Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin təhsilinə dövlət tərəfindən daim qayğı və diqqət göstərilir. Eyni zamanda onların xalqımızın milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi hazırda qarşıda duran başlıca vəzifələrdən biridir. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun gənc müəllimləri ilə görüşündə söhbət gedib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, baş referent Svetlana Əzizova və rayon təhsil şöbəsinin müdir əvəzi Surxay Mirzəyev iştirak ediblər. Daha ətraflı »
-
07AvqXəbərlər GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
07AvqXəbərlər Rayonun daha 4 kəndinə mavi yanacaq verildi üçün şərhlər bağlıdır
Rayonun Mamırlı, Poladlı, Kəngərli və Balakəngərli kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasimlər keçirilib. Mərasimlərdə kənd İƏD üzrə nümayəndələr kəndlərin sosial-iqtisadi vəziyyəti haqqında məlumat vermişlər.
Sonda kənd ağsaqqalları, ziyalılar və digər sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə etmişlər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
07AvqTərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov dövlət mükafatlarını təqdim edib üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyəti başçısının ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağında cənab Müstəqim Məmmədov rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Ramiz Mustafayevə, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifə və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova dövlət mükafatlarını təqdim edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
06AvqDigər ELİNƏ GƏRƏKLİ İNSAN üçün şərhlər bağlıdır
Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.Ceyran QULİYEVA
Teqlər: Digər
-
06AvqDigər ÜRƏYİNDƏ SAĞALMAZ YARA VAR üçün şərhlər bağlıdır
Haqqında çox yazılmayan igid oğullarımızdan biri–İsmayılov Mayıl Zakir oğlu Qarabağ müharibəsində qardaşı Əli ilə birlikdə mənfurlara qarşı döyüşürdülər. Əli şəhid olub, Mayıl isə əlildir. Daha ətraflı »
Teqlər: Digər
-
06AvqDigər İctimai mühitin gənclərin tərbiyəsinə təsiri üçün şərhlər bağlıdır
HƏYATIMIZA PƏRÇİMLƏNƏN EYBƏCƏRLİKLƏR
Milli-mənəvi dəyərlərimizin çox hörmətli tutulduğu yaxın keçmişdə kimsə bir səhv iş tutsaydı, ailə üzvlərindən kəndin ağsaqqal-ağbirçəyinə qədər yığılıb onu danlayırdılar ki, niyə bu səhvə yol verib. Bu qınağın tərbiyə prosesində çox böyük təsiri olardı, nöqsana yol verən insan bu tənbehin qarşısında utanardı, qızarardı, “yerə girərdi”, elə tövbələtmə alardı ki, bir daha həmin addımı atmazdı. Və belələrinə: “Ay bərəkallah” deyərdilər. Daha ətraflı »
-
06AvqDigər İşə məsuliyyətlə yanaşmağı öyrəndim” üçün şərhlər bağlıdır
İclas salonunda boş yer qalmasa da, tam sakitlik idi. Rəyasət heyətində ən hörmətli adamlar, o cümlədən rayon icra hakimiyyətinin başçısı əyləşmişdilər. Salona daxil olan Loğman bu mənzərəni görüb bir az tutuldu, əlindəki fotoaparatı daha möhkəm sıxaraq irəli addımladı. Burada onun əmək kitabçasına ilk sətirləri yazan insan – “ Yeni Tərtər “ qəzetinin redaktoru əyləş-mişdi. O, gənc fotomüxbiri yanına çağırıb astadan redaksiyada verdiyi tövsiyələri bir daha təkrarladı; “ Sənin vəzifən yalnız şəkil çəkmək deyil , yiğıncağın ən mühüm anlarını oxuculara çatdırmalısan Daha ətraflı »
Teqlər: Digər
-
06AvqDigər Türkan «Yeni Tərtər» ailəsində birincilərdəndir üçün şərhlər bağlıdır
2005-ci ildə, rayon qəzeti 7 illik fasilədən sonra yenidən fəaliyyətə baş-layanda, rayonumuzda hələ tək-tək gənclər kompüter kurslarını bitirmişdir. Onlardan biri Türkan Ağayeva idi. Orta məktəbdə “əla” və “yaxşı” qiymətlərlə oxumuş Türkan kompüterin sirlərini də az müddətdə mənimsəmişdi. Lakin rayonda münasib iş yeri yox idi. Daha ətraflı »
Teqlər: Digər
-
06AvqDigər Dövlət qulluğunda fərqlənənlər. üçün şərhlər bağlıdır
Ucalığa gedən yol
1958-ci il oktyabr ayının 25-də Qaradağlı kəndinin sakini Arıx Müstafayevin ailəsində bir oğul övladı dünyaya gəldi. Körpənin adını Ramiz qoydular. O, böyüdükcə hər şeyə maraq göstərməsi, nadincliyi ilə öz yaşıdlarından fərqlənirdi. Hələ beş yaşı olarkən əlifbanı və vurma cədvəlini öyrənmiş, müəyyən sözlərin yazılışını mənimsəmişdi. Daha ətraflı »
Teqlər: Digər
-
06AvqDigər Allah Sizi söz dünyamızdan əskik etməsin! üçün şərhlər bağlıdır
“Yeni Tərtər”in 10 yaşı tamam olur
Həyatda elə insanlar var ki, başqa bir sahənin təhsilini alır, o sahədə formalaşır. Elə insanlar da var ki, bir neçə sahədə formalaşaraq kamilləşir, tanınmış bir şəxsiyyətə çevrilir. Bax elə bizim Tofiq müəllim kimi. Əmək veteranı , şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatı Tofiq Yusif kimi. Tofiq müəllim bütün bu adlara, hətta yenicə mükafatlandırıldığı “Tərəqqi” medalına məhz yaradıcılığının sayəsində çatmışdır. Mən deyərdim ki, ilahi verginin nəticəsində bütün bunlara nail olubdur. Özü isə ixtisasca tamam başqa sahənin adamıdır. Daha ətraflı »
Yeni ismarıclar