Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.-
03OktDigər 4 Oktyabr – Cəbrayıl şəhəri günü üçün şərhlər bağlıdır
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi; Daha ətraflı » -
03OktXəbərlər İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir üçün şərhlər bağlıdır

İtaliya Prezidenti Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim.Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Avropa İttifaqı ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan və İtaliya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərində, eyni zamanda, mətbuata bəyanatlarında iki ölkə arasında əlaqələrin ayrı-ayrı sahələrdə inkişafı istiqamətində atılan addımlara, onların uğurlu nəticələrinə bir daha diqqət yönəldildi. Prezident İlham Əliyev bildirdi ki, bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edir. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə vermişik. Ümumiyyətlə, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və əsl strateji tərəfdaşlardır. -
03OktDigər Dahi şəxsiyyətin xilaskarlıq missiyası üçün şərhlər bağlıdır
Azərbaycan xalqı müstəqilliyin ilk illərində çox ağır və sınaqlı bir dövrdən keçmişdir. 1991–1993-cü illər ölkəmizin müasir tarixində siyasi böhran, iqtisadi çətinliklər və idarəetmədə səriştəsizliklə yadda qalmışdır. Həmin illərdə dövlətin varlığına real təhlükə yaradan amillər mövcud idi, ölkədə xaos və vətəndaş qarşıdurması dərinləşirdi. Bu gərgin vəziyyətdə xalq xilaskarlıq missiyasını görəcək, onu müstəqilliyin itirilməsindən qoruyacaq, dövlətçiliyi xilas edəcək böyük bir liderə ehtiyac duyurdu.Tarix göstərdi ki, Azərbaycan xalqının bu xilaskarı ümummilli lider Heydər Əliyev oldu.1991–1993-cü illərdə ölkəni idarə edən qüvvələr baş verən hadisələri düzgün qiymətləndirə bilmir, xalqın taleyüklü problemlərinə çıxış yolu tapa bilmirdilər. Dövlət orqanlarının nüfuzu sarsılmış, anarxiya, qeyri-sabitlik və xaos geniş vüsət almışdı. Hətta vətəndaş müharibəsi təhlükəsi ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Bu ağır vəziyyətdə xalqın tək ümid yeri, xilası dövlət idarəçiliyi sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyevin siyasi səhnəyə qayıdışı oldu.1992-ci ilin oktyabrında Azərbaycan xalqı böyük təkid və israrla Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində ağır hadisələr baş verir, dövlətçilik üçün ciddi təhlükələr yaranırdı. 1993-cü ilin iyununda baş verən hərbi qiyam Azərbaycanı fəlakətin astanasına gətirmişdi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və qiyamın qarşısını alaraq ölkəni parçalanmadan xilas etdi. -
02OktDigər Ulu Öndər Azərbaycan xalqının xilaskarıdır. üçün şərhlər bağlıdır
Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi illər sabitlik və inkişaf dövrü kimi yadda qalıb. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində seçicilərin çoxsaylı səsini toplayan Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Xatırlatmaq yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə qeyd etmişdi. Daha ətraflı »
-
27SenDigər 2025-ci İl – Konstitusiya və Suverenlik İli: Dövlətçilik və Hüquq Sistemimizin Güclənməsi Yolunda Əlamətdar Addım üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, ölkəmizin dövlətçilik tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu qərar, həm hüquqi dövlət quruculuğu prinsiplərinin möhkəmləndirilməsi, həm də xalqımızın milli suverenlik uğrunda apardığı mübarizənin əbədiləşdirilməsi baxımından dərin məna daşıyır. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə bu ilin belə bir ad altında elan edilməsi, həm tarixi hadisələrin qeyd olunması, həm də gələcəyə yönəlmiş hüquqi və siyasi mesajlar baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmişdir. Bu sənəd müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsasını təşkil edir. Konstitusiyanın qəbulu ilə Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət kimi öz inkişaf yolunu müəyyən etmişdir.
Eyni zamanda, ölkəmiz suverenliyini bərpa etdikdən sonra bir çox çətinliklərlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğal altında qalması suverenliyimizin tam təmin olunmasına maneə törədirdi. Lakin 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsi, Azərbaycan Ordusunun parlaq Qələbəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, dövlətimizin suverenliyi və ərazi bütövlüyü bərpa edildi. Bu, müasir tariximizin ən şanlı səhifələrindən biridir. Daha ətraflı » -
27SenDigər Statistika – İnkişafın Güzgüsü üçün şərhlər bağlıdır
Hər il 20 oktyabr tarixində dünya ölkələri Ümumdünya Statistika Gününü qeyd edir. Bu əlamətdar gün BMT tərəfindən 2010-cu ildə təsis olunmuşdur və statistik məlumatların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq məqsədi daşıyır. Statistika – təkcə rəqəmlər toplusu deyil, həm də düzgün qərarların qəbul olunması üçün əsas vasitədir.
Azərbaycan Respublikasında da rəsmi statistika sistemi daim inkişaf edir. Dövlət Statistika Komitəsi və onun regional qurumları, o cümlədən Tərtər Rayon Statistika İdarəsi, sosial-iqtisadi göstəriciləri mütəmadi olaraq toplayır, təhlil edir və ictimaiyyətə təqdim edir.
Müasir dövrdə etibarlı və şəffaf statistik məlumatlar dövlət siyasətinin planlaşdırılmasında, sahibkarlığın inkişafında və əhalinin rifah halının qiymətləndirilməsində həlledici rol oynayır. Statistika həm də ictimai nəzarətin gücləndirilməsinə, vətəndaş cəmiyyətinin məlumatlı olmasına xidmət edir.
Tərtər rayonunda həyata keçirilən sosial-iqtisadi islahatların nəticələrinin qiymətləndirilməsi də məhz statistik göstəricilər vasitəsilə mümkün olur. Əhalinin məşğulluq səviyyəsi, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin icrası və digər sahələr üzrə toplanan məlumatlar gələcək planlaşdırmalar üçün əsas mənbədir.
Statistika – keçmişi anlamaq, bu günü dəyərləndirmək və gələcəyi planlamaq üçün əvəzolunmaz vasitədir. Bu gün statistik xidmətlərin keyfiyyətinin artırılması və rəqəmsallaşma proseslərinin sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.Rəis müavini İradə Rəfiyeva
05.09.2025-ci il -
26SenHərbi vətənpərvərlik Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi üçün şərhlər bağlıdır
Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün xalqımızın yaddaşından heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq.Xalqımız sentyabrın 27-də Ermənistan silahlılarının növbəti təxribatına cavab olaraq ordumuza hücum əmri verən və bununla regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Qələbə ilə daim qürur duyacaq.
Son bir neçə əsrlik tariximizdə buna bənzər zəfər olmayıb!
Prezident İlham Əliyev iki əsr ərzində yeganə ağır problemimiz olan Qarabağ münaqişəsini həll edə bildi. Yoluna qoyulması mümkün olmayan, hər dəfə yenidən alovlananda minlərlə insanın, ailənin faciəsi ilə nəticələnən, regionun bu günü və gələcəyi üçün ən böyük təhdid kimi qalan bu münaqişəni “dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 gündə həll etdi.Bu, qürurun, fəxarətin iztirablara üstün gəldiyi, xalqımızın keçmişinə boylanaraq öz böyüklüyünü bütün əzəməti ilə dərk etdiyi gündür.
Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdən bəri qəlbimizdə dərin izlər yaratmışdı. Öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə 27 sentyabr 2020-ci il tarixdə son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Daha ətraflı »
-
25SenHərbi vətənpərvərlik 27 Sentyabr Anım Günüdür üçün şərhlər bağlıdır
200 ildən çox davam edən düşmənçilik siyasətinə döyüş meydanında cavab verildi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Daşnaksutyun siyasəti İfrat millətçilik üzərində qurulmuşdur. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Daha ətraflı »
-
18SenDigər 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür üçün şərhlər bağlıdır
Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.
Bu əlamətdar günün təsis olunması uzun və məşəqqətli 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” – deyə Prezident İlham Əliyev çıxışında bildirib. Daha ətraflı » -
18SenDigər 20 SENTYABR AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT SUVERENLİYİ GÜNÜ, 27 SENTYABR ANIM GÜNÜDÜR üçün şərhlər bağlıdır
“Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq… Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyi-mizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”
İlham Əliyev, Azərbaycan Respublikasının PrezidentiFəxr edirik ki, Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, mərhumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
Suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa edildiyi günü 30 ildən çox bir müddətdə gözləmişdik! Nə BMT-nin 4 qətnaməsi, nə ATƏT-in Minsk qrupu bu məsələnin həllində bizə kömək etmədi. Çünki dünyada ikili standartlar var.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə sönməkdə olan ümidlərimiz gücləndi. Xalq öz xilaskarına inandı və ona güvəndi.
Ümummilli Liderin siyasi varisi, müzəffər sərkərdə ilham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşən xalq, “Ya Qarabağ”, ya “ölüm” deyərək savaşa başladı və 44 gün ərzində erməni mifi darmadağın oldu, düşmən kapitulyasiya aktını imzaladı. Bu-nunla da Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu.
2023-cü il sentyabrın 19-da Qarabağda Azərbaycanın Suveren hüquqlarının bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş əməliyyat nəticəsində Azərbaycan Ordusu növbəti parlaq qələbə qazanmış və Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Qürurverici haldır ki, indi ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı qürurla dalğalanır.
Suverenlik günümüz mübarək!“YENİ TƏRTƏR”


Yeni ismarıclar