İspaniyanın keçmiş Beynəlxalq Xidmətinin rəhbəri, məsləhətçi jurnalist, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Carmen Rodriguez cəbhə bölgəsində mövcud vəziyyət, orada yaşayan dinc əhali və müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin güzəranı ilə tanış olmaq məqsədi ilə Tərtər rayonuna səfər edib.
Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüblər. Görüşdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov qonaqlara cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
Sonra qonaqlar rayon ərazisində yerləşən N. saylı hərbi hissədə və məcburi köçkünlərin sıx yaşadığı Həsənqaya kəndində olublar.
-
18Okt
Müəllif: Redaktor, 16:43
Teqlər: Xəbərlər