Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq!” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya
Tərtər rayonunun məktəbliləri də qoşulublar.
Rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.
-
28NoyXəbərlər MƏKTƏBLİLƏR “ÖLKƏMİZİ TANIYAQ!” TUR-AKSİYADA İŞTİRAK ETDİLƏR üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
28NoyDigər ÜMUMDÜNYA UŞAQ GÜNÜ üçün şərhlər bağlıdır
Hər il noyabr ayında planetimizdə Ümumdünya Uşaq Günü qeyd edilir. 1954-cü ildə BMT-nin Baş Məclisi uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü qeyd etməyi bütün dünya ölkələrinə məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında
konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən, hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Uşaq hüquqlarının qorunması, onların rifah halının yaxşılaşdırılması məsələləri Heydər Əliyev Fondunun da daim məşğul olduğu məsələdir. Bu istiqamətdə işlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görülür.
Heydər Əliyev Fondu hesabına Tərtər rayonunda da bir neçə müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda isə şəhərin Nizami küçəsində inşa olunan yaraşıqlı, hər cür şəraiti olan körpələr evi-uşaq bağçası istifadəyə verilmək üzrədir. Bütün bunlar dövlətimizin öz kiçik vətəndaşlarına olan qayğısının təzahürüdür.“Yeni Tərtər”
Teqlər: Digər
-
28NoyDigər Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması üçün şərhlər bağlıdır
“CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR”
Qadınlara kişilərlə bərabər hüquqlar verilib
Qədim zamanlardan Azərbaycanda qadına hörmətlə yanaşılıb. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.) deyib: “Cənnət anaların ayaqları altındadır”. Tomris, Sara xatun, Tutibikə kimi qadınlar öz əməlləri ilə tariximizin qızıl səhifələrini yazıblar.
Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, o cümlədən seçkilərdə iştirak etmək hüququnun verilməsi olub.
Hətta 70 il Sovetlər birliyinin tərkibində yaşayanda belə elmin, mədəniyyətin, digər sahələrin nümayəndələri olan Azərbaycan qadınları dərin zəkaları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə təkcə SSRİ məkanında deyil, bütün dünyada şöhrət qazanıblar.
Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə qadınların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanıb. Bu sahə üzrə Azərbaycan hökuməti, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına,” 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyaya qoşulmuşdur. Daha ətraflı »Teqlər: Digər
-
28NoyDigər PAYIZIN NİSGİLLİ BİR GÜNÜ… üçün şərhlər bağlıdır
Nisgilli bir payız günüydü… Hava elə yuxalmışdı ki, sanki göylər yağışa-yağmura dönüb, büsbütün yerə töküləcəkdi. Ətrafı duman da bürümüşdü. Elə bil dünyanın yuxalığını, göylərindən axan göz yaşlarını insanlardan gizlətmək istəyirdi ki, onun ağlamağını heç kəs görməsin. Bu göz yaşları ana təbiətin öz şair öğluna görə, bir az da elə təbiətin özünə bənzər təlatümlü bu narahat balası üçün tutduğu yasda göynəyə-göynəyə, sızıldaya-sızıldaya
tökdüyü göz yaşlarıydı. Bələnmişdim dünyanın bu ağısına, təpədən-dırnağa dolmuşdum, bir himə bənd idim ki, gözlərimin yaşı yanağımdan sellənsin. Özümü hönkürməkdən zorla saxlayırdım. Kim deyir ki, kişilər ağlamamalıdır? Bu necə insafsız təkiddir?! Bəs onda mənim bugünkü günümdə olan kişilər belə məqamda nə etməlidirlər? İnfarktmı keçirməlidirlər?!
…Ensiz, sürüşkən yollar payızın bu yağmurlu, nisgilli günündə bizi çılpaq dağların qoynunda yerləşən ucqar və qərib bir qəbiristanlığa aparırdı. O yerlərə birinci dəfə idi ki, gedirdim. Qəribə hisslər bürümüşdü məni. Kövrək duyğuların leysanında islanmışdım. Özümdən baş aça bilmirdim. Bizimlə həmdərd və həm-yoldaş olan qələm dostumuz, vəfalı bir insan Mahirə xanım İspiqızının bələdçiliyi ilə Gəncədən üzü Kəpəzə doğru yola başlamışdıq. Mahirə xanımın da təbiəti bu payızın havası kimi çox kövrəkdi və intizarla doluydu. Dindirmək mümkün deyildi, varlığı bir anda göz yaşına çevrilə, yanağı aşağı elə sellənərdi ki, adam özünü itirərdi. Düşünərdi: “İlahi, birdən bu xanım göz yaşına dönüb axar, tükənər!” Daha ətraflı »Teqlər: Digər
-
28NoyDigər Veteranlarımız üçün şərhlər bağlıdır
QÜRUR HİSSİ KEÇİRİR
Torpaqlarımızın bütövlüyü uğrunda erməni quldurlarına qarşı vuruşub sağlamlığından keçən gənclərimizindən biri də Rafiq Fərhad oğlu Ağayevdir. Rafiq Ağayev 1966-cı ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Tərtər texniki peşə məktəbində traktorçuluq peşəsinə yiyələnib. 1984-86-cı illərdə Belorusiyanın Minsk şəhərində serjant rütbəsində xidməti borcunu yerinə yetirib. 1990-cı ildə rayon polis şöbəsində polis nəfəri kimi işə qəbul olunub.
Rafiqin ilk döyüş yolu Tərtərə ən yaxın olan Marquşevan kəndindən başlayıb. Oranın erməni quldurlarından təmizlənməsində digər polis əməkdaşları ilə birlikdə döyüşlərdə yaxından iştirak edib.
O, Marquşevana ikinci həmlə zamanı baş nahiyyəsindən ağır yaralanıb. Bərdə və Bakı şəhərlərində 6 ay müalicə olunduqdan sonra 2-ci qrup əlil kimi xidmətdən azad edilib. Sonra ölkənin müxtəlif şəhərlərində müalicəsini davam etdirib. Qayıdandan sonra fərdi əməklə məşğul olur. Ailəlidir, iki övladı var. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə qoşularkən başından aldığı ciddi yara onu 2-ci qrup əlil etsə də Marquşevanın erməni quldurlarından azad olunması onu daim sevindirir. Sevindirir, çünki vətən torpağının nəinki böyük bir kəndinin, eləcə də bir qarışının belə erməni dığalarından təmizlənməsi böyük şərəfdir. Buna görə də əlil olsa da, qoşulduğu mübarizədən daim qürur hissi keçirir.Mirzə Nəsir
Teqlər: Digər
-
28NoySəhiyyə XALQ TƏBABƏTİ üçün şərhlər bağlıdır
ASTMA
4 cay qaşığı doğranmış ballıbaba otu üzərinə 1 litr qaynar su tökərək, 10 dəqiqə qaynadırlar, gecəni saxlayırlar və süzürlər.Ondan gündə 3 dəfə 1/2 stəkan icirlər. Bu bitkinin çiçəklərini də istifadə etmək olar: 2 xörək qaşığı çiçəyin üzərinə ev temperaturunda 2 stəkan su tökərək 1 saat saxladıqdan sonra süzürlər. Ondan gundə 3- 5 dəfə 1/2 stəkan içirlər. 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb süzürlər. Ondan gundə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edirlər.
Teqlər: Səhiyyə
-
28NoySəhiyyə ALLERGİYA üçün şərhlər bağlıdır
Dəmrovotu otundan 1 xörək qaşığını 1 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gundə 2 dəfə səhər və axşam yeməyə İ5-20 dəqiqə qalmış 1/4-1/2 stəkan icmək lazımdır.
Aprel-may aylarında cavan ciyirtkanı ustdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda doğrayırlar, 1 litrlik bankaya yığırlar və uzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn covhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə verirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla, həmcinin sakitləşdirici bir dərmandır.Teqlər: Səhiyyə
-
28NoySəhiyyə BÖYRƏKLƏRDƏ DAŞ üçün şərhlər bağlıdır
1 cay qaşığı xırdalanmış marena kökunun uzərinə 1 stəkan soyuq su tökurlər. 10 saat saxlayırlar, sonra 5 dəqiqə qaynadıb süzürlər. Bu dozanı səhər isti-isti böyrəklərdə fosfat daşları olduqda içirlər.
Teqlər: Səhiyyə
-
28NoySəhiyyə BAĞIRSAQ ZƏİFLİYİ üçün şərhlər bağlıdır
10 q zirəni 1 stəkan qaynar suda saxlayırlar. Ondan gündə 1 xörək qaşığı 3-5 dəfə bağırsaq atoniyasında qəbul edirlər. Buna bənzər hallarda 1 q zirə toxumunun tozunu gündə 2-3 dəfə icirlər.
Teqlər: Səhiyyə
-
28NoySəhiyyə KÖKƏLMƏ üçün şərhlər bağlıdır
Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət təsir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur.
Teqlər: Səhiyyə
Yeni ismarıclar