Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Xoruzlu kəndində keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib, mövcud sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Allahverdi Qasımov, Nazilə Həsənova, Aftandil Həsənov, Afiyəddin Əliyev, Leyla Şirinova və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasından, sakinlərin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildiriblər. Bununla yanaşı, kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, suvarma suyu üçün əlavə subartezian quyularının qazılmasına, Qaradağlı-Xoruzlu avtomobil yoluna yeni asfalt örtüyünün salınmasına ehtiyac olduğu rayon rəhbərinin diqqətinə çatdırılıb.
Qaldırılan məsələlərlə əlaqədar müvafiq qurumlara tapşırıqlar verilib, şəxsi problemlərlə müraciət edən vətəndaşların xahişləri qa-nun çərçivəsində yerindəcə həll olunub. Daha ətraflı »
-
07OktXəbərlər SƏYYAR GÖRÜŞ-QƏBUL KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
07OktXəbərlər ÇİLİ SENATINDA AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ RAYONUMUZDA OLUBLAR üçün şərhlər bağlıdır
Çili Senatında Azərbaycanla dostluq qrupunun nümayəndə heyətinin sədri İvan Moreyran və senator Xorxe Pişarro cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin problemləri, aprel ayı ərzində erməni işğalçılarının atəşkəsi pozması nəticəsində rayona dəyən ziyanı, dinc əhalinin həlak olması barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadıqları Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar.Teqlər: Xəbərlər
-
07OktXəbərlər V BAKI BEYNƏLXALQ HUMANİTAR FORUMUNUN İŞTİRAKÇILARI TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Oktyabırın 3-də V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Finlandiyanın “İltalehti” jurnalının müxbiri Antero Eerola və fotoqraf Jael Karppanen cəbhə bölgəsində mövcud vəziyyətlə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər ediblər.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olublar. Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, aprel hadisələri zamanı ermənilər beynəlxalq konvensiyalarla qadağan olunmuş kimyəvi silahlardan istifadə ediblər.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanmışlar. Finlandiyalı jurnalistlər ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsinin qalıqlarına baxıblar.Teqlər: Xəbərlər
-
07OktTəhsil MÜƏLLİMLƏR GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərinin bayram toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev Prezident İlham Əliyevin milli təhsilə göstərdiyi diqqət və qayğıdan və rayonda təhsil sahəsində qazanılan uğurlardan söhbət açıb.
Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, Güləbatlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi İradə Mustafayeva, Umudlu kənd tam orta məktəbinin təşkilatçı müavini Xuraman Axundova və şəhər 2 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Mehriban Abbasova çıxış edərək bayram sevinclərini bölüşüblər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb.
Qeyd edib ki, rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimiz çoxdur. Onlardan 5 nəfəri “Əməkdar müəllim” adına, 4 nəfəri “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günündə isə Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov “Qabaqcıl maarif xadimi” döş nişanı ilə, şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova isə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
Tədbirdə bir qrup müəllimə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.Teqlər: Təhsil
-
07OktXəbərlər “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Ümumdünya “Turizm günü” münasibətilə Heydər Əliyev Mərkəzində “Açıq qapı” günü elan edilmişdir.
Həmin gün şəhər 6 saylı tam orta məktəbin və 2 saylı məktəb-liseyin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunmuşdur. Əvvəlcə şagirdlər Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən ekspozisiya zalında oldular. Sonra təşkil olunmuş sərgiyə tamaşa etdilər. Mərkəzdə fəaliyyət göstərən elektron kitabxana haqqında da ziyarətçilərə məlumat verildi.
Gördüyümüz bütün işlər, keçirdiyimiz uğurlu tədbirlər, apardığımız ekskursiyalar işimizin məsuliyyətini artırır və bizi daha uğurlu fəaliyyətə sövq edir.Səlimə Yusibova,
Heydər Əliyev
Mərkəzinin direktoruTeqlər: Xəbərlər
-
07OktKənd təsərrüfatı 2016-cı il PAMBIQÇILIĞIN İNKİŞAFI ÜÇÜN HƏLLEDİCİ İL OLACAQ üçün şərhlər bağlıdır
İLHAM ƏLİYEV: “BU, BİR BAŞLANĞICDIR VƏ ƏMİNƏM Kİ, BUNDAN SONRA PAMBIQÇILIQ AZƏRBAYCANDA SÜRƏTLƏ İNKİŞAF EDƏCƏK, GENİŞ VÜSƏT ALACAQ”
AZƏRBAYCAN PREZİDENTİ PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI DÖVLƏT PRİORİTETLƏRİNİ ELAN ETDİ:
•Ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün Sabirabad rayonunu seçdim. Əminəm ki, pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik.
•Pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə elməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək. Bu il bu sahədə dönüş ili olmuşdur.
•İxracyöııümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlıgı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq.
•Bu ıl pambıqçılığın sürətli inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınmısdıı. Dövlət büdcəsindən bu məqsədlər üçün kifayət qədər böyük maliyyə vəsaiti ayrılıb.
•2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə biz 300 min ton pambıq istehsal edə bilərik. Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir.
•Biz artıq pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiya üzərində işləyirik. Pambıqçılıq özündə bir çox önəmli amili birləşdirir. Bu, kənd təsərrüfatının sürətli inkişafı, yüz minlərlə iş yerinin yaradılması, ixrac potensialımızın inkişafı deməkdir və dövlətin özəl sektora praktiki diqqətinin, dəstəyinin təzahürüdür.
•“Əmək” ordeni də təsis etməliyik. Birinci ordeni pambıqçılara təqdim edə bilərik.
•Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik.Teqlər: Kənd təsərrüfatı
-
07OktKənd təsərrüfatı PAMBIQ YIĞIMI SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır
Rayon statistika idarəsinin məlumatına əsasən, bu il rayonumuzun təsərrüfatlarında 1.035,1 hektar sahəyə yüksək məhsuldar çiyid səpilib. Səpindən sonra becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından, sahələrdə bol “ağ qızıl” hasilə gəlib. Artıq bir neçə gündür ki, pambıq tarlalarında məhsul toplanışına başlanıb. Bir sıra təsərrüfatlarda fermer və ailə-fermer təsərrüfatlarının üzvləri pambıq toplanışında yaxşı işləri ilə fərqlənirlər.
Cəmi bir neçə gün ərzində qəbul məntəqəsinə 315 tona yaxın məhsul təhvil verilib. Sentyabrın 30-dək Azadqaraqoyunlu kəndində 48 ton, Qarağacıda 55 ton, Qaynaqda 36 ton, Əksiparada 19 ton, Köçərlidə isə 20 ton məhsul toplanaraq qəbul məntəqəsinə təhvil verilib. Pambıqçılığın əvvəlki şöhrətini özünə qaytarmaq məqsədilə ölkə Prezidenti möhtərəm İlham Əliyevin pambıqçılığın inkişafına xüsusi diqqət yetirməsi, bu sahədə çalışan insanlara subsidiyaların verilməsi barədəki Sərəncamı “ağ qızıl” ustalarının marağını qat-qat artırmışdır.
Hamıya yaxşı məlumdur ki, tarixən Tərtər rayonunun pambıqçıları həmişə qabaqcıl olublar. Ulu Öndər dəfələrlə Tərtərdə olub, tarlaları gəzib, qabaqcıl əmək adamları ilə görüşüb, söhbət edib. Həmin insanların çoxu indi də bu görüşləri yaxşı xatırlayır. Elə buna görə də pambıqçılığın əvvəki şöhrətinin qaytarılması məsələsi bu sahədə çalışanların ürəyincə olub. Bu səbəbdən də gələn il rayonda pambıq əkini sahələrinin azı 2 dəfədən çox artırılması nəzərdə tutulub.Mirzə Nəsir
Teqlər: Kənd təsərrüfatı
-
07OktKənd təsərrüfatı TƏCRÜBƏMİZİ ƏSİRGƏMƏYƏCƏYİK üçün şərhlər bağlıdır
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə mən rayonumuzda o zamankı Nəriman Nərimanov adına kolxozun sədri işləyirdim. İşinin çoxluğuna baxmayaraq, bu dahi şəxsiyyətin respublikada pambıqçılığın inkişafına nə dərəcədə önəm verdiyinin canlı şahidiyəm. Heydər Əliyev tez-tez rayonlara, o cümlədən bizim Tərtərə (o zamankı Mirbəşirə) səfərlər edər, “ağ qızıl” ustaları ilə tarlalarda görüşər, onların istək və arzularını öyrənib yerinə yetirərdi. Elə həmin illərdə bizim Seydimli kəndindən 4 nəfər–Qiymət Cəfərova, Rəşid Cəfərov, Sədr və Qəzənfər İsayevlər SSRİ-nin ən yüksək mükafatına–Lenin ordeninə layiq görülmüşdür. Onlardan 3-ü həmin mükafatı pambıqçılıq sahəsindəki nailiyyətlərinə görə almışdır. Mən özüm isə “Əməkdə igidliyə görə” medalı ilə təltif olundum. Qiymət Cəfərovanın Lenin ordenini və mənim medalımı Ümummilli Liderimiz 1981-ci ildə Bakıda keçirilən təntənəli tədbirdə öz əlləri ilə sinəmizə taxdı.
Ümumiyyətlə, həmin illərdə pambıqçılıq kəndli ailəsinin dolanışıq yeri idi. Bu sahədən əldə olunan gəlirlə insanlar ev tikdirir, lazımi məişət avadanlıqları alır, uşaqlarını ali məktəblərdə oxutdururdular.Ona görə də hazırda bu məsələyə möhtərəm Prezident İlham Əliyev tərəfindən yüksək qayğı və diqqət göstərilməsi kəndimizdə hamının, xüsusilə də yaşlı nəslin ürəyincədir. Biz də öz növbəmizdə pambıqçılıq sahəsindəki zəngin təcrübəmizi əsirgəməyəcəyik. Dövlətimizin dəstəyi ilə pambıqçılıq sahəsi yenidən əvvəki kimi insanlarımıza xeyir-bərəkət gətirəcək.Sayəddin Musayev,
Seydimli kəndiTeqlər: Kənd təsərrüfatı
-
07OktKənd təsərrüfatı “AĞ QIZIL” XALQIN SƏRVƏTİDİR üçün şərhlər bağlıdır
“Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi bunun, həm insanlara, həm də dövlətə böyük xeyri olacaq.”
Fikrimi cənab Prezidentimiz İlham Əliyevin Sabirabad rayonunda keçirilmiş zona müşavi-rəsindəki nitqində söylədiyi sözlərlə başlamağım təsadüfi deyildir,
Mən uşaqlığımı kənddə pambıq tarlalarında keçirmişəm. Onun becərilməsinin, yığılmasının, ailələrə gətirdiyi sevincin şahidi olmuşam. Çöllərimizin “ağ qızıl”ının evlərimizə gətirdiyi bin-bərəkətin bəhrəsini görmüşəm.
Kolxoz quruculuğu dövründə pambıqçılıq briqadiri işləyirdim. 1996-cı ildən torpaqlar paylanandan sonra fermer təsərrüfati ilə məşğul oluram. Hər il 4 hektardan yuxarı pambıq sahəsi əkib becərirəm. Doğrudur, əvvəllər bəzi çətinliklərimiz olurdu. Artıq bir neçə ildir dövlətimiz tərəfindən köməklik göstərildiyindən, bu çətinliklər arxada qalıb. Şəraitimiz üçün əlverişli olan daha məhsuldar toxum sortlarından alıb əkirik. Becərilməsində lazım olan gübrələrdən maksimum dərəcədə istifadə edirik. Yığım zamanı texnikadan lazımınca istifadə etməyə çalışırıq. Hər şeydən əvvəl pambıq əkinindən istifadə etmək kənd əhalisinin yaşam tərzinə öz müsbət nəticəsini göstərir. Ən azı 20-25 ailənin do-lanışığının normal ol-masına kömək edir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
07OktKənd təsərrüfatı MƏHSULUMUZ BOL, İŞİMİZ ÇOX OLSUN! üçün şərhlər bağlıdır
Cari pambıq mövsümündə bizim məntəqənin kollektivinin də üzü gülür. Ona görə ki, pambıqçılıq sahəsində uzun illər hökm sürən durğunluq tədricən aradan qaldırılır. Xüsusən Azərbaycan Prezidenti İlham Əlıyevin Sabirabad rayonunda keçirdiyi müşavirədən sonra Tərtər pambıqçılarının da məsuliyyəti birə-beş artıb. Bütün qüvvələr məhsulun tarlalardan vaxtında yığılmasına yönəldilib.
Əgər ötən mövsümdə təsərrüfatlardan cəmi 358 ton “ağ qızıl” qəbul etmişdiksə , hal-hazırda bu rəqəm fiziki çəkidə 113,26 ton təşkil edir. Maşınla yığıma isə hələ yeni başlanıb. Texnika tam qüvvə ilə işləyəndən sonra gündəlik təhvil verilən məhsulun miqdarı artacaq.
Rayonumuzda elə təsərrüfatlar var ki, artıq bu ildən pambıq əkini sahələrini genişləndirmişlər. Bunlar Qazyan, Qaynaq,Əskipara, Güləbatlı və Sarov kəndlərinin fermerləridir. Gələn mövsümdə isə pambıqçılıq sahəsinə diqqət daha da artırılacaq. Bu, həm əhalinin gəlirlərinə müsbət təsir göstərəcək, həm də sosial problemlərin həllinə, xüsusən əhalinin işlə təmin olunmasına kömək edəcək.
Bu mövsümdən başlayaraq bizim məntəqədə də işçilərin sayı artıb. Hər kəs arzulayır ki, məhsulumuz bol, işimiz çox olsun.
İnsanlar pambıqçılıq sahəsində əvvəlki ənənələrin bərpa edilməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
Onu da qeyd etmək istəyirəm ki, mövsüm başlamazdan əvvəl məntəqədə bütün hazırlıq işlərini başa çatdırmışdıq. Ona görə də işimizdə heç bir çətinlik yoxdur.Fəqani Babışov,
CTS Agro MMC-nin
Tərtər Pambıq İstehsalı və Tədarükü
Məntəqəsinin direktoruTeqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar