19Okt
BURA VƏTƏNDİR…
O tarixi gündən bizi 25 il ayırır. Məhz həmin gün –18 oktyabr 1991-ci il tarixində xalqımızın çoxillik arzusu gerçəkləşdi. Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. XX əsrdə ikinci dəfə Azərbaycan müstəqilliyə qovuşdu. Lakin bu müstəqillik çox kövrək idi.
SSRİ-nin dağılması nəticəsində müttəfiq respublikalar arasında əlaqələr kəsilmiş, bu isə Azərbaycanın da iqtisadiyyatına öz təsirini göstərmişdir. Bütün sahələrdə, o cümlədən sənayedə, kənd təsərrüfatında geriləmələr, dağıntılar müşahidə edilirdi. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə isə vəziyyəti daha da ağırlaşdırırdı. Ölkədə hökm sürən xaos və anarxiya Azərbaycanın parçalanması təhlükəsini yaradırdı. Bu vəziyyətdə xalqın yeganə ümidi güclü və ağıllı lider idi. Azərbaycan xalqı bu lideri yalnız Heydər Əliyevin şəxsiyyətində görürdü. Onun hakimiyyətə ikinci qayıdışı kövrək müstəqilliyimizi əbədi və dönməz etdi, Azərbaycanı güclü dövlətlər sırasına çıxardı. Ümummilli Lider respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan etdi.
Müstəqillik illərində xalqımız öz sərvətlərinin sahibinə çevrildi. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft kontraktı–“Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi, onun nüfuzu dünya səviyyəsində artdı.
Öz-özümə sual verirəm: 25 illik müstəqil həyatımız bizə nə verib? Ölkə miqyasında görülən işləri sadalamaqla qurtaran deyil, ona görə də doğma Tərtərimizə nəzər salıram. Palçıqlı küçələr, yöndəmsiz köşklər əvəzinə gözlərim qarşısında yaraşıqlı Heydər Əliyev prospekti, gecələr nura qərq olan geniş küçələr, bu küçələrdə sakinlərin tikdirdikləri bir-birindən gözəl, müasir evlər canlanır.
Yeni tikilən binaları isə sadalamaqla qurtaran deyil… Daha ətraflı »
Teqlər: Xəbərlər
19Okt

İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc sakinlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib. Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə ətraflı məlumat verib.
Səfir səmimi qəbul üçün rayon rəhbərinə təşəkkürünü bildirib, İsveçrə Konfederasiyasının Azərbaycanla dostluq əlaqələrindən danışıb.
Teqlər: Xəbərlər
19Okt
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan Fransanın məşhur “L Opinion” qəzetinin müxbiri Claude Leblanc, “İnstitute Europen Perspective and Security” beyin mərkəzinin direktoru Emmanuel Dupuy, “TTU” qəzetinin baş redaktoru Guillen Monsoins Tərtər rayonunda oldular.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verdi.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsinin qalıqlarına baxıblar.
Teqlər: Xəbərlər
18Okt
İspaniyanın keçmiş Beynəlxalq Xidmətinin rəhbəri, məsləhətçi jurnalist, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Carmen Rodriguez cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində olublar.
Teqlər: Xəbərlər
18Okt

Tərtər şəhəri günü-gündən dəyişir, gözəlləşir, yeniləşir. Bu gözəllik şəhərin bütün küçələrində hiss olunur. Kanalizasiya və su xətti çəkildikdən sonra küçələrdə tikinti-abadlıq işləri aparılır. Bu gün şəhərin Nizami küçəsində xüsusi bir canlanma var.
Küçənin hər iki tərəfində səki daşları düzülür, kommunikasiya xətləri qaydaya salınır, istinad divarlarında bərpa işləri aparılır. Yolkənarı yaşıllıq zolaqları qaydaya salınır, yeni ağaclar əkilir. Səkilərin tamet örtüyündə təmir-bərpa işlərinə başlanılmış, elektrik xətləri dəyişdirilərək SİP kabel xəttinə keçilmişdir. Müasir gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Hazırda isə küçənin asfaltlanması üçün hazırlıq işləri görülür.
Teqlər: Xəbərlər
18Okt
Bu ilin aprel hadisələri zamanı erməni təxribatçılarının atdıqları artilleriya mərmiləri illər uzunu əziyyətlə tikdirdiyimiz evimizi darmadağın etmişdir. Xoşbəxtlikdən ailə üzvlərimizdən zərər çəkən olmamışdır.
Hadisədən dərhal sonra ölkə başçısı İlham Əliyev və onun xanımı bizə baş çəkdilər, vəziyyətlə tanış oldular. Onların bu gəlişi bizi ürəkləndirdi, çətinliklərin öhdəsindən gəlməyə kömək etdi. Prezidentimizin Tərtər rayonuna ayırdığı vəsait hesabına aprel hadisələri zamanı zərər çəkmiş evlərin hamısı, o cümlədən bizim evimiz əvvəlkindən də yaxşı bərpa olundu.
Havalar soyuduqca düşünürük ki, nə yaxşı ki, bizim belə dövlət başçımız var. Yoxsa evsiz-eşiksiz güzəranımız necə olardı?
Ailəmiz adından Prezidentimizə və onun tapşırıqları və tövsiyələrini icra edən bütün insanlara minnətdarlığımızı bildiririk.
Elmira Səfərova,
Fikrət Əmirov küçəsinin sakini
Teqlər: Xəbərlər
18Okt
100 AİLƏYƏ YENİ SU XƏTTİ ÇƏKİLİB
Son vaxtlar rayon mərkəzində olduğu kimi kəndlərimizdə də quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir.
Kəndin mərkəzində vurulmuş subartezian quyusundan 100 evə su xətti çəkilib, sayğaclar quraşdırılmışdır. Sakinlər içməli su sarıdan əziyyət çəkmirlər. Su xətti çəkilməyən evlərə də su çəkilməsi işləri davam etdirilir.
Teqlər: Xəbərlər
18Okt
Kənddə 573 evə qaz xətti çəkilib. Hazırda mənzillərin yarıdan çoxunda tənzimləyici və sayğac quraşdırılmışdır. Fərdi yaşayış evlərində sayğaclaşma işləri davam edir.
Yaxın günlərdə kənd sakinləri mavi yanacaqdan istifadə edəcəklər.
Teqlər: Xəbərlər
18Okt
Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhid olan vətən oğullarımızın ailə üzvləri–Rəna Hüseynova və Tamella Əhmədovaya dövlət hesabına fərdi yaşayış evləri tikilib təhvil verilmişdir. Evlərin hər biri 2 otaq, 1 yardımçı binadan ibarətdir (mətbəxdən). Şəhid ailələri onlara göstərilən bu qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.
Teqlər: Xəbərlər
18Okt
Nüşabə Baxşəliyeva bu il ailə üzvləri ilə birlikdə 2 qutu baramaqurdu toxumunu götürüb bəsləmişdir. Bu sahədə yaxşı təcrübəsi olan kənd sakinləri barama qurdlarını nümunəvi qaydalar əsasında becərdikləri üçün dövlətə 125 kiloqram yüksək keyfiyyətli barama təhvil vermişlər. Ailə üzvlərinin məqsədi gələn il qutuların sayını artırmaqdır.
Bu məqsədlə onlar ipək qurdlarının normal yemləndirilməsi üçün çəkil bağlarını xeyli genişləndirmək fikrindədirlər.
Teqlər: Xəbərlər
Yeni ismarıclar