31Yan
Məlum olduğu kimi, 7 fevral 2024-cü il tarixdə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Mən bu seçkilərlə bağlı YAP Tərtər Rayon Təşkilatında yaradılmış təbliğat-təşviqat qrupunun üzvüyəm və bununla qürur duyuram. Qürur duyuram ki, Qalib Liderin təbliğat-təşviqat işlərində yaxından iştirak edirəm. Vətəndaşlarla görüşlərimiz zamanı seçicilərdə Ali Baş Komandana olan sevgi, dəstək insana qürur verir. Hər bir görüş zamanı eyni bir fikirlə rastlaşıram: Biz Ali Baş Komandandan başqa namizəd tanımırıq.
Həqiqətən də, cənab Prezidentin Azərbaycan xalqı üçün gördüyü işlər, apardığı daxili və xarici siyasət bir Azərbaycan gənci olaraq məni çox sevindirir. Ölkəmizin bütün sahələrdə inkişafı, idmanda və dövlətlərarası əməkdaşlıqda qazandığımız uğurlar danılmazdır. Bütün bunların tək bir səbəbi var, o da Prezident İlham Əliyevin siyasətidir. Bu siyasətin ən bariz nümunəsi 30 il işğalda olan torpaqlarımızın azad olunması və qısa bir müddətdə orada yenidənqurma işlərinin aparılmasıdır. Cənab Prezidentin rəhbərliyi dövründə görülmüş işlər barəsində yazmaqla, danışmaqla qurtarmaz. Mən bir gənc olaraq əminəm ki, 7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkilərində Azərbaycan xalqı öz Qalib Liderinin nə qədər Azərbaycan xalqı üçün dəyərli, qiymətli, əvəzolunmaz olduğunu sübut edəcəkdir.
Yaşasın Qalib dövlətin, Qalib Lideri!
Emin QULİYEV,
Uşaq-Gənclər İdman
Şahmat məktəbinin direktoru
31Yan
Güvəndiyim namizədə səs verəcəyəm
Budəfəki seçkilər bir sıra özəlliklərinə görə diqqət çəkir. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş müstəqil Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək. Yəni bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu, həm də Zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə ən şanlı səhifə olaraq yazılacaq. 30 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkün soydaşlarımız öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəklər. Artıq ölkəmiz yeni dövrə qədəm qoyub, regionda yeni reallıqlar yaratmışdır ki, bu reallıqlarla bütün dünya razılaşır. Biz güclü dövlət kimi dünyada tanınırıq və dünya ölkələri üçün etibarlı tərəfdaşıq. Mən belə qeyd edə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandamız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabar 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində, eləcə də 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən düzgün siyasət və hərbi əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyü və süverenliyi tam bərpa olunmuşdur. Bununla da möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etmiş oldu. Mənim də öz seçimim məhz xalqın qa-lib lideri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Daha ətraflı »
31Yan
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər rayonunun Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edilib.
Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib.
Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
Məftun Əhmədzadə ölümündən sonra döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli ”Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
31Yan
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin Deputatı Sahib Alıyev ilə birlikdə Köçərli kəndində Birinci Qarabağ müharibəsi əlili Hacıyev İlyas Rasim oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıblar.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, İlyas Hacıyev 1993-cü ildə Ağdərə Rayon Polis Şöbəsində işə başlamış və müharibənin ən şiddətli vaxtlarında polis nəfəri olaraq Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə həmin istiqamətdə davam edən döyüşlər zamanı düşmənin atdığı mərmi nəticəsində yaralanmış və polis sıralarından ehtiyata buraxılmışdır.
İlyas Hacıyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, yaşadığı Köçərli kəndində dövlət tərəfindən fərdi yaşayış evi ilə təmin olunmuşdur.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qay-ğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
31Yan
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü, rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən oğlunun doğum günü məzarı önündə qeyd olunub.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, şəhid Cavid Səfərov 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Səfərov 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Səfərov Cavid Rövşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
31Yan
Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
2023-cü ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 114033.5 min manat olmuş, əvvəlki ilə nisbətən 8.0 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 67419.6 min manatı və ya 59.1 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
Rayon üzrə 2023-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 24285.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2022-ci ilə nisbətən 807.7 hektar və ya 3.2 faiz azalmışdır. Əkin sahəsinin 9141.9 hektarını və yaxud 37.6 faizini dənli və dənli paxlalı bitkilər, 4309.5 hektarını və yaxud 17.7 faizini texniki bitkilər, 1472.0 hektarını və yaxud 6.1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9362.2 hektarını və yaxud 38.6 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »
31Yan
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Yuxarı Qarabağ regional koordinatorluğunun təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Vergi Xidmətinin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin, RabitəBank ASC, Bank Respublika ASC, AccessBank QSC-nin nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.
Tədbir çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik, KOB subyektlərinin maliyyə resurslarına çıxışı, müvəkkil banklar tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən biznes və güzəştli kreditlər, kreditlərin sənədləşdirilməsi, subsidiyaların qeydiyyata alınması barədə biznes subyektlərini məlumatlandırıb və onların sualları cavablandırılıb. Tədbirdə mövzu ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, onlar dövlət dəstəyi mexanizmləri, güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb.
31Yan
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin inzibati binasında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, şəhər 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Musayev iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. Qeyd olunub ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Daha ətraflı »
31Yan
FAYDALI SÖZLƏR
Qulaq asmağı bacarmayanlara qulaq asmazlar.
Sevinc dolu göz yaşlarını heç vaxt silmə.
Kədəri saxta olanın sevinci də saxta olur.
Keçmişə və gələcəyə təbəssümlə baxmalıyıq.
Mən sizə arzu edəcəyiniz qədər sevinc arzulayıram.
Yalnız ölü dillər ölməzlik qazanırlar.
Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir.
Ən böyük hiyləgərlik özünü xeyirxah kimi göstərməkdir.
Çox varlanmaq və çox danışmaq insanı məhv edir.
Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.
Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
İsrafçılığın ömrü pulun qurtardığı ana qədərdir.
İstəklərimiz azaldıqca məhrumiyyətlərimiz də azalır.
Ağıllı cavab istəyirsənsə ağıllı sual ver.
Qalib öz ordusu və donanması olan liderdir.
Ağıllı adamlar heç vaxt mübahisə etməzlər.
Ağıllı adamlar dəlilərdən də nəsə öyrənirlər.
Əgər bir adama hörmət edirsənsə və bunu üzünə vurursansa, bu, təhqir sayılır.
Sevinc müdrikliyin xüsusi bir növüdür.
Toplayanı Əsəd Abbasovdur
FAYDALI MEYVƏLƏR
Qarpız A və C vitaminləri ilə zəngindir. Qarpızın hətta ağ hissəsi cinsi aktivliyə çox yararlıdır. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Daha ətraflı »
31Yan
TORPAQDAN PAY OLMAZ
Məktubu olduğu kimi dərc edirik
Mən milliyətcə erməniyəm. Azərbaycanın tabeliyində olan Xan kəndində anadan olmuşam. Doğma Qarabağda baş verən hadisələr məni sonsuz dərəcədə sarsıdır. İki ildən çoxdur ki, uşaq da, böyük də gərgin vəziyyətdədir.
Deyirlər həqiqət yer üzərində ən qalib, ən ye-nilməz amildir. Son iki ildə Azərbaycan xalqının başına gətirilən müsibətləri heç kəsə arzulamıram. Uydurulmuş “Qarabağ problemi” nəhayət 15-20 yanvar 1990-cı il faciəsinə gətirib çıxartdı. Faciəni törədənlər nə vaxt öz cəzalarını alacaqlar? Mətbuatda həmişə belə yazırlar: “Bir qrup erməni ekstremistləri”. Balam, bu bir qrup nə qədər güclü oldu ki, 200 minə yaxın azərbaycanlını öz evindən didərgin saldı, minlərlə azərbaycanlının qanını axıtdı? Nə vaxta qədər mərkəz birtərəfli çıxış edəcək? Mərkəz tərəfdən Qarabağ problemi həlledilməz bir problemə çevrilib. Arutyunyanlara bəsdir deyən olmadı. Nəhayət, Qarabağı bu vəziyyətə gətirib çıxardan Volski cənabları aradan çıxdılar.
Azərbaycan xalqı yaxşı bilir ki, zaman ən acı məhkəmədir. İllər ötər, çox sular durular, tarix hər şeyə ədalətli hökm verər. Daha ətraflı »
Yeni ismarıclar