,7 hektar sahədə təkrar əkin aparılmışdır.
Təsərrüfatlarda payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 3 min 770 hektar sahə şumlanmışdır.Tərtər Rayon
Statistika İdarəsiTeqlər: Kənd təsərrüfatı
-
19SenKənd təsərrüfatı TƏKRAR ƏKİN SAHƏLƏRİ BECƏRİLİR üçün şərhlər bağlıdır
Torpağı sevən, onu ürəklə becərən kənd əməkçilərimizin bir qismi taxıl biçini başa çatandan sonra ümumilikdə 18 hektar sahədə təkrar əkin keçirmişlər. Bunun 14 hektarı yerkökü (sarıkök), 4 hektarı isə mətbəx çuğundurudur ki, hasilə gələndən sonra hər iki məhsulu toplayıb bazarda satışa çıxaracaqlar.
Fermer və ailə-fermer təsərrüfatlarının üzvlərindən Ramiz Əliyev 2,4 hektar, Tərlan Zeynalov və Güləbətin Məmmədova hər biri 1,8 hektar, Adil Əliyev və Habil Əliyevlərin hər biri 1 hektar sahədə yerkökü əkiblər.
Hazırda becərmə işləri davam edir. Cərgəaralarına iki dəfə kultivasiya çəkilib, üç dəfə ketmənləmə aparılıb, iki suvarma gedib, bitkilərə azot gübrəsi verilib.
Təkrar əkin sahələrinin məhsulu dekabr ayında yığılacaqdır.Rəfayıl Hüseynov,
Azadqaraqoyunlu kəndində fermerTeqlər: Kənd təsərrüfatı
-
19SenKənd təsərrüfatı ÇUĞUNDUR TƏDARÜKÜNƏ AZ QALIB üçün şərhlər bağlıdır
Bu il ərazimizdə 25 hektar sahədə şəkər çuğunduru əkmişik. Bir fermer kimi onun 20 hektarını mən, qalan 5 hektarını Habil İbrahimovun rəhbərliyi ilə ailə-fermer təsərrüfatının üzvləri becərirlər.
Hər ikimiz səpindən əvvəl İmişlidəki Şəkər zavodu ilə müqavilə bağlamışıq. Həm üzvi və mineral kübrələrin əldə olunmasında, həm də hazır məhsulun sahədən daşınıb təhvil verilməsində zavod bizə köməklik göstərəcəkdir.
Tarlalarda becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından bitkilərin inki-şafı normaldır. Cərgəaralarına 3 dəfə kultivasiya çəkilmiş, 4 dəfə suvarılmış, səpin vaxtı hər hektara 150 kiloqram hesabı ilə fosfor gübrəsi, becərmə vaxtı hər hektara 600 kiloqram hesabı ilə yemləmə gübrəsi vermişik.
Nümunəvi qulluğun nəticəsidir ki, sahələrdə yaxşı məhsul hasilə gəlib. Hektarın məhsuldarlığı nəzərdə tutulandan xeyli çox gözlənilir.
Sentyabrın ikinci yarısında şəkər çuğundurunun yığımına başlayacağıq. Gərgin zəhmət hesabına hasilə gətirdiyimiz qiymətli ərzaq məhsulunu itkisiz toplayıb zavoda təhvil verəcəyik.
Məqsədimiz növbəti ildə şəkər çuğunduru sahələrini daha da genişləndirməkdir. Bu da səbəbsiz deyil. Bu məhsulun bazarı var.
Hazır məhsulu zavoda təhvil verib heç bir maneə ilə rastlaşmadan pulumuzu alırıq.Fazil Vəliyev,
Bəyimsarov kəndində fermerTeqlər: Kənd təsərrüfatı
-
19SenKənd təsərrüfatı MƏHSULDARLIQ YÜKSƏK OLDU üçün şərhlər bağlıdır
Hüsənli kəndinin taxılçıları ötən ilin payızında 365 hektar sahəyə taxıl əkmişdilər. Fermer və ailə-fermer təsərrüfatlarının üzvləri bütün işləri yüksək aqrotexniki qaydalar əsasında yerinə yetirdiklərinə görə hər hektardan orta hesabla 40 sentner buğda götürdülər.
Fermerlərdən Ramiz Həsənovun, Valeh Əsədovun, Şükür Həsənovun becərdikləri taxıl zəmilərində hektarın məhsuldarlığı 40 sentnerdən yüksək oldu.
İndi əkin traktorlarının mexanizatorları kotan qoşulmuş traktorlarla sahələri şumlayırlar. Növbəti ilin payızlıq taxıl əkininə hazırlıq görürlər.
Indiyədək 170 hektardan çox sahədə şum qaldırılmışdır. Şumlama işi davam etdirilir. Mexanizatorlar işin keyfiyyətini daim diqqət mərkəzində saxlayırlar.Firuz Rzayev,
Hüsənli kəndində fermerTeqlər: Kənd təsərrüfatı
-
19SenKənd təsərrüfatı SAHƏLƏR ŞUMLANIR üçün şərhlər bağlıdır
Ötən ilin payızında kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri 183 hektar sahədə taxıl becərdilər. Onun 106 hektarı buğda, 77 hektarı isə arpa idi. Zəmilərə qayğı ilə qulluq edildiyi üçün məhsuldarlıq yaxşı oldu. Taxıl zəmilərindən 523 ton məhsul götürdük. Buğda üzrə hər hektarın orta məhsuldarlığı 33,6 sentnerə, arpa üzrə isə 22,2 sentnerə çatdırıldı. Maarif Mehdiyev, Vəliyəddin Nəcəfov, Güloğlan Kərimov, Səfər Məhəmmədov və başqaları zəmilərdən daha çox məhsul götürdülər.
“Əkinçinin boş vaxtı olmaz”–deyiblər. Bu, doğrudan da, belədir. Hazırda gələn ilin bol taxıl məhsuluna hazırlıq görülür. Məhsulu biçilmiş sahələr şumlanır. Suvarma zamanı suyun itkiyə getməməsi üçün 1000 metrdən çox sahədaxili arxlar lildən təmizlənib. İndi həm sahələrdə şum qaldırılması, həm də sahədaxili arxların lildən, kol-kosdan təmizlənməsi işləri davam etdirilir.Ramiz Kərimov,
Seydimli kəndində ailə-fermer
təsərrüfatının başçısıTeqlər: Kənd təsərrüfatı
-
29AvqKənd təsərrüfatı GÜNƏBAXAN YIĞIMINA BAŞLANIB üçün şərhlər bağlıdır
Kənddə təsərrüfatın gəlirli sahələrindən biri də günəbaxan bitkisinin becərilməsidir. Bu bitkinin dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə malqara üçün yem kimi istifadə olunur.
Rayon statistika idarəsinin verdiyi son məlumata əsasən, torpaq mülkiyyətçiləri bu il 918 hektar sahədə günəbaxan becəriblər. Xoruzlu kəndində 310 hektar, Kəbirli kəndində 230 hektar, Bəyimsarovda 195 hektar, Kəngərlidə 43 hektar, Qaradağlıda 36 hektar sahədə günəbaxan bitkisi becərilib.
Rəqəmlərdən göründüyü kimi, Xoruzli və Kəbirli kəndlərində əhalinin xeyli hissəsi bu qiymətli bitkinin becərilməsi ilə məşğul olurlar.
İndiyədək rayon üzrə 227 hektar günəbaxan sahələrindən 510 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 22,5 sentnerdir.
Artıq xeyli vaxtdır ki, tarlalarda məhsul yığımına başlanmışdır. Fermerlər deyirlər ki, bu il məhsulumuz ötən ildəkindən çox gözlənilir. Günəbaxan əkininin sərfəli oldugunu deyən fermerlər məhsul toplanışını həvəslə davam etdirirlər. Məhsul yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Tədarük olunan günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı, Xəbərlər
-
08AvqKənd təsərrüfatı BARAMAÇILIQ BƏRPA OLUNUR üçün şərhlər bağlıdır
Bu ildən rayonumuzda baramaçılıq yenidən bərpa olundu. Rayon üzrə 20 qutu baramaqurdu bəslənildi. Rayon statistika idarəsinin məlumatına əsasən, qəbul məntəqəsinə bir tona yaxın–959 kiloqram keyfiyyətli barama məhsulu təhvil verildi. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar