Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Sen
    Xəbərlər İSTİRAHƏT MƏKANININ BİRİ DƏ ARTACAQ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-167Murovdağın ətəyində qərar tutan Tərtər rayonu cəbhə bölgəsi olsa da, öz təbii gözəllikləri ilə digər bölgələrdən fərqlənir. Buranın təbiəti insan sağlamlığı üçün əvəzolunmaz nemətdir.
    Son zamanlar bölgələrimizin hər birində olduğu kimi Tərtərdə də quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir–yollar, küçələr asfaltlanır, yaşıllıqlar artırılır, bir sözlə, şəhərimizə diqqət və qayğı göstərilir. Yaşayış və inzibati binalar tikilir.
    Şəhərimizin mərkəzindəki Heydər Parkı da tanınmaz olub. Hər gün tərtərlilər bu istirahət mərkəzinə gəlir, doyunca istirahət edib dincəlir, gözəlliklərdən zövq alırlar.
    Belə istirahət məkanlarından biri də Tərtər çayının sol sahilindəki 2,5 hektar ərazidə salınan yeni park olacaq. Burada mövcud ağaclar qaydaya salınır, qalan açıq sahəyə minlərlə maşın yumşaq torpaq daşınıb tö-külərək hamarlanır. Ərazidən keçən Buruc arxı beton kanal şəklinə salınıb.
    Yeni parkın tikintisində xeyli işçi qüvvəsindən və kifayət qədər maşın-mexanizmlərin gücündən istifadə olunur.
    Yeni salınan bu parkda quruculuq- abadlıq işləri başa çatandan sonra bura tərtərlilərin ən mənalı istirahət məkanı olacaqdır. Bunun daha bir gözəlliyi ondadır ki, park Tərtər çayının sahilində salınır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı MƏHSUL TOPLANIŞI DAVAM EDİR üçün şərhlər bağlıdır

    Sentyabrın 1-i vəziyyətinə rayonda 12 min 412 hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 34 sentner olmaqla bütövlükdə həmin sahələrdən 42 min 203 ton taxıl məhsulu götürülmüşdür. İstehsal olunan taxıl məhsullarının 29 min 586 tonu buğda, 11 min 647 tonu arpa olmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur. Bu dövrdə 153 hektar qarğıdalı sahəsindən qu-ru dənə çevirməklə 632 ton məhsul toplanmış, hər hektardan orta hesabla 47,2 sentner qarğıdalı dəni götürülmüşdür. 195 hektar lobya sahəsindən hər hektardan orta hesabla 49,6 sentner olmaqla bütövlükdə 967 ton lobya məhsulu toplanmışdır.
    Mövsüm ərzində sahələrdən 2 min 148 ton dən üçün günəbaxan, 5 min 831 ton kartof, 11 min 416 ton tərəvəz, 77 ton bostan məhsulları, 5 min 299 ton meyvə, 309 ton üzüm toplanmışdır. Hektarın orta məhsuldarlığı günəbaxan üzrə 23,4 sentner, kartof üzrə 109,2 sentner, tərəvəz üzrə 127,5 sentner, bostan məhsul-ları üzrə 154,6 sentner olmuşdur. Məhsul toplantısı davam edir.
    2016-cı ildə 1035 hektar sahədə pambıq, 1187 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 88,2 faiz, şəkər çuğundurunun əkin sahəsi 64 faiz artmışdır. Rayonda pambıq yığımına başlanmışdır. Qəbul məntəqəsinə 13,2 ton məhsul təhvil verilmişdir. Yığım davam edir. Eyni zamanda cari ildə 271,7 hektar sahədə təkrar əkin aparılmışdır.
    Təsərrüfatlarda payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 3 min 770 hektar sahə şumlanmışdır.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı TƏKRAR ƏKİN SAHƏLƏRİ BECƏRİLİR üçün şərhlər bağlıdır

    250Torpağı sevən, onu ürəklə becərən kənd əməkçilərimizin bir qismi taxıl biçini başa çatandan sonra ümumilikdə 18 hektar sahədə təkrar əkin keçirmişlər. Bunun 14 hektarı yerkökü (sarıkök), 4 hektarı isə mətbəx çuğundurudur ki, hasilə gələndən sonra hər iki məhsulu toplayıb bazarda satışa çıxaracaqlar.
    Fermer və ailə-fermer təsərrüfatlarının üzvlərindən Ramiz Əliyev 2,4 hektar, Tərlan Zeynalov və Güləbətin Məmmədova hər biri 1,8 hektar, Adil Əliyev və Habil Əliyevlərin hər biri 1 hektar sahədə yerkökü əkiblər.
    Hazırda becərmə işləri davam edir. Cərgəaralarına iki dəfə kultivasiya çəkilib, üç dəfə ketmənləmə aparılıb, iki suvarma gedib, bitkilərə azot gübrəsi verilib.
    Təkrar əkin sahələrinin məhsulu dekabr ayında yığılacaqdır.

    Rəfayıl Hüseynov,
    Azadqaraqoyunlu kəndində fermer

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı ÇUĞUNDUR TƏDARÜKÜNƏ AZ QALIB üçün şərhlər bağlıdır

    111Bu il ərazimizdə 25 hektar sahədə şəkər çuğunduru əkmişik. Bir fermer kimi onun 20 hektarını mən, qalan 5 hektarını Habil İbrahimovun rəhbərliyi ilə ailə-fermer təsərrüfatının üzvləri becərirlər.
    Hər ikimiz səpindən əvvəl İmişlidəki Şəkər zavodu ilə müqavilə bağlamışıq. Həm üzvi və mineral kübrələrin əldə olunmasında, həm də hazır məhsulun sahədən daşınıb təhvil verilməsində zavod bizə köməklik göstərəcəkdir.
    Tarlalarda becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından bitkilərin inki-şafı normaldır. Cərgəaralarına 3 dəfə kultivasiya çəkilmiş, 4 dəfə suvarılmış, səpin vaxtı hər hektara 150 kiloqram hesabı ilə fosfor gübrəsi, becərmə vaxtı hər hektara 600 kiloqram hesabı ilə yemləmə gübrəsi vermişik.
    Nümunəvi qulluğun nəticəsidir ki, sahələrdə yaxşı məhsul hasilə gəlib. Hektarın məhsuldarlığı nəzərdə tutulandan xeyli çox gözlənilir.
    Sentyabrın ikinci yarısında şəkər çuğundurunun yığımına başlayacağıq. Gərgin zəhmət hesabına hasilə gətirdiyimiz qiymətli ərzaq məhsulunu itkisiz toplayıb zavoda təhvil verəcəyik.
    Məqsədimiz növbəti ildə şəkər çuğunduru sahələrini daha da genişləndirməkdir. Bu da səbəbsiz deyil. Bu məhsulun bazarı var.
    Hazır məhsulu zavoda təhvil verib heç bir maneə ilə rastlaşmadan pulumuzu alırıq.

    Fazil Vəliyev,
    Bəyimsarov kəndində fermer

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı MƏHSULDARLIQ YÜKSƏK OLDU üçün şərhlər bağlıdır

    401462715Hüsənli kəndinin taxılçıları ötən ilin payızında 365 hektar sahəyə taxıl əkmişdilər. Fermer və ailə-fermer təsərrüfatlarının üzvləri bütün işləri yüksək aqrotexniki qaydalar əsasında yerinə yetirdiklərinə görə hər hektardan orta hesabla 40 sentner buğda götürdülər.
    Fermerlərdən Ramiz Həsənovun, Valeh Əsədovun, Şükür Həsənovun becərdikləri taxıl zəmilərində hektarın məhsuldarlığı 40 sentnerdən yüksək oldu.
    İndi əkin traktorlarının mexanizatorları kotan qoşulmuş traktorlarla sahələri şumlayırlar. Növbəti ilin payızlıq taxıl əkininə hazırlıq görürlər.
    Indiyədək 170 hektardan çox sahədə şum qaldırılmışdır. Şumlama işi davam etdirilir. Mexanizatorlar işin keyfiyyətini daim diqqət mərkəzində saxlayırlar.

    Firuz Rzayev,
    Hüsənli kəndində fermer

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı YIĞIMA BAŞLANDI üçün şərhlər bağlıdır

    41645Yaşadığımız İsmayılbəyli kəndinin sakinləri torpağı sevib ona qayğı göstərdiklərinə görə həmişə torpaq da sevindirir onları.
    Kəndimizdə ötən il cəmi 1 hektar sahədə pambıq əkmişdilər. Bu il isə pambıq əkini sahələri artırılaraq 37 hektara çatdırılıb.
    Pambıqçılıq sahəsində çoxillik təcrübəsi olan fermerlərimiz bu sahənin inkişaf etdirilməsinə ciddi səy göstərirlər. Onlardan Mirzə Cümşüdov ailəsi ilə birlikdə 15 hektar, Elnarə Əliyeva 13 hektar, Aygün Məmmədova ilə Aslan Babayevlərin hər biri 3 hektar, Ələsgər Ağayev isə 2 hektar sahədə pambıq becərirlər.
    Pambıqçılıqda bütün vacib işlərin aqrotexniki qaydalar əsasında aparılmasının nəticəsidir ki, hər kolda nəzərdə tutulandan xeyli çox qoza hasilə gəlib.
    Gələn il pambıq sahələrini xeyli genişləndirməyi nəzərdə tutmuşuq.
    Bir neçə gündür ki, məhsul yığımına başlamışıq. Dövlətə 3 tondan çox pambıq təhvil vermişik.

    Elməddin Səfiyev,
    İsmayılbəyli kənd icra nümayəndəsinin müavini

  • 19Sen
    Kənd təsərrüfatı SAHƏLƏR ŞUMLANIR üçün şərhlər bağlıdır

    253587Ötən ilin payızında kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri 183 hektar sahədə taxıl becərdilər. Onun 106 hektarı buğda, 77 hektarı isə arpa idi. Zəmilərə qayğı ilə qulluq edildiyi üçün məhsuldarlıq yaxşı oldu. Taxıl zəmilərindən 523 ton məhsul götürdük. Buğda üzrə hər hektarın orta məhsuldarlığı 33,6 sentnerə, arpa üzrə isə 22,2 sentnerə çatdırıldı. Maarif Mehdiyev, Vəliyəddin Nəcəfov, Güloğlan Kərimov, Səfər Məhəmmədov və başqaları zəmilərdən daha çox məhsul götürdülər.
    “Əkinçinin boş vaxtı olmaz”–deyiblər. Bu, doğrudan da, belədir. Hazırda gələn ilin bol taxıl məhsuluna hazırlıq görülür. Məhsulu biçilmiş sahələr şumlanır. Suvarma zamanı suyun itkiyə getməməsi üçün 1000 metrdən çox sahədaxili arxlar lildən təmizlənib. İndi həm sahələrdə şum qaldırılması, həm də sahədaxili arxların lildən, kol-kosdan təmizlənməsi işləri davam etdirilir.

    Ramiz Kərimov,
    Seydimli kəndində ailə-fermer
    təsərrüfatının başçısı

     

    Teqlər:

  • 19Sen
    Milli-mənəvi dəyərlər QƏBİRİSTANLIQ:DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH?! üçün şərhlər bağlıdır

    01245Yaxşı ki, o dünyada varlıya, kasıba fərq qoyulmur. Yoxsa axirət dünyasının da bir dadı-ləzzəti olmazdı. Bu dünyadakı kimi orada da təbəqələşmə getsəydi, yenə də kasıblar ağlar günə qalacaqdırlar. Niyə? Çünki varlılar cənnəti satın alacaqdılar və başlayacaqdılar huri-mələklərlə eyş-işrətə (bu dünyadakı kimi). Yazıq kasıbların yeri isə Cəhənnəmin ortası olacaqdı–gah qır qazanında yanacaqdılar, gah “Qıl körpüsü”ndən keçiriləcəkdilər, gah İnkirminkir sorğu-sual edəcəkdi, gah da alovu zəban çəkən tonqallara atacağıydılar onları. Bir sözlə, başlarına yüz oyun açacağıydılar (bu dünyadakı kimi). Yaxşı ki, orada vara-dövlətə görə ayrıseçkilik yoxdur. Bəs onda qəbiristanlıqlardakı bu dəbdəbə, bu təmtəraq kimə və nəyə lazımdır? Onların ölülərə bir xeyri var, ya yox? Bəlkə yerlərini isti saxlayır və yaxud qarınlarını doydurur? Kimlərisə qonaq da qəbul eləmirlər ki, qəbirlərinin üstündəki möhtəşəm baş və sinə daşlarını, bahalı qranit və mərmərləri göstərib öyünsünlər. Və yaxud bu dəm-dəstgahı o dünyadakılara nümayiş elətdirib desinlər ki, biz sizin tayınız deyilik.
    Islamda buyrulur ki, müsəlmanın qəbri itib torpağa qarışmalıdır. Çünki, birincisi, dünya binnət olandan gəlib-gedən milyardlarla insanın qəbri belə təmtəraqla düzəldilsəydi, onda Yer üzündə boş yer qalmazdı ki! Ikincisi, bu bahalı bər-bəzəyin ölən insana bir köməyi varmı? Daha ətraflı »

    Teqlər:

  • 19Sen
    Ədəbiyyat QƏDİR TƏRTƏRLİ: “MƏNİM  HƏYAT  ROMANIM” üçün şərhlər bağlıdır

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-11Həmyerlimiz, şair, jurnalist, Qızıl Qələm mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış “Mənim həyat romanım” kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi qəzetimizin oxucuları ilə bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, “Mənim həyat romanım” kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əksi-para kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
    Kitabdakı bütün səhnələr təbii və səmimidir, xalqın öz dili ilə qələmə alınıb.
    Yaddaşımda xüsusilə iz qoyan səhnələrdən biri yay aylarında kənd camaatının yaylaqlara köç etməsidir. Bu o vaxtlar idi ki, hələ nə maşınlar vardı, nə də müasir rahat şərait. Qədir müəllim yol boyu rastlaşdıqları gözəllikləri, ferma müdiri işləyən atası Hüsü kişinin çobanlara, onların ailə üzvlərinə münasibətini elə canlı təsvir edir ki, oxucu özü də yolçulara qoşulub sərin yaylaqların ətrafında dincəlir, “Həmzə çiməni”ndə uşaqların “Çataldaş”ın altında məktub gizlətdiklərinin şahidi olur, qadınların dağda bitən göylərdən sacda bişirdikləri ləzzətli kətənin ətrini duyur. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Sosial CƏBHƏ BÖLGƏSİNƏ DÖVLƏT QAYĞISI UĞURLU NƏTİCƏLƏR VERİR üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN PREZİDENTİNİN HİMAYƏSİ İLƏ TƏMAS XƏTTİNDƏ
    BÖYÜK QURUCULUQ PROSESİ BAŞLAYIB

    Az?rbaycan Prezidenti Ilham ?liyev T?rt?r, Agdam v? B?rd? rayonlar?nda

    002_2Qəhrəman oğullar diyarı Tərtər istər Qarabağ müharibəsi dövründə, istərsə də atəşkəs elan ediləndən sonrakı illərdə öz şanlı ənənələrinə sadiq qalaraq əsl fədakarlıq nümunəsi göstərmiş, qanlı döyüşlərdə olduğu kimi təsərrüfat, abadlıq, quruculuq sahəsində qazandıqları uğurlarla da düşmənlərimizə gerçək göz dağı vermişlər.
    Qarabağ savaşında Ermənistan silahlı qüvvələri ərazilərimizin 20 faizini işğal etmişlər. Bu, dünya birliyinə məlum olan inkaredilməz faktdır. Qanlı döyüşlərə meydan olan Tərtərdə isə fərqli mənzərədir. Tərtərlilər düşmənə nəinki bir qarış torpaq vermədilər, əksinə, bizim dədə-baba ərazilərdə məskunlaşmış erməniləri də qovub uzaqlaşdırdılar. Bu fakt ermənilər tərəfindən həmişə ürək ağrısı ilə xatırlanır. Müxtəlif bəhanələrlə atəşkəsi pozub Tərtərdən qisas almağa can atan ermənilər hər dəfə layiqli cavablarını alıb geri otuzdurulurlar. Bu ilin aprel ayında ermənilərin törətdiyi silahlı təxribatlardan da ən çox zərər çəkən elə ermənilərin özləri oldu.
    Həmişə Tərtərə, bu bölgənin qəhrəman övladlarına isti münasibət, xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev o gərgin günlərdə öz xanımı ilə birlikdə Tərtərə səfər etdi. Dövlət başçısı rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdü. Bir neçə gün davam edən gərgin döyüşlərdə ermənilərin atdığı top mərmiləri Tərtər şəhərində və kəndlərdə xeyli yaşayış evini, müxtəlif sosial obyektləri dağıdıb yararsız vəziyyətə salmışdı. Daha ətraflı »

    Teqlər: