Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan Fransanın məşhur “L Opinion” qəzetinin müxbiri Claude Leblanc, “İnstitute Europen Perspective and Security” beyin mərkəzinin direktoru Emmanuel Dupuy, “TTU” qəzetinin baş redaktoru Guillen Monsoins Tərtər rayonunda oldular.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verdi.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə, məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, məcburi köçkün ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıblar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa-150” abidəsinin qalıqlarına baxıblar.
-
19Okt
Müəllif: Redaktor, 10:49
Teqlər: Xəbərlər