24Noy
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın növbəti toplantısı keçirilib.
Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqları salamlayaraq daimi elmi seminarın fəaliyyətini yüksək qiymətləndirib, seminarda müzakirəyə çıxarılan məsələlərin Azərbaycan multikulturalizmi ilə bağlı gələcək araşdırmalar üçün qaynaq ola biləcəyini deyib.
Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Elmi-Metodik Şurası sədri Etibar Nəcəfovun moderatoru olduğu, Akademik Kamal Abdullayevin təşəbbüsü ilə fəaliyyətə başlayan daimi elmi seminarın budəfəki toplantısında müzakirə ediləcək məsələləri açıqlayıb: “İclasın gündəliyində Sorbonna Universitetinin professoru, şərqşünas Fransua Jorjonun XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri haqqında məruzəsi, Beyrut Universitetinin professoru Mahmud Heydərin çıxışı, BBMM-in İsrail filialının rəhbəri, tanınmış siyasi ekspert Arye Qutun həmmüəllifi olduğu “Ağrı” kitabının müzakirəsi və “Multikulturalizm” jurnalının ikinci sayının təqdimatı yer alıb”. Daha ətraflı »
Teqlər: Digər
18Noy
BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ QEYD OLUNUB
YUNESKO-ya üzv dövlətlər 1995-ci il noyabrın 16-da tolerantlıq prinsipləri haqqında Bəyannamə qəbul edib. BMT Baş Assambleyasının 1996-cı ildə qəbul olunmuş qərarına əsasən quruma üzv ölkələr hər il noyabrın 16-nı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edir.
Bu münasibətlə rayonumuzdakı Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Səlimə Yusibova “Tolerantlıq Azərbaycanda həyat tərzidir” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycan xalqının digər millətlərin, dinlərin və konfessiyaların nümayəndələri ilə ortaq dil tapması bacarığı ölkəmizdə millətlərarası sülh və rifah şəraiti yaratmağa imkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İctimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq”.
Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Təsadüfü deyil ki, hazırda ölkəmiz multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Noy

2016-cı ilin başa çatmasına bir o qədər də böyük zaman qalmayıb. Bu il biz müstəqilliyimizin 25-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlar artıb. Eyni zamanda daxili inkişafın sürəti yüksəlib. Çünki əgər ölkəmiz beynəlxalq səviyyədə lider dövlətə, söz sahibinə çevrilməsəydi, ölkədəki münbit investisiya mühitini, sabitliyi, əmin-amanlığı da təmin etmək mümkün olmazdı.
2016-cı ilin ötən dövrü ərzində Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ixrac-yönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək məqsədilə ölkəmizdə xeyli işlər görülüb.
Belə addımlardan biri “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli fərmanıdır.
Prezident İlham Əliyev cari ildə ölkəmizin qərb rayonlarına səfəri zamanı Azərbaycanda mövcud olan ənənəvi sahələrin, xüsusən pambıqçılığın, baramaçılığın, bağçılığın inkişafını mühüm bir məsələ kimi qarşıya qoymuş, eyni zamanda həyata keçirilən yeni islahatlarıın artıq səmərə verdiyini qeyd etmişdir: “Bizim gələcək üçün planlarımız çox böyükdür. Bu gün Azərbaycan reallıqları, sizin yaratdığınız bu gözəl müəssisələr onu göstərir ki, biz düzgün yoldayıq, inkişaf yolundayıq. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu il artım 2,4 faizdir. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
18Noy
25 il bundan əvvəl, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb.
Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. Daha ətraflı »
Teqlər: Digər
18Noy

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
Monitorinq insidentsiz başa çatıb.
Teqlər: Xəbərlər
18Noy

Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birgə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas et-diyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Noy
Bu günlərdə rayon polis şöbəsinin bir qrup əməkdaşı Gənclər Mərkəzində “Narkomaniyaya yox deyək!” və “Qızlar arasında erkən nikahların bağlanması və onun ciddi zərəri” mövzularında tədbir keçirmişlər.
Toplantıda şəhər və kənd məktəblərinin yuxarı sinif şagirdləri, məktəb direktorlarının müavinləri, müəllimlər, təhsil şöbəsinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Əfqan Qurbanov müzakirəyə çıxarılan hər iki mövzu ilə bağlı ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Azərbaycan Respublikasında narkomaniya və narkobizneslə mübarizənin əsası tarixdə ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “ Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli qanunla qoyulmuşdur. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Noy

Əvvəlcə nazir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra nazir Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətləri əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələləri əhatə edib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Daha ətraflı »
Teqlər: Xəbərlər
18Noy
TAXIL SƏPİNİ SÜRƏTLƏNİR
Taxıl əvəz olunmaz nemət olan qida məhsulu, taxıl çörəkdir. Çörəyin bolluğu uğrunda var qüvvə ilə çalışmaq hər bir kənd əməkçisinin, hər bir fermerin müqəddəs borcudur.
Rayonumuzun təsərrüfatlarında növbəti ilin bol məhsulu üçün taxıl səpini davam edir. Bu il buğda sahələrinin hər hektarından orta hesabla 37,3 sentner, arpa sahələrindən isə 27,2 sentner məhsul götürüldü. Rayon kənd təsərrüfatı idarəsinin məlumatına əsasən, rayon üzrə noyabrın 15-dək 1410,3 hektar sahəyə arpa və 2315 hektara buğda səpilib
Taxıl səpinində Bölgə Təcrübə Stansiyasının, Hüsənli, Kəngərli, Evoğlu kəndlərinin fermerləri irəlidə gedirlər. Taxıl səpini davam edir.
Teqlər: Kənd təsərrüfatı
18Noy
Növbəti ilin məhsulu üçün rayonda 9590 hektara yaxın sahədə payızlıq şum qaldırılıb. Həmin sahələrin 327,9 hektarına şəkər çuğunduru, 303 hektarına yonca, 22 hektarına isə soğan toxumu səpilib. Təsərrüfatlarda payızlıq əkinlər davam etdirilir. Məqsəd növbəti ildə torpaqdan daha çox məhsul götürməkdir.
Qeyri-neft Sektorunun inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlər kənd əməkçilərini daha həvəslə çalışmağa ruhlandırır
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar