
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılış mərasimində çıxış edib. Ölkə başçısı çıxışında həm qlobal, həm də daxili ekoloji durumla bağlı vacib nüanslara toxundu. Artıq bir müddətdir ki, ekoloji problemlər, iqlim dəyişikliyi öz nəticələrini ölkəmizdə də göstərir. Cəmiyyəti son zamanlar narahat edən əsas məqamlardan biri də Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlıdır.
Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin iqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü xüsusi vurğuladı, kiçik ada dövlətləri ilə bağlı fikirlər səsləndirdi.

Belə ki, dünyada iqlim dəyişikliyinin əsas baiskarı hesab olunan iri sənaye dövlətləri hazırda bu qədər məsuliyyətli çıxışlar etmir, vəziyyətin bir sıra ada dövlətləri üçün necə təhlükəli olduğunu ictimaiyyətə çatdırmırlar. Azərbaycan Prezidentinin isə vacib məsələyə diqqət çəkməsi dünya ictimaiyyətinin də nəzərində olacaq.
Məhz bu səbəbdəndir ki, Azərbaycanın son zamanlar mövzu ətrafında aktivliyi və göstərdiyi səylər ABŞ Prezidenti Co Baydenin də diqqətindədir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik ünvanlayıb. Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərində problemlərin mövcudluğuna işarə edənlərə ciddi cavab xarakteri daşıyan addım kimi də qəbul oluna bilər. ABŞ bundan sonra da Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını indiki kimi qorumağa davam edərsə, Bakı-Vaşinqton əlaqələri də eyni şəkildə pozitiv xarakter alacaq. Daha ətraflı »
Yeni ismarıclar