
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair 2025-ci il 22 avqust tarixində bəyanat verib.
Bəyanatda deyilir ki, Türkmənistan əmin əllərdədir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır.
Prezident İlham Əliyev bildirib ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Qeyd olunub ki, Türkmənistan Qarabağda məscid inşa edəcək. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Bu, türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, bizim qardaşlığımızın təcəssümüdür.
Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəb bizim iştirakımızla açılmışdır və artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir. Daha ətraflı »


Uzun illər erməni işğalı altında qalan Kəlbəcər indi yenidən canlanır, həyata qovuşur. Azərbaycan dövlətinin rəhbəri Möhtərəm Prezidentimizin apardığı ardıcıl siyasəti, güclü iradəsi və möhtəşəm infrastruktur layihələri nəticəsində Kəlbəcər bu gün dirçəliş dövrünü yaşayır.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla və rayon Polis şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Samir Bayramovla birlikdə İlxıçılar kəndində şəhid Səfiyev Allahverdi Səfi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə Kovdadıq kəndində Vətən müharibəsi veteranı Quluzadə Müşviq Vüqar oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.


Sülhsevər, qüdrətli, möhtəşəm Azərbaycanımızın bir parçası olan qəhrəman Tərtər rayonu ildən-ilə daha da gözəlləşir. Sakinlərin həyat şəraiti yaxşılaşır, rayonun iqtisadi göstəriciləri yüksəlir. Cari ilin 6 ayı ərzində rayonda görülən işlərə nəzər yetirdikdə, bu əminlik daha da artır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş idarəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılmasının dördüncü ili münasibəti ilə tədbir keçirilib.

“Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
Sağ sahil magistral kanalının ümumi uzunluğu 70.2 km təşkil edir.
Son zamanlar Tərtər şəhərində və kəndlərində yas mərasimlərində ehsan verilməsi sadələşdirilib. Lakin bəzi kəndlərimizdə bu qaydalara əməl edilmir. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinə dini baxımdan necə yanaşılır? Bu suala cavab almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərova müraciət etdik.
İsmayılbəyli kəndinin bir qrup sakini rayon icra hakimiyyəti başçısına müraciət edərək yaşadıqları küçənin yoluna çınqıl tökülərək hamarlanmasını və ətrafının kol-kosdan təmizlənməsini xahiş etmişdilər.
Yeni ismarıclar